VTB Bank krediti manata çevirmək üçün pul istəyir? - Ekspertdən İDDİA
Iqtisadiyyat
Oxunub: 918
26 dek 2019 | 20:50
VTB Bank krediti manata çevirmək üçün pul istəyir? - Ekspertdən İDDİA



“VTB Bank Prezidentin devalvasiya ilə bağlı sərəncamını ödənişlə həyata keçirir”.

Cebhe.info xəbər verir ki, bu iddia ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, 2014-cü ildə VTB Bankdan xarici valyuta ilə (rubulla) kredit götürüb:

“Kreditin məbləği 350 min rubl idi. Birinci və ikinci devalvasiyadan sonra kredit faizləri daha da artdı və ödənişi dayandırdım. Götürdüyüm kredit 8 min manata yaxınlaşırdı. Prezidentin 10 min manata qədər xarici valyuta ilə götürülən kreditlərlə bağlı sərəncamından sonra VTB Banka yaxınlaşdım. Kreditin məlum sərəncama uyğun olaraq 2020-ci ilin yanvar ayından manata çevriləcəyini və güzəşt tətbiq olunacağı qeyd edildi. Amma bank bunun üçün məndən 200 manat əlavə ödəniş tələb etdi. Belə çıxır ki, Prezidentin sərəncamına düşmək üçün banka əlavə pul ödəməliyəm və bundan sonra kreditim manata çevriləcək”.

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, Prezidentin fevralın 28-də imzaladığı məlum fərmanı iki hissədən ibarətdir:

“Birinci hissəyə əsasən, əgər vətəndaş xarici valyutada olan kreditini yeni məzənnə ilə ödəyibsə, ona kompensasiya verilməlidir. Şikayətdən belə başa düşürəm ki, vətəndaş ödəniş etməyib və buna görə də kompensasiya tələb etmir. Bu halda fərmanın ikinci hissəsi dövriyyəyə keçir. Fərmana görə, vaxtı keçmiş kreditin məbləği 10 min dollar, manatla isə 17 min manata qədərdirsə, restrukturizasiya olunur. Fərmanda vaxtı keçmiş kreditlər üzrə 1 faizlə 5 illik müqavilə bağlanması banklara tövsiyə edilir. Yəni Prezidentin məlum fərmanında kreditin milli valyutaya çevrilməsi nəzərdə tutulmur. Fərmanın birinci və ikinci hissəsi arasındakı fərq ondan ibarətdir ki, kompensasiya məsələsi banklar üçün məcburidir. Fərmanın ikinci hissəsi isə banklara tövsiyə olunur. Yəni bank fərmanın ikinci hissəsindən irəli gələn məsələni icra edə də, etməyə də bilər. Prinsipcə, borc məbləğindən öncədən müəyyən ödəniş də tələb edə bilər. Əgər söhbət bundan gedirsə, hesab etmirəm ki, bank fərmanı pozub. Bəzən vətəndaşlar fərmanda görmək istədiklərini görürlər. Amma fərmanda kreditin milli valyutaya keçirilməsi barədə heç nə yoxdur”.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE