Banklar Mərkəzi Bankın tövsiyəsini qulaqardına vurub: Kreditlərə cərimə yazılır - Özləri açıqlayır...
Iqtisadiyyat
Oxunub: 644
12 may 2020 | 22:43
Banklar Mərkəzi Bankın tövsiyəsini qulaqardına vurub: Kreditlərə cərimə yazılır - Özləri açıqlayır...


Koronavirus pandemiyası dövründə bir sıra iş yerlərinin bağlanması, xüsusilə də muzdla işləyənlərin işsiz qalması bank krediti olanların ödənişlərində problem yaradıb.

Kreditlərin ödənilməsindəki gecikmələr vətəndaşların əlavə olaraq borclanmasına zəmin yaradır ki, bu da kredit borclarının şişməsinə səbəb olur. Bu problemin, vətəndaşların daha çox borclanmasının qarşısını almaq üçün Azərbaycan Mərkəzi Bankı kommersiya banklarına tövsiyə xarakterli müraciət edib. MərkəziBankın kommersiya bankarına göndərdiyi sənəddə biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması tövsiyə edilib. Sənəddə göstərilir ki, əgər vətəndaşın martın 1-dən sentyabrın 30-dək kredit yubanması olacaqsa, bu, onun kredit tarixçəsinə yazılmayacaq və tarixçə pisləşməyəcək.

İpoteka kreditləri ilə bağlı məqamlar da sənəddə yer alıb. Belə ki, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına bu il martın 1-dək verilmiş ipoteka kreditləri, Fondun razılığı əsasında bu il sentyabrın 30-dək restrukturizasiya olunacaq, yəni güzəşt tətbiq olunacaq. Fondun vəsaitləri hesabına martın 1-nə kimi verilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi də tapşırılıb.

Qeyd edək ki, kommersiya bankları özəl müəssisəslər olduğu üçün Mərkəzi Bankın onlara birbaşa tapşırıq vermək imkanı yoxdur və ona görə də sənəd ancaq tövsiyə xarakteri daşıyır.

Maraqlıdır, kommersiya bankları bu tövsiyəyə əməl edirmi?

Bir neçə bank Cebhe.info-nun sorğusunu cavablayıb.

“Kapital Bank”dan sorğuya cavab olaraq bildirilib ki, ödənişi gecikdirilmiş kreditlərə cərimə faizləri əlavə olunur.

“Accsses Bank”dan da gecikdirilmiş kreditlərə cərimə faizlərinin əlavə olunduğu, amma kredit ödənişi həyata keçirildiyi zaman gecikməyə görə əlavə olunan faizlərin nəzərə alınacağı bildirilib.

Azərbaycan Beynəlxalq Bankı isə yalnız krediti olan müştərilə bu haqda məlumat veriləcəyini bildirib.

Bir neçə bank isə ümumiyyətlə, sorğunu cavablandırmaqdan imtina edib.

Göründüyü kimi, pandemiya dövründə Mərkəzi Bankın tövsiyəsinə kommersiya bankları heç də müsbət reaksiya verməyib. Bu isə gələcəkdə problemli kreditlərin həcminin artacağına işarədir. Kredit ödənişində problem yaşayan şəxslərin bir müddət sonra borcu şişəcək və xüsusilə də aztəminatlı vətəndaşların ödəmə imkanını aşacaq. Bu isə növbəti problemli kredit dalğasını yarada bilər.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası