2-12-2019, 11:44 Oxunub: 177

“Azərbaycan qazı ilk dəfə Avropaya birbaşa çatdırılacaq” – Rövnəq Abdullayev

“Azərbaycan qazı ilk dəfə Avropaya birbaşa çatdırılacaq” – Rövnəq Abdullayev


SOCAR Prezidenti TANAP İdarə Heyətinin rəhbəri Rövnəq Abdullayev TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində çıxış edib.

R.Abdullayev Türkiyənin şərqindən qərbinədək uzanan TANAP-ın inşasının vaxtında tamamlandığını dilə gətirib.

Rövnəq Abdullayev bildirib ki, Avropanın yeni qaz təchizatçısı olmaqla bərabər, biz qardaş Türkiyənin də ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik:

“İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, iki qardaş dövlət – Türkiyə və Azərbaycan arasında iqtisadi münasibətləri daha da gücləndirmək, strateji sərmayələrlə dəstəkləmək üçün üzərinə önəmli vəzifələr götürən SOCAR Ümummilli liderimiz Heydər Əliyevin tarixi “Bir millət, iki dövlət” kəlamını həyata keçirdiyi layihələrlə doğrultmaqdadır.

Bu gün biz belə layihələrdən birinin, Azərbaycan qazını Avropaya nəql edəcək TANAP kəmərinin ikinci hissəsinin açılış mərasiminə toplaşmışıq. Bu mərasim əməkdaşlığımızın uğurlarını bir daha dünyanın gözləri önündə sərgiləyir. Dörd il bundan əvvəl dövlət başçılarımız TANAP-ın inşasına dair tarixi qərar qəbul etdilər. Bu, qərara əsasən SOCAR-a böyük etimad göstərilərək, TANAP-ın inşaasını həyata keçirtmək kimi şərəfli bir vəzifə tapşırıldı. Qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirmək üçün göstərdiyimiz gərgin səylər öz nəticəsini verib. Keçən il Cənub Qaz Dəhlizinin və onun əsas həlqəsi olan TANAP-ın birinci hissəsini istifadəyə verdik. Artıq bu kəmər vasitəsi ilə Türkiyə bazarına 3,2 milyard kubmetrdən çox qaz nəql olunub”.

O qeyd edib ki, TANAP Avropaya qazın nəqli üçün tam hazırdır və Türkiyənin şərqindən qərbinədək uzanan bu tarixi kommunikasiya xəttinin tikintisi vaxtında və keyfiyyətlə başa çatdırılıb. “Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək Trans Adriatik qaz boru kəmərinin də inşası tamamlandıqdan sonra, tarixdə ilk dəfə olaraq, Azərbaycanın təbii qazı Xəzər hövzəsindən Avropa bazarlarına birbaşa nəql olunacaq. Avropanın yeni qaz təchizatçısı olmaqla bərabər, biz qardaş Türkiyənin də ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik. Biz ortaq şirkətlərlə birlikdə üzərimizə götürdüyümüz bu nəhəng TANAP layihəsini layiqincə yerinə yetirə bildik. SOCAR olaraq ölkə xaricində ilk dəfə bu cür mürəkkəb layihəni idarə etməyimizə baxmayaraq, tikinti işlərini yüksək səmərə ilə tamamlaya bildik.

Layihəni qiymətləndirən Beynəlxalq məsləhətçi şirkətlərin proqnozlaşdırdığı qiymətdən daha aşağı qiymətə tikintini başa vurmağa, kəmərin səhmdarları olan Azərbaycan və Türkiyə dövlətlərinin, eləcə də BP-nin vəsaitlərinə qənaət etməyə nail olduq”,- o vurğulayıb.
TANAP Avropaya bağlandı — VİDEO TANAP Avropaya bağlandı — VİDEO Siyaset / Dunya / Video Əliyev Türkiyə ilə İsraili barışdıra bilər: TANAP projesinin - Gizlinləri Əliyev Türkiyə ilə İsraili barışdıra bilər: TANAP projesinin - Gizlinləri Siyaset İlham Əliyev: “Azərbaycan qazının Avropa qitəsinə çatdırılmasında böyük işlər görməyə çalışmalıyıq” İlham Əliyev: “Azərbaycan qazının Avropa qitəsinə çatdırılmasında böyük işlər görməyə çalışmalıyıq” Siyaset Hər il 10 milyard kubmetr Azərbaycan qazı Avropaya ixrac ediləcək Hər il 10 milyard kubmetr Azərbaycan qazı Avropaya ixrac ediləcək Iqtisadiyyat TANAP-ın payçıları bəlli oldu TANAP-ın payçıları bəlli oldu Iqtisadiyyat