"Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib”
Iqtisadiyyat
Oxunub: 587
23 yan 2020 | 18:00
"Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib”


Bakcell”in Applab proqramı və İNNOLAND İnkubasiya və Akselerasiya mərkəzi özlərinin birgə inkubasiya proqramının iştirakçıları üçün “Demo Day” (Demo Günü) tədbiri keçirib.

Tədbirin məqsədi maliyyələşməyə ehtiyacı olan startaplar və sərmayə yatırmaq istəyən potensial investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.

Bakcell və İNNOLAND tərəfindən həyata keçirilən birgə inkubasiya proqramının finalçıları öz nailiyyət və yeniliklərini nümayiş etdirib perspektivli startaplara investisiya yatırmaq marağında olan şirkətlərin nümayəndələri və biznesmenlərlə tanış olmaq üçün dəvət olunublar.

Bakcell tərəfindən dəstəklənən “Bon.az” (www.bon.az - onlayn “cashback” xidməti), “Towaves” (www.towaves.com - ortaq maraq və oxşar fikirləri olan insanları bir araya gətirən şəbəkə) və “Fonibo” (www.fonibo.com - ərzaq və yeməklərin çatdırılması platforması) startapları da layihə və gələcək planlarla bağlı məlumat vermək və potensial investorların diqqətini cəlb etmək imkanı qazanıblar.

2018-ci ildə Bakcell şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Həmin müqavilə çərçivəsində Bakcell və INNOLAND yerli startaplar üçün birgə inkubasiya proqramı həyata keçirir. İnkubasiya müddəti ərzində startap komandaları öz layihələri üzərində daha effektiv şəkildə işləyərək startap ideyalarını uğurlu və innovativ biznesə çevirmək üçün INNOLAND və Bakcell tərəfindən təqdim olunan pulsuz ofis sahəsi, peşəkar məsləhətlər, avadanlıq, təlimlər və digər imkanlardan istifadə edirlər.

Xatırladaq ki, 2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün Bakcell şirkətinin AppLab proqramından dəstək alırlar.

"Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib”"Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib”
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi