Azərbaycanda neft milyardlarına əvəz tapılır - TƏHLİL
Iqtisadiyyat
Oxunub: 830
31 yan 2020 | 19:17
Azərbaycanda neft milyardlarına əvəz tapılır - TƏHLİL


Azərbaycanın ötən ilki ixracında liderlik edən məhsullar və ölkələr açıqlanıb.

2019-cu ildə Azərbaycandan ən çox ixrac edilən qeyri-neft məhsullarının siyahısına pomidor, qızıl və fındıq liderlik edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilir. İcmalda bildirilir ki, ötən il ölkədən 189,3 milyon dollarlıq pomidor, 172,4 milyon dollarlıq qızıl və 124,2 milyon dollarlıq qabığı təmizlənmiş meşə fındığı ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na əsasən, ötən il meyvə-tərəvəz ixracı 605,8 milyon dollar, plastmass və onlardan hazırlanan məmulatların ixracı 179,4 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 128 milyon dollar, pambıq lifi ixracı 124 milyon dollar, kimya sənayesi məhsullarının ixracı 102,9 milyon dollar, elektrik enerjisinin ixracı 76,8 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57,6 milyon dollar, pambıq ipliyi ixracı 30,2 milyon dollar, şəkər ixracı 26,9 milyon dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 23,7 milyon dollar təşkil edib.

Əvvəlki ilə nisbətən pambıq lifinin ixracı 54 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 51 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı 46 faiz, kimya sənayesi məhsullarının ixracı 32 faiz, pambıq ipliyinin ixracı 27 faiz, elektrik enerjisi ixracı 17 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 14 faiz, şəkər ixracı 8 faiz, meyvə-tərəvəzin ixracı 8 faiz artıb. 2019-cu ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 173 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin dekabr ayı ilə müqayisədə 2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixrac 16 milyon dollar və yaxud 10 faiz artıb. 2019-cu ilin dekabr ayında qeyri-neft-qaz məhsulları ən çox mal Rusiyaya (68,3 milyon dollar), Türkiyəyə (38,4 milyon dollar), İsveçrəyə (15,1 milyon dollar), Gürcüstana (8,5 milyon dollar) və Özbəkistana (6,7 milyon dollar) ixrac edilib. 2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda pomidor (22,6 milyon dollar) birinci, xurma (20,1 milyon dollar) ikinci, pambıq mahlıcı (14,9 milyon dollar) üçüncü yerdə qərarlaşıb. Qeyd edək ki, 2019-cu ildə Azərbaycanın qeyri-neft ixracının həcmi 1,9 milyard dolları ötüb. 2018-ci ildə isə Azərbaycanın qeyri-neft ixracı 1 milyard 689 milyon dollar təşkil edib. Ötən il Azərbaycanda real ÜDM 2,2 faiz, qeyri-neft ÜDM 3,5 faiz artıb. Qeyri-neft sənayesi 13,9 faiz artıb. 2019-cu ildə qeyri-neft sektoruna sərmayələrin xüsusi çəkisi bir qədər artaraq 70 faizə çatıb.

Maraqlıdır, bu templə neft ixracını üstələmək olarmı?

İqtisadçı-ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə açıqlamasında qeyri-neft sektorunda xammala əsaslanan ixracın tədricən yarımfabrikat və hazır məhsul ixracına çevrilməsinin tərəfdarı olduğunu bildirib:

“Demək olar ki, Azərbaycanın yeganə yolu budur. Belə bir arqument var ki, hazır və yarımfabrikat məhsullar üzrə dünyada rəqabət böyükdür. Onsuz da qızıla dünyada tələbat həmişə yüksək olub, bunu kənara qoyaq. Amma ölkəmiz digər məhsulları xammal şəklində ixrac edir. Hazırda Rusiyada pomidor istehsalı ciddi şəkildə artıb. Təbii ki, orada dövlətin müxtəlif təşviq proqramları var, bundan əlavə, istixanalar stimullaşdırılır. Nəticə etibarilə Rusiyada pomidor istehsalı ilbəil artır. Rusiya daxili istehsalını, eləcə də fermerlərini qorumaq üçün idxala zamanla limit qoyacaq. Hətta limit qoymasa belə, Azərbaycan pomidoru sərhədi keçib uzun məsafə qət edir, nəticədə rəqabətdə uduzacaq. Beləliklə, ölkəmiz pomidor ixracını növbəti illərdə artıra bilməyəcək. Qarşıya məqsəd qoyulacaq ki, hazırda ixrac olunan pomidor elə ixrac etdiyimiz səviyyəsində qalsın. Bu, ən azından bazarı saxlamaq məqsədi ilə lazımdır. Ümumiyyətlə, xammal ixracındakı çətinliklərdən biri uzun məsafəyə daşınma səbəbindən malların tez xarab olmasıdır. Amma yarımfabrikat məhsullara çevriləndə onun saxlanma müddəti də uzun olur. Təbii ki, pomidorla tomat pastasının saxlanma müddəti eyni deyil”.

“Neft ixracını üstələyəcək yeganə mal tikinti materiallarıdır”

Analitik əsas məsələlərdən birinin dəyər zəncirinin yaradılması olduğuna da diqqət çəkib:

“Nə qədər qeyri-neft sektoruna əsaslanan xam məhsulları ixrac etsək də, hətta 10 il keçsə belə, neft ixracını üstələyə bilmərik. Azərbaycan Rusiya, Ukrayna kimi böyük dövlət deyil. Əgər bu gün 500, 600 milyon dollarlılıq meyvə-tərəvəz ixrac ediriksə, onun ən azından üçdə birini quru meyvə şəklində, yaxud da qablaşdırıb hazır məhsula çevirib ixrac etsək, bunun dəyəri 3-4 dəfə artıq olar. Bu üsulla meyvə-tərəvəz ixracını 1 milyard dollara çatdıra bilərik. Bu gəliri ancaq istehsalı genişləndirməklə çatdırmağa çalışsaq, çətin olar. Qeyri-neft sektorunda neft ixracını üstələyəcək yeganə mal müxtəlif tikinti materiallarının ixracıdır. Bunu da vurğulamaq yerinə düşər ki, istehsal edilən məhsulların ixracı ölkəmizə daha çox gəlir gətirə bilər, nəinki xam məhsullar. Xam məhsullarının özlərini də istehsalda xammal kimi istifadə edib daha dəyərli məhsullar ixrac edə bilərik. Qeyri-neft sektorunun bu templə ixracı yaxın gələcəkdə neftin üçdə birinin əvəz edəcək perspektivi yoxdur”.

“Azərbaycanın xammal istehsalının həddi var”

Elman Sadıqov təəssüflə qeyd edib ki, Azərbaycan kiloqramı 1 manata meyvə ixrac edir, amma kiloqramı 10 manata eyni adda quru meyvə idxal edir:

“Ölkəmiz eyni məhsulun 9 manat fərqlə idxalçısına çevrilir. Halbuki ölkənin daxili tələbatı ödəndikdən sonra həmin quru meyvələr ixrac oluna bilər. Bunun üçün yeni müəssisə qurmaq milyonlarla dollar investisiya tələb etmir. Tək meyvə deyil, bu gün pambıqçılığın bərpası istiqamətində Azərbaycanda işlər görülür. Hazırda ölkənin pambıq lifi ixracı 50 faizdən yuxarıdır. Azərbaycanın ucsuz-bucaqsız pambıq sahələri yoxdur ki, Özbəkistan, ABŞ kimi pambığı xammal şəklində ixrac etsin. Hazırda pambıq lifinin hamısını emal etmədən ixrac etmək o qədər də sərfəli sayılmır. Pambıqdan rəqabətə davamlı kostyumlar, paltarlar tikə bilməsək də, ən azından bint, köynəklər və müxtəlif parçalar hazırlamaq olar. Bununla da həmin pambığın dəyərini 3-4 dəfə artırmaq olar. Demək olmaz ki, yerli pambıqdan hazırlanan parçalar İtaliya parçaları ilə rəqabət aparacaq. Bizim pambığımız da buna imkan vermir. Amma ən azından bu istiqamətdə müəyyən siyasət aparmaq olar. Azərbaycanın xammal istehsalının müəyyən həddi var, yəni sonsuz deyil. Hesablamalar göstərir ki, qeyri-neft sektorunda istehsal hətta ən yüksək həddə çatsa belə, neft ixracından gələn gəlirin heç üçdə birini qazandırmır. Ona görə də əldə etdiyimiz xammala maksimum dərəcədə dəyər qataraq məhsul şəklində necə sata biləcəyimizi düşünməliyik. İstənilən ixrac məhsullarının müəyyən strategiyasını qurmaqla maksimum dəyər əldə etmək olar”.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"