17-01-2020, 19:44 Oxunub: 410

“Azərsun” qiymət artımını TƏSDİQLƏDİ: “optimallaşdrma həyata keçirilir”

“Azərsun” qiymət artımını TƏSDİQLƏDİ: “optimallaşdrma həyata keçirilir”



“Azərsun Holding” məhsullarının 80 faizinin qiymətinin artmasına rəsmi münasibət bildirib.

Şirkət “Azərsun Holding” məhsullarının qiymətini BAHALAŞDIRDI” başlığı ilə yayımlanan məqaləyə belə açıqlama gətirib:

““Qiymət artımı” ilə bağlı xəbərlə bağlı bildirmək istəyirik ki, dünya birjalarında qiymətlərin dəyişməsi ilə əlaqədar məhsulların qiymətlərində optimallaşdrma həyata keçirilir.

Dünya bazarlarında xammalın qiymətində dəyişiklik olduqda tək “Azərsun Holdinq” deyil, bütün şirkətlər qiymətlərini buna uyğun tənzimləyir. Şirkətlər Qrupu tərəfindən bəzi yağ məhsullarının qiymətinin artırılması dünyada xammalın bahalaşması ilə əlaqədardır.

Bundan əlavə, bəzi məhsullarda qiymət artmı qeydə alınsa da, digər məhsulların qiymətlərində ucuzlaşma baş verib.

“Qiymət artımı” barədə xəbərləri yayımlayan mətbu orqanlar daha doğru olar ki, monitorinq edərkən bu məhsulların da qiymətlərinə habelə dünya bazarında baş verən dəyişikliklərə də nəzər yetirsinlər və obyektiv olsunlar”. /Unikal.org/
Ərzaq məhsullarının bahalaşması haqda açıqlama Ərzaq məhsullarının bahalaşması haqda açıqlama Iqtisadiyyat Ərzaq məhsullarının qiyməti endirildi - SİYAHI Ərzaq məhsullarının qiyməti endirildi - SİYAHI Iqtisadiyyat “Manat möhkəmlənsə, məhsullarımızın qiyməti də düşəcək” - “Azersun Holding” “Manat möhkəmlənsə, məhsullarımızın qiyməti də düşəcək” - “Azersun Holding” Iqtisadiyyat ŞOK...Un və çörəyin qiyməti qalxacaq - Xəbərdarlıq ŞOK...Un və çörəyin qiyməti qalxacaq - Xəbərdarlıq Iqtisadiyyat Quş əti məhsullarının qiymətində artım olacaqmı? – AÇIQLAMA Quş əti məhsullarının qiymətində artım olacaqmı? – AÇIQLAMA Iqtisadiyyat