AtaBankda pulu olanlar nə etsin? – Əmanətlər risk altında
Iqtisadiyyat
Oxunub: 747
24 yan 2020 | 15:07
AtaBankda pulu olanlar nə etsin? – Əmanətlər risk altında


Xəbər verdiyimiz kimi AtaBankın müştəriləri olan sahibkarların, əmanətçilərin və digər fiziki şəxslərin bankın fəaliyyəti ilə bağlı haqlı narazılıqları ciddi şəkildə artıb. Sahibkarlar hesabları üzrə əməliyyatlarını vaxtında apara bilmədiklərindən, əmanətçilər isə əmanətlərini vaxtında ala bilmədiklərindən əziyyət çəkirlər.

Mərkəzi Bank AtaBankın lisenziyanısını ləğv etmədiyi üçün əmanətçilər Əmanətlərin Sığortalanması Fondundan öz əmanətlərini kompensasiya edə bilmirlər. Bəs bankda əmanətləri olanlar nə etməlidir?

Mövzu ilə əlaqədar hüquqşünas Əkrəm Həsənov “Yeni Sabah”a açıqlamasında bildirib ki, baş verənlər birbaşa Mərkəzi Bankın günahıdır.

“Birincisi, bunu qeyd edim ki, bu qeyri-adi və biabırçı vəziyyətdir. Hər bir bankın əmanəti qanunla maksimum 5 iş günü ərzində vətəndaş tələb etsə, qaytarılmalıdır. O ki qaldı, sahibkarla və hüquqi şəxslərə bunların sərəncamı ilə onların pulları bir iş gününə qaytarılmalıdır. AtaBank artıq aylardır ki, bunu etmir.

Bu halda iki variantdan birini etmək olar. Ya Mərkəzi Bank müəyyən etməlidir ki, bu bankın problemi nədir. Burada iki problem ola bilər. Ya müvəqqəti likvidlik çatışmazlığı var, yəni bankın prinsipcə əmlakı var, sadəcə kreditləri vaxtında qaytarılmır, buna görə də əmanətləri verə bilmir.

Tutaq ki, siz vətəndaşsınız, kiməsə borc verməlisiniz, siz əmin idiniz ki, əmək haqqınızı alıb verəcəklər, birdən-birə sizin əmək haqlarınızı bir neçə gün dəyişdirirlər. Bu halda Mərkəz Bank həmin banka kredit verməlidir. Yəni Mərkəzi Bank deyir ki, bankın vəziyyəti prinsipcə yaxşıdır, kreditlərini qaytardıqdan sonra, mənim borcumu qaytaracaq.

Bunu aylardır ki, Mərkəzi Bank etmir. Deməli bank müflisləşib. Yəni bank bu gün bütün kreditlərini yığsa belə, yenə də bütün əmanətlərini və borclarını ödəyə bilməyəcək. Bu halda Mərkəzi Bank bankın lisenziyasını ləğv etməlidir və Əmanətlərin Sığortalanması Fondu üç ay ərzində bütün əmanətləri qaytarmalıdır.

Mərkəzi Bank bunu da etmir. Burada iki mühüm problem yaranır. Bu problemlərdən biri əmanətçilər üçündür. Çünki əmanətlərin tam sığortalanması haqqında qanun 4 mart tarixində bitir. Yəni parlament bu qanunun müddətini uzatmasa, 4 martdan sonra əmanətlərin tam sığortalanması olmayacaq.

Əgər AtaBank 4 martdan sonra bağlansa, vətəndaşlar da itirəcək. Çünki tam sığorta yoxdur, cəmi 30 min qaytarılacaq.

Ən böyük problem isə sahibkarlardadır. Çünki sahibkarların əmanətlərinin sığortalanması yoxdur. Bu gün ola bilər ki, AtaBank hansısa sahibkarın pulunu qaytarır, amma bankı hazırda bağlasaydılar, bankın pulu bütün sahibkarlar arasında bölünərdi. Bunun gecikdirilməsi Mərkəzi Bankın günahıdır, təqsidir, qanuni pozuntusudur”.

Hüquqşünas həmçinin AtaBankın bağlanması məsələsinə də toxunub:

“Mən elə başa düşürəm ki, bank faktiki müflisləşib. Bunun da tək çarəsi var. Kimsə o bankı satın almalıdır. Deyək ki, bankın ziyanı 300 milyondur. Kimsə buna razı olur və bankı satın alır. Belə bir şey baş versə, lisenziya ləğv olunmaya bilər.

Amma əgər bu bir neçə ay ərzində baş verməyibsə, bundan sonra çətin ki, belə hadisə baş verər. Mən hesab edirəm ki, AtaBank böyük ehtimalla bağlanacaq”.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO