Əli Məsimli: “Azərbaycanda devalvasiya olmayacaq”
Iqtisadiyyat
Oxunub: 1 250
15 sen 2015 | 10:27
Əli Məsimli: “Azərbaycanda devalvasiya olmayacaq”

“Yaxın zamanlarda Azərbaycanda devalvasiya olmayacaq”

















Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı-deputat Əli Məsimli bildirib.
Onun sözlərinə görə, tədiyyə balansında devalvasiya üçün mənfi tendensiyalar ciddi əsasdır. Neftin qiymətinin indiki səviyyəsində tədiyyə balansı müsbət olaraq davam edəcək. Tədiyyə balansı müsbətdirsə, devalvasiya üçün əsas amil aradan qalxır. Əgər neftin qiyməti 2008-ci ilin avqustundan etibarən 147 dollardan başlayaraq 33-35 dollara düşdüyü situasiya təkrarlanarsa, yəni neftin qiyməti xeyli müddət 33-35 dollar təşkil edərsə, o zaman bunun mənfi təsiri ola bilər. Bilirsiniz ki, 2008-ci ildə neftin qiyməti qısa müddətdə 33-35 dollar təşkil etdiyinə görə Azərbaycanın milli manatına ciddi təsir göstərə bilmədi. O zaman Azərbaycan hökumətinin, xüsusilə də Maliyyə Nazirliyi və Mərkəzi bankın gördüyü tədbirlər nəticəsində bunun qarşısı alınmışdı. Ancaq indi neftin qiymətinin aşağı səviyyədə olması həmin dövrlə müqayisədə çox uzun müddəti əhatə edir. Əgər neftin qiyməti indiki səviyyədə qalsa, o zaman Azərbaycanın tədiyyə balansının müsbət saldosu da özünü saxlamaqla devalvasiya üçün heç bir əsas olmayacaq”.

Ə.Məsimli qeyd edib ki, son vaxtlar rus rublunun təsiri güclənib: “Bu gün Qazaxıstan valyutası Azərbaycan manatına birbaşa təsir göstərmir, ancaq rus rubluna təsir göstərir. Təbii ki, bu da manatın devalvasiyasına təsir edə bilən amillərdən biridir. Ancaq tənzimləmə sistemində ciddi səhv gözləmirəm. Eyni zamanda bir neçə müddət əvvəl yaranmış ajiotajın aradan qaldırılması istiqamətində Mərkəzi Bank tərəfindən atılan addımlar bir daha onu göstərdi ki, təcrübə kifayət qədər var. Belə hallar baş verən zaman həmin ajiotaj və şayiələrin qarşısını almaq üçün vaxtında lazımi tədbirlər görülə bilər. Bu cür yanaşanda Azərbaycan manatının devalvasiyası üçün heç bir əsas qalmır".

Deputat bildirib ki, 21 fevraldan sonra manatın kursu neftin qiyməti, dolların qlobal kursu, daxili və xarici amillərə görə həssas olub. “Bu il proqnozlaşdırmaq mümkündür ki, əgər tədiyyə balansı müsbət olacaqsa, o zaman devalvasiyaya yer yoxdur. Ancaq xarici amilləri tam proqnozlaşdırmaq mümkün deyil. Çünki dünya dağılır. Nəinki ilin sonunda, hətta dünyada sabah nə baş verəcəyini heç kəs dəqiq bilmir. Bütün tarix kitabları yazır ki, 1929-1933-cü illərin böhranları 1933-cü ildə bitib. Amma dərin təhlil aparılsa, 1929-cü ilin böhranı 1933-cü ildə bitmədiyi üçün faşizm önə çıxıb. Bununla da müxtəlif manipulyasiyalar olub, İkinci Dünya müharibəsi başlayıb, bəşəriyyət xeyli geri düşüb və Avropa kimi qədim qitə darmadağın olub. İndi də deyirlər ki, guya 2008-ci ilin böhranı aradan qalxıb. Ancaq mən hesab edirəm ki, 2008-ci ilin böhranı tam aradan qalxmayıb. İndi Üçüncü Dünya müharibəsi əvəzinə böyük xaoslar yaradırlar. Bu xaosların da hansı nəticəni verəcəyini və yenə də bəşəriyyəti on illərlə geri atacağını hələlik dəqiq proqnozlaşdırmaq mümkün deyil. Bu mənada yanaşanda isə bizdən asılı olmayan səbəblər bütün ölkələrdə xeyli dərəcədə təsirini göstərir. Təbii ki, bu təsirlər Azərbaycana da gəlib çatacaq. Ancaq faktiki odur ki, Azərbaycanın iqtisadi artım tempi dünyanın iqtisadi artım tempindən 2 dəfə, MDB-nin iqtisadi artım tempindən isə 2,7 dəfə yüksəkdir. Eyni zamanda Azərbaycanın normativ valyuta ehtiyatları səviyyəsindən qat-qat yüksəkdir. Bu isə o deməkdir ki, Azərbaycan böhranlı dövrlərdə manevr etmək üçün təhlükəsizlik yastığına malikdir. Bütün bu amilləri nəzərə alaraq, demək olar ki, manatın devalvasiyası üçün daxili amilin təsiri yoxdur. Xarici amilləri isə proqnozlaşdırmaq mümkün deyil”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO