21-08-2019, 18:48 Oxunub: 449

“PAŞA Həyat” dan “Xalq Həyat”a TRANSFER

 “PAŞA Həyat” dan “Xalq Həyat”a TRANSFER

Azərbaycanda yeni yaradılan “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə yeni təyinat olub.
FED.az xəbər verir ki, sığorta və bank sahəsində kifayət qədər təcrübəsi olan Qalib Əliyev “Xalq Həyat”ın korporativ sığorta şöbəsinin mütəxəssisi təyin edilib.

Qeyd edək ki, Q.Əliyev yeni təyinatından əvvəl “PAŞA Həyat” Sığorta Şirkəti ASC-nin Gəncə filialının mütəxəssisi, “AGBank” ASC-nin Gəncə filialının baş hüquqşünası və digər təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb.
FED.az-ın əldə etdiyi məlumata görə, “Xalq Həyat” Gəncədə nümayəndəliyinin açılması ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq müraciət ünvanlayıb. Şirkət Gəncə nümayəndəliyi üçün Palatadan icazə məktubu aldıqdan sonra Q.Əliyev “Xalq Həyat”ın Gəncə nümayəndəliyinin rəhbəri olacaq.
Xatırladaq ki, “Xalq Həyat Sığorta” ASC şirkəti 2018-ci il 28 noyabrda Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. “Xalq Sığorta” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 22L, məhəllə 494-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 15 mln. manat, qanuni təmsilçisi isə “Xalq Sığorta”nın İdarə Heyəti sədrinin müavini Roman Alpaşa oğlu Vəliyevdir.
Məşhur siğorta şirkətində nə baş verir? : “Qala Həyat” bazar payının bir hissəsini itirdi Məşhur siğorta şirkətində nə baş verir? : “Qala Həyat” bazar payının bir hissəsini itirdi Sosial “Yeni Həyat” müflis elan edildi – RƏSMİ “Yeni Həyat” müflis elan edildi – RƏSMİ Sosial Böhran bankları çökdürür: Daha ikisi birləşdi, “Xalq Bank” da bağlanır - Təcili Böhran bankları çökdürür: Daha ikisi birləşdi, “Xalq Bank” da bağlanır - Təcili Iqtisadiyyat “Xalq Bank”da idarə rəisi işdən azad edildi “Xalq Bank”da idarə rəisi işdən azad edildi Sosial “Yeni Həyat” şirkəti bağlandı “Yeni Həyat” şirkəti bağlandı Sosial