Neftin qiyməti 100 dollaradək qalxa bilər — Ekspert
Iqtisadiyyat
Oxunub: 697
16 sen 2019 | 16:45
Neftin qiyməti 100 dollaradək qalxa bilər — Ekspert

Əgər Səudiyyə Ərəbistanı baş verən partlayışlardan sonra yaxın zamanlarda dünya bazarını lazımi həcmdə xam neftlə tam təmin edə bilməzsə, o zaman neft 100 dolaradək bahalaşa bilər və xarici ekspertlərin məsələ ilə bağlı verdiyi proqnozların reallaşması istisna deyil.
Bunu “Ölkə.Az”a açıqlamasında neft üzrə ekspert İlham Şaban açıqlamasında deyib.

“Bu gün Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumun reallığı barədə dəqiq məlumat yoxdur. Heç kim dəqiq bilmir ki, hücumlar nəticəsində neft obyektlərinə nə qədər ziyan dəyib, nə qədər dağıntı olub və bu nə vaxt aradan qaldırılacaq. Ona görə də dünya bazarında neftin qiyməti qalxmaqda davam edir. Asiya birjalarında bu gün Brent markalı neft 66,32 dollara satılır. Bu bir daha göstərir ki, neftin qiyməti yüksək templə artır. Yaxın günlər ərzində dünya bazarına lazım olan səviyyədə neft hasil olacağı barədə inandırıcı, qaneedici səviyyədə söz verilməyənədək bazarda neft bahalacaq.

Digər tərəfdən bazara lazım olan həcmdə xam neft daxil olmayacaqsa, avtomatik olaraq qiymət yüksək templə qalxacaq. Bu hansı səviyyədək qalxacaq fikir söyləmək çətindir”, - deyə ekspert qeyd edib.

O, əlavə edib ki, vəziyyət Səudiyyə Ərəbistanı enerji naziri bu gün və ya sabah açıqlayacağı mövqeyindən asılı olacaq:
“Digər tərəfdən ABŞ verdiyi sözə əməl edib bazara lazımi səviyyədə neft ixrac edərsə və yaxud da İraq hasilatı artırarsa o zaman sabitlik olar və hətta sürətlə qiymət enməsinin şahidi ola bilərik”

Məsələ ilə bağlı Reutersə açıqlama verən “Onyx Commodities” baş direktoru Qreq Nyumanın fikrincə, əgər Səudiyyə Ərəbistanı problemi yaxın zamanlarda həll edə bilməzsə, o zaman neftin dünya bazarında qiyməti sürətlə qalxaraq 100 dollar təşkil edə bilər.

ABŞ-da dünya bazarında vəziyyəti stabilləşdirmək üçün strateji neft ehtiyatlarından istifadə etmək barədə razılıq verib.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...