Azərbaycanda çörəyin qiyməti bahalana bilər: - 23 faiz artım var
Iqtisadiyyat
Oxunub: 641
20 sen 2019 | 18:46
Azərbaycanda çörəyin qiyməti bahalana bilər: - 23 faiz artım var

Bu ilin ilk 8 ayı ərzində xarici ölkələrdən Azərbaycanda 186,2 milyon dollar dəyərində 852,9 min ton buğda idxal olunub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı dəyər ifadəsində 42,2%, miqdar ifadəsində isə 16,7% artıb.
Bu həm də o deməkdir ki, ölkəyə idxal olunan buğdanın gömrük dəyəri yüksəlib. Əgər ötən ilin ilk 8 ayında idxal olunan buğdanın 1 kiloqramının gömrük dəyəri 17,9 sent (30 qəpik) olubsa, bu ilin ilk 8 ayında bu göstərici 21,8 sent (37 qəpik) olub. Göründüyü kimi idxal olunan buğdanın gömrük dəyəri 23% bahalanıb.
Onu da bidirək ki, ölkədə taxıl biçini başa çatıb. Avqust ayının əvvəlinə olan məlumata görə taxıl sahələrinin 99,2%-i biçilib və 3 milyon 161,7 min ton məhsul toplanıb. Ötən ilin analoji dövründə bu göstərici 2 milyon 968,7 min ton olub. Son bir ildə taxıl istehsalı 6,5% artıb.
Bu il istehsal olunan taxılın 2,08 milyon tonu buğdanın, 1,16 milyon tonu arpanın pyına düşüb. Bu isə o deməkdir ki, yerli istehsal əvvəlki illərdə olduğu kimi bu il də ölkənin daxili tələbatını ödəməyə çatmayacaq.
Məlumat üçün qeyd edək ki, ötən il Azərbaycanda 2 milyon 843 ton buğda istifadə olunub. 232 min ton buğda isə itkiyə gedib. İtkilərlə birgə Azərbaycanın daxili tələbatını təmin etmək üçün 3 milyon tondan çox buğdaya ehtiyc var.
Rəqəmlərdən də göründüyü kimi buğdaya olan ehtiyacımızın 1/3-ni idxalın hesabına təmin edirik. Bu səbəbdən də idxal buğdanın qiymətində baş verən dəyişiklik özünü daxil bazarda da göstərəcəkdir.
Onu da bildirək ki, 2017-ci illə müqayisədə ötən il idxal olunan buğdanın gömrük qiymətində azalma olub. Belə ki, 2017-ci ilin ilk 8 ayında idxal olunan buğdanın 1 kiloqramının gömrük dəyəri 18,5 sent (31,5 qəpik) olub.Azərbaycanda çörəyin qiyməti bahalana bilər: - 23 faiz artım var
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"