“Bakcell” yeni “099” prefiksini istifadəyə verib
Iqtisadiyyat
Oxunub: 734
15 yan 2020 | 11:19
“Bakcell” yeni “099” prefiksini istifadəyə verib


Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti yeni “099” (və ya beynəlxalq yığım qaydası +99499 olan) mobil prefiksini kommersiya istifadəsinə verib. Nömrələrin satışı bu gündən etibarən həyata keçiriləcək.

Yeni “099” prefiksi sayəsində istifadəçilər geniş çeşidli yeni nömrələrdən seçim imkanı əldə edəcəklər. İlkin mərhələdə “Bakcell” abunəçilərinə “099”la başlayan və uşaqların doğum günü və ya həyatlarının hər hansı əhəmiyyətli günü ilə bağlı olan xüsusi kombinasiyalı mobil nömrələr əldə etmək imkanı veriləcək. Həyatlarının vacib və yaddaqalan hadisəsini mobil nömrə vasitəsi ilə ifadə etmək və yaxud sadəcə gözəl bir kombinasiyalı nömrə əldə etmək imkanı müştərilərin əldə etdiyi nömrələrə əlavə dəyər qatacaq. Bütün bunlar isə Azərbaycanın ən üstün mobil şəbəkəsi (“Ookla” şirkəti tərəfindən keçirilmiş sınaqlara əsasən) və rahat müştəri xidmətlərindən istifadə etmək imkanı yaradır.

“Yeni “099” prefiksi vasitəsilə biz istifadəçilərə çox xüsusi və fərdi nömrələr əldə etmək üçün daha geniş imkanlar təklif edəcəyik və bu nömrələri ölkənin ən üstün mobil şəbəkəsində (Ookla şirkəti tərəfindən keçirilmiş sınaqlara əsasən) istifadə etmək onlara əlavə üstünlüklər qazandıracaq. Müştərilərimizə ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etməyə yönəlmiş fəaliyyətimizi davam edəcəyik”, – deyə “Bakcell”in baş icraçı direktoru Rainer Ratgeber bildirib.

Yeni “099” prefiksi ilə başlayan fərdi mobil nömrəni əldə etmək üçün “Bakcell”in istənilən diler mağazasına getmək və ya nomre.bakcell.com internet səhifəsindən istifadə etmək olar.

Qeyd edək ki, “099”la başlayan nömrələr aylıq abunə haqqı ilə təklif olunan aşağıdakı tariflərdən biri ilə aktivləşdirilir: “CIN5”, “DaimOnline6”, “DaimOnline10”, “Klass L”, “Klass XL”, “Klass XXL”, “Klass 3XL”.
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari