“Atabank” ətrafında böyük narazılıq - QALMAQAL
Iqtisadiyyat
Oxunub: 435
7 may 2020 | 23:39
“Atabank” ətrafında böyük narazılıq - QALMAQAL


Xəbər verdiyimiz kimi, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olduğuna, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə "Atabank” ASC-nin və "Amrah Bank” ASC-nin lisenziyaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə qərar çıxarılmışdı.

7NEWS.az xəbər verir ki, Mərkəzi Bank bildirir ki, "Atabank” ASC və "Amrah Bank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcəkdir. Fondun vəsaiti çatmasa mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaqdır.

Bu olaydan sonra Amrahbank-ın işçiləri Bankın bağlanmasına və əməkhaqlarının ödənilməməsinə etiraz etdilər. Qısa zaman kəsiyində işçilərin bir qismi əməkhaqlarının ödənilməsinə nail olsalar da, problem bu və digər bağlamış bank - "Amrah Bank” ASC-də qalmaqdadır.

7NEWS.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında baş verən hadisələrə münasibətini açıq şəkildə ifadə edib: "Bankın əmanətçiləri narahat olmasınlar, onların əmanətləri qorunur. O banklarda çalışanların əmək haqları da ödəniləcək"

Daha sonra verilən açıqlama isə sözün əsl mənasında əhali arasında banklara olan etimadı sıfıra endirə bilər. Sitat: Lisenziyaları ləğv edilmiş AtaBank və Amrahbankda iş adamlarının cari hesablarında olan vəsaitləri bata bilər. Bu sözləri də Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib və sahibkarların üzləşdikləri vəziyyətə görə təəssüf hissi keçirdiyini deyib: "Təssüf edirəm, qanunvericiliyin tələbi belədir. Bu banklarda hesab açmaq iş adamlarının öz seçimləri idi. Əmanətlərin Sığortalanması Fondu ilk növbədə qorunan əmanətləri qaytaracaq. Sonra qanunvericiliyə əsasən növbəlilik var. Əgər vəsait olacaqsa onlara da növbəlilik prinsipi ilə vəsaitləri ödəniləcək”.

Proses onu göstərir ki, 4 bank eyni taleyi yaşayır və onlar arasında "Atabank” ASC-nin vəziyyəti daha qəlizdir. 7NEWS.az olaraq biz bu böhranın sosial partlayışa çevrilmə ehtimalını məntiqi ardıcıllıqla oxucularımıza çatdırmağa çalışacağıq;

- 29 aprel 2020-ci il tarxindən etibarən bankın bütün hesabları dondurulub, bütün əməliyyatlar dayandırılıb. Bunun hansı fəsadlarla nəticələndiyini təsəvvür etmək o qədər də çətin deyil;


- "Atabank” ASC-də bank hesabı olan sahibkarların vəsaitlərinin taleyi məlum deyil. Bilirsiniz ki, xüsusi karantin dövründə ölkə başçısının tapşırığı ilə bütün sahibkarlara dəstək olunur, onların hesablarına dövlət dəstəyi kimi vəsaitlər köçürülür. "Atabank” ASC bağlananda isə sahibkarlar nəinki ki, prezidentin tapşırığı ilə onlara ayrılan yardımdan məhrum olublar, hətta öz hesablarında olan vəsaitləri belə geri çəkə bilmirlər. Bu isə öz növbəsində həmin sahibkarların işçilərinin əməkhaqlarının ödənilməsində və digər öhdəliklərinin yerinə yetirilməsində olduqca ciddi problemlər yaratmışdır;


- "Atabank” ASC ilk beşlikdə olan bank idi. Belə bir bankın qəfil bağlanması və sahibkarların pullarının ödənilməməsi ölkədə banklara olan etimadı sıfıra endirir, "kölgə iqtisadiyatı”nın yenidən ön plana çıxmasına şərait yaradır;


- "Atabank” ASC-nin əməkdaşalrın 70 faizi əməkhaqlarını almayıblar. Məlumatda qeyd olunur ki, ancaq bankın Bakıda yerləşən Mərkəzi ofisində çalışan və 3000 manatdan yuxarı əməkhaqqı alan əməkdaşlar öz müavinətlərini alıblar. Daha çox ehtiyacı olan, xüsusi karantin dövründə sosial-məişət çətinlikləri ilə üz-üzə qalan işçilər isə maddi sıxıntılar içindədirlər. Görünən odur ki, 3000 manatdan çox maaş alan mərkəzi ofis işçiləri, rəhbər heyət, digərproblemi həll edəcəkləri ilə bağlı öhdəlik veriblər. Çox güman ki, bu məsələ iləbağlı da ölkə rəhbərliyinə yanlış məlumat verilib və problemin həll olunduğu söylənilib;


- Digər bir məsələ isə sırf ixtisara düşən işçilərin kompensasiyası ilə bağlıdır. İndiki halda qeyd olunur ki, bu məsələ 4-cü kateqoriyaya aiddir. Belə ki, bank öz öhdəliklərini yerinə yetirəndən və sahibkarlara dəyən ziyan ödəniləndən sonra bu məsələyə, hardasa, baxıla bilər.

Reaksiyamıza müraciət edən şikayətçilər qeyd edirlər ki, bütün bunlar birbaşa ölkə başçısına qarşı təxribat və xəyanətdir. Xüsusi karantin dövründə Prezident İlham Əliyev qəti şəkildə insanların işsiz qalmamasının əleyhinə idi və bununla bağlı problemlərin aradan aldırılması üçün ciddi addımlar atmışdır. Belə olan halda kim minlərlə insanı pandemiya dövründə ölkəyə qarşı qaldırır? Bu suala növbəti yazılarımızda aydınlıq gətirəcəyik.

Məlumat üçün qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-130/2020 saylı qərarı ilə "Amrahbank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

Məhkəmə qərarlarına əsasən Əmanətlərin Sığortalanması Fondu "Atabank” ASC və "Amrahbank” ASC-nin ləğvedicisi təyin edilib.

Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə "Atabank” ASC və "Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq 30 iyul 2007-ci il tarixdə 2 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Atabank” ASC və 30 iyul 2007-ci il tarixdə 26 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Amrahbank” ASC 1 may 2020-ci il tarixində "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banklara verilmiş şəhadətnamə ləğv edilmişdir.
7NEWS.az
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq