Son aylar Azərbaycan banklarında sözün əsl mənasında müştəri qıtlığı hiss edilir
Iqtisadiyyat
Oxunub: 1 266
14 sen 2015 | 15:40
Son aylar Azərbaycan banklarında sözün əsl mənasında müştəri qıtlığı hiss edilir

Azərbaycan bankları müştəri qıtlığı çəkir




















Bank filialları əksər hallarda boş olur, əsasən kreditlərə görə ödənişləri qəbul edir. Müştərilərin azlığı bankları müraciətlərə daha operativ baxmağa vadar edib. Əvvəllər müştərinin sənədləri və ödəmə qabiliyyəti bir neçə saat ərzində araşdırılır, bəzən isə buna bir neçə gün sərf edilirdi. İndi isə kredit üçün müraciətlərə isə ən geci 1 saat ərzində baxılır.

“Müştəri gələndə sevinirik”
Halbuki, bir neçə ay bundan əvvəl banklarda tamamilə fərqli mənzərə hökm sürürdü. Yüzlərlə insan kredit götürmək üçün növbəsini gözləyir, kredit mütəxəssisləri başlarını qaşımağa belə vaxt tapmırdılar. “Vaxt var idi, nahara çıxmağa belə imkan olmurdu, müştəri o qədər çox idi ki, yerimizdən tərpənə bilmirdik, indi isə müştəri gələndə sevinirik” – deyə kredit mütəxəssislərindən biri fins.az-a bildirib.

“Camaatın dollar kreditlərindən gözü qorxub”
Bank mütəxəssisləri Azərbaycanda kredit bumunun yatmasını devalvasiyanın nəticəsi kimi qiymətləndirir. Onların sözlərinə görə, manat kəskin ucuzlaşandan sonra ölkədə iqtisadi aktivlik zəifləyib, xeyli sayda iş yeri bağlanıb ki, bu da öz növbəsində kredit götürmək istəyənlərin sayını azaldıb. Bundan başqa, devalvasiyadan sonra bankların əsasən dollarla kredit təklif etməsi də kredit müraciətlərinin azalmasına səbəb olub: “Camaatın dollar kreditlərindən gözü qorxub. Ona görə də, çalışırlar manatla götürsünlər, onu da hər bank vermir”. Və nəhayət, Azərbaycan Mərkəzi Bankının (AMB) tələbi ilə banklar müştərilərə qarşı gəlir tələbini sərtləşdirib. İndi kredit götürmək istəyənlərin daha çox rəsmi gəlirləri nəzərə alınır, eləcə də onların başqa banklarda öhdəliklərinə baxılır. Son nəticədə hamı kredit ala bilmir: “Əvvəllər təkcə bizim bankdakı tarixçəsinə baxıb kredit verirdik, heç baxmırdıq ki, başqa bankda özünü necə aparıb. Amma indi elə deyil. Yüz ölçüb-biçəndən sonra kredit veririk”.


Banklar komissiyadan da keçməyə hazırdır
AMB-nin tövsiyyəsi əsasında ölkədəki bankların əksəriyyəti kreditlər görə tutulan komisyon haqqını 1%-ə qədər azaldıb. Amma bu amil belə kredit götürmək istəyənlərin sayına ciddi təsir göstərməyib. Buna görə də, bəzi banklar hətta komisyon haqqından belə imtina etməyə hazırdırlar, təki normal müştəri tapıb ona kredit versinlər. Bunu banklarda müştərilərə göndərilən “Komissiyasız kredit” mesajlarından da hiss etmək mümkündür.

Faizlərdə endirim də edilir
Bankların müştəri cəlb etmək üçün atdığı addımlardan biri də mütəmadi olaraq faiz dərəcələrinin endirilməsidir. Halbuki banklar vaxtilə endirimi yalnız bayramlarda edərdilər. Bu il isə az qala bütün yay fəslini banklar endirim kampaniyası ilə keçiriblər.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...