Mağaza və marketlərdə bahalaşmanı kimlər yaradır? - GƏLİŞMƏ
Koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikasının dövlət başçısı tərəfindən bütün lazmi addmlar atılır. Prezident “Yeni klinika”nın vaxtından tez açılşını həyata keçirərək virusa yoluxanların müalicəsinin yüksəksəviyyəli təşkilini təmin edib. İndiyə qədər imzalanan sərəncamlarla dövlətin pandemiyaya qarşı tədbirlərini həyata keçirməsinə hərtərəfli təmin edib. Azərbaycanda tələbatı artan maska və tibbi spirtin ölkədə istehsalına start verilib. Dövlət başçısının birbaşa göstərişi ilə yaradılan Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara uyğun olaraq ölkədə tətbiq edilən karantin rejimi sərtləşdirilib. Ərzaq mağazaları və əczaxanalara, həkimə getməkdən savayı əhalinin evdən bayıra çıxması çətinləşdiyi bir dövrdə bəzi qida məhsullarının tapılmaması və bəzilərinin süni qiymət artımına məruz qalması vətəndaşların haqlı narazılığına səbəb olur.
Halbuki aprelin 8-də keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov jurnalistlərin suallarına cavab olaraq dəfələrə qeyd edib ki, Azərbaycanın 3 aylıq ərzaq tədarükü var, hətta 6 aya kimi sığortalanıb. Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində çalışanlara sərbəst hərəkət azadlığı verilib ki, ölkənin ərzaqla təmin edilməsində problem yaranmasın.
Buna qədər aprelin 3-də Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov mediaya müsahibəsində Ötən il kənd təsərrüfatında çox yüksək nəticələr qeydə alındığı üçün Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas olmadığını deyib. Onun sözlərinə görə, aqrar sektorda məhsuldarlıq göstəriciləri artıb, ölkənin kənd təsərrüfatı məhsulları ilə təmin olunması imkanları da yüksəlib.
Ən əsası da Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi “Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul etdiyi qərarlara əsasən, respublika ərazisində kənd təsərrüfatı və ərzaq məhsullarının orta və ağır tonnajlı yük maşınları ilə daşınmasına məhdudiyyət qoyulmadığını qeyd edərək paytaxt və böyük şəhərlərə kənd təsərrüfatı məhsullarının gətirilməsində problem olmadığını qəti şəkildə bildirib.
A.Hüseynov karantin rejimi dövründə fəaliyyətinə icazə verilən supermarketlər və digər ərzaq satışı məntəqələrində heç bir qıtlıq müşahidə olunmadığını idda etsə də, mağaza və supermarketlərdə müşahidə edilən qiymət artımı onu göstərir ki, tələb təklifi üstələyir. Belə ki, həmişə alınan gündəlik ərzaq, əsasən də kənd təsərrüfatı məhsullarının bəzilərinin qiymətində 30 faizə qədər artım nəzərə çarpır. Bu da onu göstərir ki, son günlər daha çox tələb olunduğu üçün təkcə zəncəfil bahalaşmayıb, cücərmiş sarımsağı da marketlər 8 manata, xaricdən gələni isə 10 manata satırlar. Halbuki “Kənddən şəhərə” mağazalarında bir ay bundan qabaq sarımsağın qiyməti 3 manata idi.
Dövlət başçısı xəbərdarlıq etsə də, bəzi işbazlar bu vəziyyətdə də artıq pul qazanmağa meyilləniblər. Ona görə ki, artıq Bakı şəhərinin bütün sakinləri bu bahalaşmanı hiss edirlər. AzToday.az xəbər verir ki, adi soğanın qiyməti bayramdan qabaq 60-70 qəpik idi, aprel ayının sonunda təzə soğanın yığımı gözlənildidiyi halda, soyuducularda don vurmuş soğanın qiyməti 1 manat 15 qəpikdən aşağı deyil, 1 manat 30-a satanlar da var. Kələmin qiyməti 1 manat 20 qəpik olub. Bu siyahını çox uzatmaq olar.
Digər marketlərə nisbətən kənd təsərrüfatı mallarında qiymətləri aşağı saxlamağa çalışan “Araz” marketlər şəbəkəsinin mağazalarında da son günlər kələmdən başqa, bütün meyvə-tərəfəz məhsullarında bahalaşma qedyə alınıb. Məsələn, karof bütün marketlərdə və meyvə satılan yerlərdə 80 qəpik idi. İndi ən pisi 1 manatdan aşağı deyil. Limonun qiymətini də birdən-birə bahalaşdırdılar. Hətta “Oba” marketlərində də 35 qəpilik limon indi 55 qəpiyə satılır. Kilo ilə 3 manat olan limon artıq 5 manata satılır. Yumurtanın qiymətini isə aşağı salmaq fikrində deyillər. Halbuki keçən ilin eyni vaxtı ilə müqayisədə yumurta indi 11 qəpik olmalı idi. Maraqlı bir tendensiya var ki, yalnız bananın qiyməti 30-40 qəpik aşağı düşüb, 2 manata satılır.
Marketlərdə satılan digər məhsullara gəlincə, bəzi şirkətlərdə qiymət artımı o qədər hiss olunmasa da, bəziləri qiymətləri qaldırıb. Ona görə də bir çox marketdə unun qiyməti artmaqda davam edir.
“Sevimli dad” şirkəti də birdən-birə məhsullarında qiymət artımına gedib. Ona görə ki, bu şirkətə məxsus kolbasaları “Araz”da 8 manat 70 qəpiyə satılan kolbasa indi 10 manata satılır, 9 manata satılan sosislər indi 11 manata alıcılara təklif edilir. Şirkətin digər məhsullarında və digər şirkətlərin mallarındakı qiymət artımını hələlik qeyd etmirik. Görəsən, nə baş verir?
Axı bir neçə gün bundan qabaq Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışından sonra Azərbaycan xalqına müraciəti zamanı deyib ki, indi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın:
“Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək”.
Bu münasibətdən sonra əlavə şərhə ehtiyac olamasa da, onu xatırladaq ki, hökumət və dövlətimiz hər vəchlə qiymətlərin stabil saxlanması, süni qiymət artımının qarşısını üçün bir çox məhsullara üçün tətbiq edilən vergiləri aradan qaldırır, sahibkarlar üçün bütün güzəştləri edir. Hətta bəzi şirkətlər bunun müqabilində bəzi məhsulların qiymətini aşağı salır. Amma görünən odur ki, ölkə üçün, əhali üçün çətin dövrdə bəzi şirkətlərin, mağazaların rəhbərləri fürsətdən istifadə edib daha çox pul qazanmaq istəyirlər. İlin-günün bu vaxtında öz soydaşlarına və vətəndaşlarına qarşı bu münasibət dövlət başçısının qeyd etdiyi kimi, xəyanətə bərabər bir addımdır.
AzToday.az
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”