Banklara yeni qazanc yolu görünür - GƏLİŞMƏ
Iqtisadiyyat
Oxunub: 738
2 sen 2019 | 18:53
Banklara yeni qazanc yolu görünür - GƏLİŞMƏ

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2019-cu ilin payız sessiyası üçün bir sıra məsələləri müzakirəyə çıxarmaq istəyir.

Müzakirələr zamanı bank sistemindəki müəyyən problemlərə toxunulacağı da gözlənilir. Bildirilir ki, bank sistemindəki problemlər, həmçinin faiz dərəcələri yüksək olaraq qalmaqdadır. Çünki komitə bank sistemində faiz dərəcələrinin aşağı salınmasını ciddi şəkildə hiss etmir.

Buna görə də çalışıb bank rəhbərləri ilə görüşlər keçirməyi qarşıya məqsəd qoyublar. Görüşdə bank sisteminin sağlamlaşdırılması üçün hansı addımların atılmalı olduğunu da müzakirə etmək niyyətindədirlər. Maliyyə Bazarlarına Nəzarət Palatası problemlərin həlli istiqamətində müəyyən işlər görsə də, hesab edilir ki, bu, kifayət etmir.

Maraqlıdır, banklar kredit faizlərini aşağı salmaqla daha çox gəlir qazana bilərmi? Ümumiyyətlə, deputatlarla bankirlərin görüşünün effekti olacaqmı?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, kredit riski yüksək olduğu üçün faizləri də yüksəkdir:

“Kredit riski - kreditin qaytarılmama ehtimalının çox olmasıdır, yaxud da kreditin qaytarılması üçün bank tərəfindən çəkilən rəsmi və qeyri-rəsmi xərclərdir. Bəlli məsələdir ki, bu tipli risklər Azərbaycanda yüksəkdir. Bu da ölkənin məhkəmə-hüquq sisteminin problemləri ilə bağlıdır. Təsadüfi deyil ki, ölkə başçısı aprelin 3-də məhkəmə-hüquq sistemində islahatların aparılması ilə bağlı sərəncam verdi. Təəssüf ki, islahatlar istədiyimiz sürətlə getmir. Banklar bilir ki, verdiyi kreditlərin bir hissəsini ya müştəri qaytarmayacaq, ya da tamamilə itirə bilər. Hətta bank verdiyi krediti qaytara bilsə belə, onu uzun illər məhkəmə prosesləri gözləyir. Burada rəsmi və qeyri-rəsmi xərclər, korrupsiya və sair var. Bank məhkəməni udsa belə, qərarların icrası zamanı icra məmurları arasında korrupsiyanı görməzlikdən gəlmək olmaz. Bunlar qeyri-rəsmi xərclərdir. Rəsmi xərclərdə isə, bank işçi, vəkil və.s tutmalıdır ki, bu da əlavə xərclər yaradır. Yaxud da bank verdiyi kredit üzrə yüksək ehtiyat saxlamalıdır ki, bu da əlavə xərc hesab olunur. Bu xərclər olduğu üçün banklar da faizi yüksək saxlayır. Hesab edirəm ki, bank rəhbərləri görüşə gələn deputatlara cavab olaraq deyəcəklər ki, “siz nə vaxt Azərbaycanda normal hüquq sistemini təmin etsəniz, biz də bilərik ki, qaytarılmayan kreditləri tez və effektiv qaytara biləcəyik və hüquq sistemi də bunda hamıya kömək edəcək, o zaman biz də faizləri aşağı salarıq”. Amma inanmıram ki, bankirlər bu görüşdə açıq-aşkar bu fikirləri desinlər. Ümumiyyətlə, Milli Məclisin kredit faizlərini aşağı salmaqda effektiv addım atması inandırıcı deyil”.

Ekspert onu da əlavə edib ki, bankların əsas gəliri kredit üzrə faiz dərəcələrindəndir:

“Normal şərait yaranarsa, banklar aşağı faizlə kredit verərlər. Təbii ki, aşağı faizli kreditləri çox verəndə gəlirləri də artacaq. Bu gün isə banklar, ümumiyyətlə, kredit verə bilmir. Çünki yüksək faizlə heç bir müştəri banklardan kredit götürmür, yaxud da götürmək istəyənlərin bir xeyli hissəsinin ödəniş qabiliyyəti yoxdur”.
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...