1-10-2019, 13:08 Oxunub: 417

Bakcell tələbələri karyera imkanları ilə tanış edib

Bakcell tələbələri karyera imkanları ilə tanış edib

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti BDU-nun tələbə və məzunları üçün təşkil edilmiş “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirində iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə BDU-nun tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirinin əsas məqsədi tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsi, onların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasıdır.

Tədbir zamanı universitetin tələbə və məzunlarına Bakcell şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan Bakcell şirkəti gənclərin təhsilinin və karyerasının inkişafına dəstək göstərir. Şirkət mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, müvafiq dövlət strukturları və təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. Müsahibədən uğurla keçən gənclər ölkənin ən böyük şirkətlərindən birində iş və ya təcrübə imkanı qazanır.Bakcell tələbələri karyera imkanları ilə tanış edib
Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edi Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edi Iqtisadiyyat “Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır ” “Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır ” Iqtisadiyyat Bakcell”dən gənclərin məşğulluğunun artırılmasına növbəti töhfə Bakcell”dən gənclərin məşğulluğunun artırılmasına növbəti töhfə Iqtisadiyyat Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir” Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir” Iqtisadiyyat "Bakcell" daha bir iri məşğulluq sərgisinə qatıldı Iqtisadiyyat