“Nar”dan eşitmə məhdudiyyətli insanlara dəstək
Iqtisadiyyat
Oxunub: 795
1 okt 2019 | 13:38
“Nar”dan eşitmə məhdudiyyətli insanlara dəstək

23-29 sentyabr BMT-nin qərarı ilə Beynəlxalq Eşitmə Məhdudiyyətli İnsanlar Həftəsində “Nar” eşitmə və nitq məhdudiyyətli insanlar üçün keçirdiyi “Təlim məktəbi” layihəsinin yekunları ilə bağlı təqdimat edib.

Mobil operator eşitmə məhdudiyyətli insanların müxtəlif peşələrə yiyələnməsi və işlə təmin olunması məqsədilə keçirdiyi təlimlərin iştirakçılarına sertifikatlar təqdim edib. Qeyd edək ki, “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşan “Təlim məktəbi” layihəsi 4 ay davam edib. Təlimdə ümumilikdə 45 nəfər iştirak edib və onlar təcrübəli mütəxəssislər tərəfindən aşpaz, şirniyyat ustası və motorçu ixtisaslarına yiyələniblər. Layihə eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına da kömək edib. Belə ki, artıq iştirakçəların bir neçəsi işlə təmin olunub.

“Nar” 4 ilə yaxındır ki, eşitmə və nitq məhdudiyyətli insanların müxtəlif peşələrə yiyələnməsi məqsədilə təlimlər təşkil edir. Bu cür təlimlər keçirməkdə məqsədimiz onlara həyatlarını maddi və mənəvi cəhətdən təmin etməsinə dəstək olmaqdır. “Nar” olaraq müxtəlif sosial layihələr reallaşdırmaqla cəmiyyətimizə töhfə veririk. “Nar” olaraq insanların sosial həyatında yararlı şirkət olduğumuza görə qürur duyuruq”, - deyə “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib.

“Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov isə bildirib ki, bu layihədə iştirak edənlər iş bacarıqlarını artırmaqla cəmiyyətimizə fayda verdiklərini hiss edəcəklər: “Karlara Dəstək” İctimai Birliyinin yaranmasında əsas məqsəd eşitmə və nitq məhdudiyyətli insanların sosial rifahını yaxşılaşdırmaqdır. “Nar”-ın dəstəyilə həyata keçirilən “Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyətli vətəndaşların istədikləri peşəyə yiyələnmələri və həmin ixtisas üzrə işlə təmin olunmasına böyük təkandır. Bu layihəni ərsəyə gətirən “Nar”-a təşəkkür edirəm”.

Fiziki məhdudiyyətli insanlara qayğını, təhsil və maariflənmənin inkişafını, eyni zamanda vətənə bağlılığı təşviq edən “Nar”, son illər ərzində həyata keçirdiyi sosial layihələrlə bağlı da təqdimat edib. Qeyd edək ki, mobil operator korporativ sosial məsuliyyət (KSM) layihəsi çərçivəsində cəmiyyət üçün bir çox əhmiyyətli layihələr reallaşdırıb. “Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.“Nar”dan eşitmə məhdudiyyətli insanlara dəstək“Nar”dan eşitmə məhdudiyyətli insanlara dəstək
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?