Bizdə heç vaxt böyük gəlirli turizm olmayacaq!!!
Iqtisadiyyat
Oxunub: 1 607
11 avq 2015 | 08:48
Bizdə heç vaxt böyük gəlirli turizm olmayacaq!!!
















Azər Qasımlı

Və ya Rixos Quba Azerbaijan - acgöz, ağılsız və rəqabətsiz elitar turizm strategiyasının nəticəsi


Prezident 2 gün əvvəl dedi ki, biz artıq nefti və qazı unutmalıyıq, turizmi və iqtisadiyyatın digər sahələrini düşünməliyik. Əslində prezident bu sözləri 2003-də, məhz dövlət başçısı olduğu zaman deməliydi. Daha doğrusu isə buna əməl etməliydi.

Neft Fondundan dövlət büdcəsinə pul köçürmələrini limitləşdirmək, iqtisadiyyatı şaxələndirmək və tam rəqabət mühiti yaratmaq, təşəbbüskarlığı və sahibkarlığı təşviq etdirməliydilər. Amma bunu etmədilər... Tam əksini etdilər. Sonucda üzərindən 12 il keçəndən sonra, neft pulları qeyri effektiv şəkildə xərcləndikdən və mənimsənildikdən sonra, neft-qaz erası bitəndən sonra bu sözlərin nə mənası?!

Mövcud siyasi-iqtisadi kursla və dünya bazarındaki neft qiymətləri ilə yaxın 2 il ərzində ölkəmizi böyük iqtisadi-sosial problemlər gözləyir. Daha açıq yazım: indiki trend davam etsə ölkə yaxın 2-3 ilə müflis olacaq. Bunu 2 ildir ki, durmadan deyirik, yazırıq. Buna baxmayaraq ölkə rəhbərliyi iqtisadi sahədə heç bir tədbir görmədi. Ölkə iqisadiyyatını liberallaşdırmaq, gömrükdə qayda-qanun yaratmaq, inhisarçı siyasətini ləğv etmək əvəzinə, iqtidar boltologiya ilə məşğul oldu: ayrı ayrı sahələrdə QİYMƏT ARTIMIna son verəcəyini dedi, ölkəyə böyük pullar qazandıracaq ELİTAR TURİZMdən danışdı. Amma real həyatda monopoliyalar necə var idisə, elə də qaldılar.

Məsələn AZAL-ın qiymət siyasəti son bir aydır ki, müzakirə mövzusudur. Amma birinci il deyil ki, vətəndaşlar xaricə istirahətə getmək üçün qonşu Gürcüstan üzərindən uçurlar. Sözdə "iki dövlət bir millət" deyirik, amma İstanbula Bakıdan deyil, gedib Tiflisdən uçuruq! Çünki bu sahədə rəqabət yoxdur, çünki hökumət başqa aviaşirkətləri bazara buraxmır. Şəxsən məni AZAL-ın qiymətləri maraqlandırmır. Bilirsiniz niyə? Ona görə ki, azad bazarın tərəfdarıyam və hər şirkətin istədiyi qiyməti təyin etmə haqqının doğal olduğunu düşünürəm.

Əsas məslə odur ki, bu şirkət bazarda inhisarçı olmasın. Buraxın bazara başqa şirkətləri, AZAL isə indiki qiymətlərini heç endirməsin. Və ya bank sektorunu götürək. Böyük banklarımız xarici banklardan ucuz faizlə kredit alır, amma əhaliyə daha böyük faizlə kredit verirlər. Hökumətimiz isə ucuz kredit verə biləcək xarici bankları bazara buraxmaq istəmir. Buraxın bazara xarici bankları, öz banklarınız isə elə indiki faizlə kredit siyasətlərini davam etdirsinlər, etirazımız yoxdur.

Sığorta sektorunda da eyni vəziyyətdir. Siyasi elitaya yaxın çevrədən olmayan hər hansı bir sığorta şirkəti yoxdur.

Keçək turizm məsələsinə.

Son çıxışında İlham Əliyev xüsusi olaraq turizm sahəsini qeyd etdi. Əslində birinci dəfə deyil ki, prezident turizm haqqında danışır. Bir neçə il əvvəl Nazirlər Kabinetinin genişləndirilmiş iclasında prezident elitar turizm mövzusunda çıxış etmişdi. Çıxışından sonra ölkədə 5 ulduzlu otellər tikildi. Bütün bu otellərin arxasında duran yenə nazir-oliqarxlar oldu. Yenə də rəqabətsiz bir mühit!

Məsələn, Qəbələ rayonu ərazisində tikilən və fəaliyyət göstərən heç olmasa bir dənə 5 ulduzlu otel göstərin ki, GİLAN Holdinqinə aid olmasın! Beləsi yoxdur.

Keçən həftə Rixos Quba otelində oldum. Diqqət edin, Rixos-un özünə gəlib bizdə otel tikməyə icazə vermirlər (bank sektorunda olduğu kimi!), dünyada tanınmış otellərin sadəcə adını alırlar. Otelləri özləri tikir, həm torpağına, həm binasına özləri sahib olurlar.

Düz bir həftə Rixos Qubada oldum. Gördüklərim bunlardı:
- Oteldə 212 nömrə və villalar olsa da həftə ərzində bunların yalnız 5-10%-i dolu olub. Həftə ərzində sauna boş, fitnes boş, hovuzlarda vur-tut 10 nəfər görmək olardı;
- Resu Botoranlarda qiymət elə baha idi ki, günorta və axşam yalnız 2-3 ailəni görmək olurdu. Məsələn, kababın bir porsiyası - 16 manat, 100 qram süd - 5 manat, 0,5 adi snaqua - 2 manat, Caspian yerli çaxırın bir şüşəsi - 69 manat, 5 qaşıq düşbərə şorbası - 9 manat, hamburger - 18 manat, pizza - 17 manat, sadəcə qaynadılmış makaron - 17 manat... Axşam yeməyi bir nəfər üçün 40 manat idi və təsəvvür edin ki, bu qiymətə heç adi su daxil deyildi! Və ən əsası - yeməyin keyfiyyəti çox, çox aşağıdır! Gələn müştərilər ya oteli həmən tərk edirdilər, ya da nahar və şam yeməklərini oteldən kənarda yeyirdilər;
- Xidmət bərbad vəziyyətdədir. Məsələn, sadəcə bir çay sifariş edib bir saat gözləmək lazım idi. Və ya günorta restoranda su və ya ketçap sifariş edib ofisiantdan "su yoxdur", "ketçapımız qurtarıb" cavablarını almaq olardı... və s. və i.;


- Axşam şou proqramını keçirtmək üçün həftəsinə 7 min manat ödədikləri Peterburqdan aşağı səviyyəli rus gimnastlarını dəvət etmişdilər. Hər gün də yalandan bu gimnast qızların güya Avropa çempionu olduqlarını elan edirdilər, güya insanlar kordu və heç nəyi görmürlər. Proqramları da rus milli musiqisi və folkloru ilə zəngin idi. Bu da ayrı bir mövzu.

Amma otelə çox pul xərclənib: ərazisi böyük və gözəl, girişindən şah sarayına bənzəyən, tualetində əl yuyanından, liftindəki tutacaqlarına qədər qızılı örtükdə! Bütün bunlara baxmayaraq Rixos Quba oteli gəlirsiz, rentabelsiz oteldir. Sonradan öyrəndim ki, otelin hətta böyük borcu da var imiş. Bir sözlə xidmətinə görə Rixos Quba 5 ulduz səviyyəsindən uzaq, qiymətləri isə dünyanın istənilən 5 ulduzlu otelindən daha bahadır.

Deyilənlərə görə Qubada tikilən Rixos otelinin də əsl sahibi Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Anar Məmmədov Qolf Federasiyasının sədridir (belə bir federasiya da var!). Elə qolfa görə də otel tikdirib. Hərdən gəlib həm qolf oynamaq, həm dövlətin 5 ulduzlu otellər planını doldurmaq üçün.

Bax belə, hökumətin ELİTAR TURİZM projesi - biznes projesi deyil, ölkəyə pul qazandırmır. Ümumiyyətlə turizm mövzusu bir imitasiyadır. Çünki çətin vizalı, qiymətlərin bahalı, xidmətlərin isə zəif olduğu ölkəyə xarici turist gəlməz.

Elitar turizmi seçənlər 7 ulduzlu, dənizli Dubayı, ağ qumlu Maldiv adalarını, kazinoları ilə məhşur Monte Karlonu, gözəl təbiəti və sahili ilə seçilən Nitsanı seçir. Elə bizim milli qurmanlarımız da oraları seçir yeri gəlmişkən!

Mən daha da uzağa gedib, hətta viza, qiymət, keyffiyyət məsələlərini həll etsək belə ölkəmizin turizm mərkəzlərindən birinə çevrilmə potensialını çox aşağı dəyərləndirirəm. Xarici turistləri cəlb etmək üçün biz Türkiyə, Yunanıstan, Misir, Tailand, Bali, Qoa, Maldiv adaları və digərləri ilə nəyimizlə rəqabət edə bilərik?

Allah bizə çox şey verib, məsələn neft və qaz, amma turizm mərkəzi olmaq üçün məncə uyğun coğrafiyanı verməyib. Okeana çıxan təmiz dənizimiz yox, axar çaylarımız yox, turistlər üçün maraqlı ola biləcək qədim sivilizasiyalardan və ya orta əsr dünya tarixindən qalan zəngin abidələrimiz və muzeylərimiz yox.

BİZDƏ BÖYÜK GƏLİRLİ TURİZM SAHƏSİ OLMAYACAQ! Biz yalnız daxili turizmi inkişaf etdirə bilərik. Amma onu da bu şəkildə etməyimiz mümkün deyil. Ümumiyyətlə Rixos-da gördüklərim mənə onu deməyə əsas verir ki, bu işi biznesi bilməyən adamlar yürüdür. Turizmdə nə bahalı seqment, nə orta təbəqə və ya daha aşağı təbəqəyə köklənən seqmentə uyğun siyasət var. Heç nə yoxdur. Sadəcə boş gözəl binalar və boşboğazlıq var.

Siyasi elitamız istirahəti çox sevir (son 12 ildir iş görmək əvəzinə, yalnız elə istirahət ediblər!), ona görə də görünür bu sahəni əsas iqtisadi sahə kimi görmək istəyirlər. Amma bu bir xülyadır, sabun köpüyüdür. Bu gün nefti və qazı unutmalı olduğumuz kimi, çox yaxın zamanda bu turizm söhbətlərini də unutmalı olacağıq.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO