"Səbəb olmadan aylardır məni süründürürlər" - GİLEY
Iqtisadiyyat
Oxunub: 695
26 avq 2019 | 15:30
"Səbəb olmadan aylardır məni süründürürlər" - GİLEY

Astara şəhər sakini Həsənov Rəşad Əlövsət oğlu DİA.AZ-a növbəti müraciətini yollayıb. Narazı vətəndaşın yazdıqlarını olduğu kimi təqdim edirik:

"Salam hörmətli Dia.az saytı. Artıq 3-cü dəfədir ki, sizin saytınız vasitəsilə Ləğv prosesində olan "Dəmibank"ASC, Əmanətlərin Sığortalanması Fondu və Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komssiyası barədə sizə müraciət edirəm.Həyatımda dərin iz buraxmış yuxarıda qeyd etdiyim cəmiyyət, fond və komissiya barədə şikayət etmədiyim dövlət orqanı qalmadı. Amma nə faydası var ki, bunlar yenədə öz bildiklərini edir. Əvvəllər jurnalist araşdırması deyilən bir təşəbbüs var idi. İndi çox təəssüflər olsun ki, bütün bunlar keçmişdə qalıb.Amma inanıram ki,daim vətəndaşın yanında olan Dia.az saytında belə jurnalistlər hələ də var. Şikayət etdiyimə görə ləğv olunan "Dəmirbank"ASC-ni himayə edən qüvvələr məni öz "qanunları ilə cəzalandırmaqda davam edir. Heç bir səbəb olmadan aylardır ki, məni süründürürlər. Mən 02.07.2014-cü il tarixində 410003015 saylı müqavilə ilə 0,78 AZN məzənnə ilə "Dəmirbank" ASC-nin Bərdə Filalından 8945 (səkkiz min doqquz yüz qırx beş) ABŞ dolları kredit borcu almışam. Sonradan devalyasiya baş verdi. Mən Kapitalbankdan manatla kredit götürdüm və 2015-ci ilin avqust ayında kreditimi tam şəkildə bağladım. Kreditimin 7613 (yeddi min altı yüz on üç) dollarını devalyasiyadan sonra 1.05 məzənnə ilə qaytarmışam. Lakin mənə heç bir səbəb olmadan kompensasiya vermədilər. Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmannın 1.1 bəndi (2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi) mənə şamil olunduğu halda niyə mən bu imtiyazdan məhrum edilmişəm. Mən “Dəmirbank”a artıq ödədiyim məbləği səngərdə xidmət edərək aldığım maaşla ödəmişəm.Lakin mən kredit götürərkən adımı MKR (mərkəzi kredit reysterinə)salınmayıb və bu səbəbdən də kompensasiya ala bilmirəm.İndi Apellyasiya Komssiyanın üzvləri olan cənablara sual vermək istəyirəm adım MKR (mərkəzi kredit reysterinə)salınmayıbsa mənəm günahkar?15 aprel 2019-cu il tarixdənbu günədək əgər bu məsələ öz həllini tapa bilməyib. Nə zənglərimə vcavab verirlər nədəki yazılı müraciətimə.
15 aprel 2019-cu il tarixdə də bütün sənədləri Maliyyə Bazarlarına Palatasında fəaliyyət göstərən Apellyasiya Komissiyasına 301,311,2130,1267,6246, 9847,9873 və 9876 saylı müraciətlərlə göndərmişəm. Lakin şikayətimə baxılmadan, məni süründürmək üçün 03.06.2019-cu il tarixdə heç bir əsas olmadan daha 30 iş günü şikayətimə baxılma müddətimi uzatdılar. 08.07.2019-cu il tarixdə isə qanuna zidd olaraq daha 30 iş günü müraciətimə baxılmanın müddətini uzatdılar.Mənə göndərilən bildirişdə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) uyğun baxıldığı bildirilir. Amma həmin Qanunun 10.2-ci maddəsində yalnız bir dəfə şikayətin baxılması müddəti 30 (otuz) iş günü uzadıla bilər. Görünür Apellyasiya Komissiyasının öz qanunları var. Ümidim yalnız Sizədir.

Xahiş edirəm mənə köməklik göstərəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal