“Son 1 il ərzində “Nar”abunəçilərinin internetdən istifadəsi 65% artıb”
Iqtisadiyyat
Oxunub: 374
16 mar 2020 | 17:52
“Son 1 il ərzində “Nar”abunəçilərinin internetdən istifadəsi 65% artıb”




Bütün ölkə əhalisini yüksək keyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar”, abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməkdədir.

Mobil operatorun təqdim etdiyi yüksək keyfiyyətli internet xidməti nəticəsində internet trafikinin həcmi son 1 il ərzində 65% yüksəlib.

Qeyd edək ki, artıma bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının genişlənməsi, smartfon penetrasiyasının artımı, eləcə də müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar səbəb olub. Belə ki, son 1 il ərzində Bakı üzrə smartfon istifadəçilərinin sayı 15%, regionlar üzrə isə 14% artıb.

“Nar”ın abunəçilərini keyfiyyətli internetlə təmin etməsi nəticəsində 4G istifadəçilərinin sayı 1 milyonu ötüb. Bununla da hər iki “Nar” abunəçisindən biri aktiv 4G istifadəçisidir. Hazırda 54 bölgə mərkəzini LTE texnologiyalı baza stansiyası ilə təmin edən mobil operator ölkə ərazinin 76%-ni (işğal olunmuş ərazilər istisna olmaqla), ölkə əhalisinin isə 93,2%-ni 4G/4.5G şəbəkəsi ilə əhatə edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO
Dünən, 10:20
Ermənistan 4 kəndi bu tarixə qədər qaytara bilər - Bakının PLANI
Dünən, 10:14
Azərbaycanın quru sərhədləri açılmayacaq