Elmar Vəliyevin 2 milyonluq dollar əməliyyatı – icra başçısı dövləti necə sa
Iqtisadiyyat
Oxunub: 1 353
17 sen 2015 | 08:34
Elmar Vəliyevin 2 milyonluq dollar əməliyyatı – icra başçısı dövləti necə sa
















Mərkəzi Bank aylıq dollar limitini 4 günə kimlərə satıb?; Bakıda bəzi iri şirkət rəhbərləri və hakimiyyətə yaxın varlı adamlar evlərinə az qala bank kisələri ilə dollar daşıyıblar; manatın yenidən dəyərdən düşəcəyi xəbəri məmur-oliqarxlara niyə və hansı məqsədlə ötürüldüyü sualı hələ ki açıq qalır…

Avqustun sonunda manatın yenidən devalvasiya olacağı barədə xəbərlər ölkənin pul-maliyyə sektorunda ciddi gərginlik yaratmışdı. Mərkəzi Bankın “həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur” bəyanatı valyutadəyişmə məntəqələrində ajiotajı qismən yatırdı. Mərkəzi Bankın bunun ardınca yaydığı məlumat isə yaranmış gərginliyin heç də təsadüfi olmadığını göstərdi. Məlum oldu ki, ajiotajın yaşandığı 4 gündə Mərkəzi Bank ölkə banklarına düz 900 milyon dollar satıb. Bu isə aylıq göstəricidən də çoxdur. Yəni Mərkəzi Bankın bir aya banklara verdiyi vəsait 4 gündə alınıb…
Aydındır ki, ajiotaj və dollara tələbatın kəskin artmasının bir səbəbi də qəfil devalvasiyadan gözü qorxmuş əhalinin əlində və ehtiyatında olan milli valyutanın ABŞ dollarına konvertasiya etmək istəyi ilə bağlı idi. Amma bu qədər iri məbləği əhalinin tələbatı üçün ayrıldığı və əhalinin aldığı fantastik görünə bilərdi. Aydın idi ki, ortada Azərbaycanın varlı təbəqəsinin “dollara sevgisi” dayanırdı. Həmin günlər iri bankların valyutadəyişmə məntəqələrinin qarşısında saatlarla növbə çəkən qalstuklu sürücülərə, Bakının ən modern maşınlarının sahiblərini görmək mümkün idi.
Təsadüfi deyil ki, fevralın 21-də manat ucuzlaşdıqdan sonra prezident İlham Əliyev bu məsələyə toxunaraq maraqlı açıqlama vermişdi. Prezident demişdi ki, bu vəziyyətdən bəzi spekulyantlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə ediblər. “Sadəcə, bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində günə azı 500 milyon dollar bazardan alınıb” deyə, prezident bildirmişdi. Manat “avqust devalvasiyası” təhlükəsi ilə üzləşdikdə də eyni vəziyyət yaşanıb, hətta daha 400 milyon dollar əlavə bazara buraxılıb. Sonrakı günlər valyuta bazarında stabilliyin yaranması da onu göstərdi ki, xüsusilə paytaxt Bakıda valyuta qıtlığına səbəb müəyyən varlı təbəqənin əllərində olan nağd manat vəsaitlərini bazara çıxararaq külli-miqdarda dolları almasıdır.
Redaksiyamıza daxil olan məlumata görə, Bakıda bəzi iri şirkət rəhbərləri və hakimiyyətə yaxın varlı adamlar evlərinə az qala bank kisələri ilə dollar daşıyıblar. Manatın yenidən devalvasiya olacağı barədə xəbərlərin məmur-oliqarxlara və onlara yaxın varlı şəxslərə niyə və hansı məqsədlə ötürüldüyü sualı hələ ki açıq qalır. Çünki valyuta bazarında panikanı məhz onlara ötürülmüş “mötəbər informasiya” yaradıb və bir çoxları da bu xəbərlərə inanaraq əllərində olan manatı təcili dəyişdirməyə başlayıblar.
Daha bir sensasion məlumat isə Gəncənin icra başçısı Elmar Vəliyevlə bağlıdır. Bir mənbənin iddiasına görə, E.Vəliyevin tapşırığı ilə bankların birindən ona məxsus olduğu deyilən 2 milyon manat dollarla dəyişdirilib. Gəncənin polis rəisi Faiq Şabanovun da təxminən 500 min manatı dollara çevirib. Əlbəttə, hamı kimi vəzifəli adamların da pul saxlamaq, onu istədiyi kimi xərcləmək və istədiyi valyutaya dəyişmək haqqı var. Amma nəzərə almaq lazımdır ki, maliyyə bazarında bu cür panikaların zərbəsi günahsız əhaliyə dəyir. Camaat dollarla kredit borcunu düşünür, bir qismi əlində olan sonuncu ehtiyatı belə dollara çevirmək üçün saatlara növbədə durur, əsəb gərginliyi və mənəvi sarsıntı keçirir. Ən əsası, bu cür vəziyyətlərdə ölkənin maliyyə təhlükəsizliyinə ciddi ziyan dəyir.(yenicag.az)
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ