“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı”
Iqtisadiyyat
Oxunub: 686
31 yan 2020 | 08:19
“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı”


Görmə məhdudiyyətli insanlara dəstək məqsədilə “Nar” və "Radio Antenn"in birgə həyata keçirdiyi “Canlı kitab” layihəsi artıq yekunlaşıb.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) xəbər verir ki, 3 ay müddətində "Radio Antenn" 101 FM-in efirində Azərbaycan və dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə olunmuş əsərləri səsləndirilib və audio-kitablar şəklində yazılıb. Yaddaş kartlarına köçürülmüş audio-kitablar Azərbaycan Gözdən Əlillər Cəmiyyəti, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbi və Respublika Gözdən Əlillər kitabxanasına təqdim edilib. Bununla da “Nar”ın dəstəyilə yaradılan səsli ədəbiyyat kitabxanası görmə məhduyyəti olan şəxslər üçün daha əlçatan olub.

“Nar”ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, layihənin əsas məqsədi görmə məhdudiyyətli insanların ədəbiyyata marağının artmasına dəstək olmaqdır: “Nar” fiziki məhdudiyyətli şəxslərə dəstək və insanların elmə marağının artması istiqamətində davamlı olaraq sosial layihələr icra edir. “Canlı kitab” layihəmiz ilə görmə məhdudiyyətli insanların Azərbaycan dilində mütaliəsi üçün məhdudiyyətin aradan qalxmasına töhfəmizi verməyə çalışdıq. Düşünürük ki, yaradılan audio-kitabxana həm görmə məhdudiyyəti olan şəxslərə, həm də ədəbiyyatı sevən insanlara yararlı olacaq. “Nar” olaraq fiziki məhdudiyyətli insanlara dəstək istiqamətində gələcəkdə də əhəmiyyətli layihələr icra etməkdə davam edəcəyik”.

Qeyd edək ki, 3 ay müddətində “Radio Antenn” 101 FM-in canlı efirində C.London, Q.Q.Markes, G.De Mopassan, H.Murakami, A.Çexov, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, M.C.Paşayev, Ə.Haqverdiyev, İ.Məlikzadə, K.Abdulla və digər yazarların müxtəlif əsərləri tanınmış aktyorlar, qiraət ustaları tərəfindən səsləndirilib. “Canlı kitab” layihəsinin əsas məqsədi görmə məhdudiyyətli şəxslər üçün mütaliə imkanı yaratmaq və insanların ədəbiyyata marağının artmasına dəstək olmaqdır.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı”“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı”“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı”“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı”“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı”“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı”
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO