Neft bazarı üçün çətin 4 ay: Təhlükənin miqyası böyüyür? - TƏHLİL
Iqtisadiyyat
Oxunub: 714
12 fev 2020 | 17:21
Neft bazarı üçün çətin 4 ay: Təhlükənin miqyası böyüyür? - TƏHLİL


Brent markalı neftin bir bareli həftənin ilk iş günündə beynəlxalq bazarlarda 54.49 dollardan satılıb.

Cümə günü 55.40 dollara çatan Brent markalı neftin bir barelinin qiyməti günü 54.47 dollarla başa vurub. Brent markalı neft bağlanışla müqayisədə 0,03 faiz artaraq 54.49 dollara satılıb. Eyni vaxtda Qərbi Texas xam nefti (WTI) bir bareli 50.34 dollardan alıcı tapıb. Çində yeni növ koronavirus epidemiyasında ölənlərin sayının 900-dən yuxarı olmasıyla qlobal neft tələbinin azalması davam edir. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ötən həftə keçirilən texniki komitənin iclasında qlobal neft bazarını sabitləşdirmək üçün istehsalatda gündəlik 600 min barel əlavə kəsintiyə gedilməsini tövsiyə etmişdi.

Brent neftində texniki olaraq 54.54 - 54.71 dollar arasında dəyişməsini müqavimət, 54.37 - 54.20 dollar arasında isə dəstək zonası olaraq qiymətləndirilir.

Maraqlıdır, ucuzlaşma prosesi uzun çəkərsə, bazarlarda hansı arzuolunmaz şoklar ola bilər?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, yanvar ayından bəri neft qiymətlərində sürətli dalğalanmalarının baş verməsinin bir neçə səbəbi var:

“İlk olaraq OPEC və müttəfiq dövlətlərin bazarın tənzimlənməsi ilə bağlı 2016-cildə irəli sürdükləri strategiyanın yanlış olmasıdır. Bazarın düzgün tənzimlənməsinə nail olmaq üçün öncə yüngül və ağır neftin balansını qoruyub saxlamaq lazımdır. OPEC və müttəfiq dövlətlərin bu günə kimi etdikləri cəhdlər yalnız kəmiyyətlə bağlı olub. Yəni üstünlüyü əsas kəsintilərin həcmlərinə veriblər, amma keyfiyyətə fikir verilməyib. Bu da bazarda balansın pozulmasına səbəb olub. Liviyadakı münaqişələr onu göstərdi ki, bazarda yüngül neftə olan tələbat artacaq. Çünki sutkalıq neft hasilatı 1 milyon 100 min bareldən yuxarı olan Liviyanın ixrac terminalları bir müddətdir ki, iflic vəziyyətdədir. Yəni ixraca məhdud həcmlərdə olsa da belə, neft tədarük edirlər. Amma digər tərəfdən ABŞ-ın ixrac həcmlərində artım müşahidə olunur, belə ki, son həftələrdə Amerikanın sutkalıq neft ixracı 3.4 milyon barel civarında olub. Amma bu o demək deyil ki, ABŞ-ın yüngül nefti bazarda bu neftə olan tələbatı qarşılayacaq. Avropa və Asiyanın neft emalı zavodları uzun müddət Liviya və Nigeriya neftlərinə hesablanıb. ABŞ-ın yüngül nefti dünyanın neft emal güclərində ilkdir. Ona görə də bu xammalın emal olunmasında problemlər var”.

Ekspert son zamanlar Çində başlayan koronavirus epidemiyasının enerji bazarlarına yan təsirlərindən də danışıb:

“Şərq ölkələrinin ay təqvimi ilə fevralın 5-i Yeni il daxil olur. Çində Yeni ilin daxil olması ilə tətillər başlanılır, eyni zamanda son aylar yayılan ölümcül koronavirus epidemiyasının geniş vüsət alması səbəbindən bu ölkənin də neftə olan tələbatını aşağı düşüb. Hesab edirəm ki, bu, yan təsirlərdir. Əsas təsir odur ki, nədənsə OPEC və müttəfiq dövlətlərin əsas prioriteti bazarda yüngül və ağır neft balansını tənzimləmək deyil. Bu tendensiyaya əməl edilmədiyinə görə, bazarda balans pozulur.

Hazırda Çinə sutkalıq neft idxalı 8 milyon bareldən bir qədər yuxarıdır. Halbuki ilin əvvəlində neft idxalı 9 milyon bareldən yuxarı idi. 2019-cu ilin son iki ayında elə iş həftələri oldu ki, Çində gündəlik idxal 10 milyon bareli keçmişdi. Üstəgəl, emal güclərinin gündəlik xammalla yüklənməsi 14 milyon barel civarında idi. Eyni zamanda Çində gündəlik neft hasilatı 3.8 milyon bareldir. Əgər Çində gündəlik xammalla yükləməni 2 milyon barel aşağı salacaqlarsa, deməli, bazarda kifayət qədər sərbəst fiziki həcmlər mövcud olacaq. Digər tərəfdən, həm fars körfəzi ölkələri, həm Rusiya, həm də Çinə neft ixrac edən digər dövlətlər hasilat həcmlərində ciddi dəyişikliklər etməyəcək. Çünki imzalanan müqavilələr may ayının sonuna qədər bağlanıb. İndi həmin razılaşamlara yenidən baxmaq lazımdır”.

Zəfər Vəliyevin sözlərinə görə, hazırda bazarda tələbatdan artıq yüngül neft həcmləri var:

“OPEC-in monitorinq komitəsi ilin ikinci rübündən başlayaraq gündəlik 600 min barel kəsintilərə gedilməsi ilə bağlı tövsiyə xarakterli çıxış etdi. Hələlik bu təsdiq olunmayıb. Çünki monitorinq komitəsinin qərar qəbul etmək səlahiyyəti yoxdur. Qərarı nazirlərin toplantısında qəbul edirlər. Bazarın düzgün tənzimlənməsinə nail olmaq üçün əlavə kəsintilərə yenidən gedilməlidir. Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirmişdi ki, mart ayında görüş baş tutacaq. Ehtimal ki, 600 min barel kəsintiyə getməklə bağlı müəyyən qərar qəbul edəcəklər. Hesab edirəm ki, Vyana sazişinin iştirakçısı olan dövlətlər Liviyadakı hadisələrin gedişatını izləyəcəklər. Çünki Qahirədə Liviya münaqişənin həllinə dair ilk görüşün keçirilməsi nəzərdə tutulur. Əgər orada atəşkəsə nail olmaqla bağlı qərar qəbul edilərsə və ixrac terminallarının funksional fəaliyyətinin bərpasına razılıq verərlərsə, o zaman 600 min barel kəsintiyə getməyə ehtiyac olmayacaq. Əgər Liviyadakı münaqişə daha da kəskinləşərsə, təbii ki, onda 600 min barel kəsintilərə getmək vacib olacaq. Onu da qeyd edim ki, 600 min barel kəsinti yüngül neftə aid edilməməlidir. Çünki hazırda bazarda tələbatdan artıq yüngül neft var. Yüngül və orta-ağır neftin kəsintisinə gedilməlidir”.

Analitik onu da qeyd edib ki, ilin əvvəlində beynəlxalq qurumların neftə olan tələbatı ilə bağlı irəli sürdüyü proqnozlar özünü doğrultmayıb:

“Həm OPEC-in, həm BP-nin, həm də Beynəlxalq Enerji Agentliyinin 2020-ci ildə neftə olan tələbatla bağlı fərqli proqnozları var idi. Ötən illə müqayisədə bu il neftə olan tələbat 1.2-1.3 milyon barel arta bilər. Amma ilin yanvar-fevral aylarında tamamilə fərqli rəqəmlərin şahidi olduq. Yanvarda dünyanın neftə olan tələbatı 850-860 min barel civarında artdı, fevralda isə bu rəqəm 770 min barelə düşdü. Deməli, həm BP-nin, həm OPEC-in, həm də Beynəlxalq Enerji Agentliyinin verdiyi proqnozlar özünü doğrultmadı. Hesab edirəm ki, iyun ayından başlayaraq bazarda neftə olan tələbatda artım müşahidə olunacaq. O zaman OPEC və müttəfiq dövlətlər bazarı düzgün tənzimləyərsə, neftin qiymətində müəyyən artımlar baş verəcək. Bütün hallarda ilin sonuna kimi neftin qiyməti 60-65 dollar dəhlizində tənzimlənməlidir. Əgər neftə olan tələbatın artmasında verilən proqnozlar öz əksini taparsa, OPEC və müttəfiq dövlətlər yenidən kəsintilərə getməlidir və öz öhdəliklərini düzgün yerinə yetirməlidirlər.

Eyni zamanda neft məhsullarının bazarda hərəkətinə ciddi nəzər yetirmək lazımdır. Yanvar ayında ABŞ-ın gündəlik neft və neft məhsullarının ixracı 7 milyon bareli keçib. Bunu tənzimləmək üçün OPEC+ dövlətlər həm bazara çıxardığı neft ixracının strukturuna, həm də neft məhsullarının həcmlərinə ciddi nəzarət etməlidirlər. Kompleks tədbirlər görülməliridr. Amma bütün hallarda ilin ikinci yarısından başlayaraq neftə olan tələbatda artımlar müşahidə ediləcək”.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb