"600 mindən çox istifadəçi ölkənin ən reytinqli virtual müştəri xidməti aləti olan “Mənim Bakcellim”i seçir”
Iqtisadiyyat
Oxunub: 441
16 may 2020 | 22:45
"600 mindən çox istifadəçi ölkənin ən reytinqli virtual müştəri xidməti aləti olan “Mənim Bakcellim”i seçir”


600 mindən çox aktiv istifadəçisi olan “Mənim Bakcellim” ölkənin mobil operatorları tərəfindən təqdim olunan tətbiqetmələr arasında ən çox seçilən proqramdır.

Bu aplikasiya 600 min dəfədən çox yüklənilməklə Azərbaycanın telekom tətbiqetmələri arasında ən yüksək reytinqi qazanıb. Bundan əlavə, “Mənim Bakcellim” ümumi reytinqlərdə də yüksək nəticə göstərərək Azərbaycanın ən populyar pulsuz tətbiqetmələri sırasında yer alıb. Həmçinin istifadəçilərin 83 faizi bu tətbiqetməyə 5+ reytinqini verib.

Abunəçiləri ən üstün müştəri təcrübəsi ilə təmin etmək məqsədilə iki il bundan əvvəl istifadəyə verilmiş bu virtual müştəri xidmətləri aləti məlumat mərkəzinə zəng etmədən və xidmət mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək üçün çox rahat və sadə üsuldur. “Mənim Bakcellim”dən tamamilə pulsuz istifadə edən abunəçilər, eyni zamanda, balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları asanlıqla əldə edə bilirlər. Bundan əlavə, “Mənim Bakcellim” istifadəçiləri zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edirlər. Həmçinin “Bakcell” xidmətlərinə aid suallara tez bir zamanda cavab almaq üçün onlayn çat funksiyası vasitəsilə “Bakcell”in əməkdaşları ilə əlaqə saxlamaq mümkündür.

“Bakcell” öz abunəçilərini ən üstün müştəri təcrübəsi ilə təmin etmək üçün böyük işlər görür. Biz “Mənim Bakcellim”i bazarda ən seçilən və ən yüksək reytinqlərə malik olan aplikasiya kimi görməkdən çox məmnunuq. “Ookla” tərəfindən dəfələrlə ən üstün və ən sürətli mobil şəbəkə olaraq tanınan “Bakcell” şəbəkəsi vasitəsilə abunəçilərimizə yüksəkkeyfiyyətli xidmət göstərmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Rainer Ratgeber bildirib.

“Mənim Bakcellim” mobil tətbiqetməsini “Android” və “iOS” sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “AppStore” portallarından pulsuz yükləmək olar. Qeyd edək ki, qeydiyyatdan keçəndən sonra abunəçilər kompüter və planşet kimi cihazlarda “Mənim Bakcellim” proqramının “desktop” versiyasından yararlana bilərlər.

Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklər “https://www.bakcell.com/az/my-bakcell” səhifəsində yerləşdirilib.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?