2-09-2019, 01:10 Oxunub: 415

“Nar” bölgələri yüksəkkeyfiyyətli internetlə təmin etməyə davam edir”

“Nar” bölgələri yüksəkkeyfiyyətli internetlə təmin etməyə davam edir”

(®) Hər bir abunəçisini keyfiyyətli şəbəkə və mobil internetlə təmin etməyi hədəfləyən “Nar”, Azərbaycanın bölgələrində də mobil şəbəkəsini genişləndirməkdədir. Artıq ən ucqar kəndlərdə belə "Nar"-ın mobil rabitə xidmətlərindən istifadə etmək mümkündür.



Mobil operator son bu il ərzində regionlarda 460 4G LTE texnologiyalı baza stansiyası quraşdırıb. “Nar”-ın 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63% artıb. 4G internetindən istifadə edənlərin artımı Bakı üzrə 89%, regionlar üzrə isə 116% təşkil edir. ­­



Mobil operator şəbəkəsinin keyfiyyətilə yanaşı, rabitə xidmətlərinin hər kəs üçün əlçatan olmasını hədəfləyib. “Nar” bölgələrdə yaşayan əhali üçün təklif etdiyi sərfəli “Yerlim” tarifi abunəçilər tərəfindən xüsusi qiymətləndirilir. Belə ki, son 1 il ərzində tarifə qoşulanların sayı 15% artıb. Artıq yarım milyondan çox abunəçi "Nar"-ın "Yerlim" tarifindən istifadə edir.



Qeyd edək ki, “Yerlim” tarifilə abunəçilər eyni bölgədə yaşayan doğmaları, dostları, bir sözlə, bütün yerliləri ilə dəqiqəsi 1 qəpikdən danışa bilərlər. Tarifə qoşulmaq üçün “Yerlim” yazıb 777 qısa nömrəsinə mesaj göndərmək və ya *777#303#YES kodunu yığmaq lazımdır.



Tarif haqqında ətraflı məlumatı https://www.nar.az/yerlim internet səhifəsindən əldə edə bilərsiniz.
“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!” “Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!” Iqtisadiyyat “Nar” 4G istifadəçilərinin sayı 1 il ərzində  2 dəfədən çox artıb” “Nar” 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb” Iqtisadiyyat “Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib “Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib Iqtisadiyyat “Nar”-ın “Yerlim” tarifini seçənlərin sayı artmaqdadır “Nar”-ın “Yerlim” tarifini seçənlərin sayı artmaqdadır Iqtisadiyyat “Nar” Tərtərdə 4G şəbəkəsini qurdu “Nar” Tərtərdə 4G şəbəkəsini qurdu Medeniyyet