Banklar kredit verməkdən niyə qaçır? - TƏHLİL
Iqtisadiyyat
Oxunub: 548
1 in 2020 | 16:51
  Banklar kredit verməkdən niyə qaçır? - TƏHLİL


Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlər tədricən aradan qaldırılır, müxtəlif sahələrdə iş bərpa olunur. Lakin ölkə banklarının kreditlərə tətbqi etdiyi qeyri-rəsmi qadağa hələ aradan qaldırılmayıb. Belə ki, ölkə banklarının böyük əksəriyyəti ya kreditləşməni tamamilə dayandırıb, ya da ciddi şəkildə məhdudlaşdırıb. Hətta Azərbaycanın ən böyük banklarında belə istehlak kreditləşməsindən imtina olunur. Biznes kreditləri isə çox məhdud sayda - yüksək faiz və sərt girov tələbləri əsasında verilir.

Xatırladaq ki, Mərkəzi Bank rəhbərliyi ötən ildən istehlak kreditlərinin artmasını zərərli hal kimi qiymətləndirərək qarşısının alınması üçün addımlar atır. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, banklar istehlak kreditləri verəndə əksər hallarda əhali üzərində risk balansını qorumur: “Bank sektoru mənəvi çağırışlara cavab verməlidir. Kreditlər vətəndaşların gəlirinin 50 faizindən aşağı hissəsinə uyğun verilməlidir. Banklar əksər hallarda kredit verəndə vətəndaşın gəlirini nəzərə almır”.

Baş bankirin verdiyi məlumata görə, cari ilin yanvar-aprel aylarında ölkədə kredit portfeli 1,9 faiz artıb. O bildirib ki, artımın əsas mənbəyi biznes kreditləri olub. Bu müddətdə ipoteka kreditləri 4,1 faiz artıb, istehlak kreditləri isə 4,1 faiz azalıb: “Banklar tərəfindən 4,1 milyard manat yeni kreditlər verilib. Bank sektoru real sektorun maliyyələşməsində aktiv iştirak edir. 8 milyard manatdan yuxarı likvid vəsait var, bankların öhdəliklərinin icrasında problem müşahidə olunmur. Banklar vaxtında öhdəlikləri yerinə yetirir. Ödəniş sistemi stabildir”.

Banklar niyə kreditləşmədə məhdudiyyətləri aradan qaldırmırlar? Bu vəziyyət nə qədər davam edə bilər? Sualları cavablandıran iqtisadçı-ekspert Samir Əliyevin “Yeni Müsavat”a dediyinə görə, pandemiya bütün dünyada, eləcə də Azərbaycanda əhalinin, biznesin gəlirlərini kəskin şəkildə azaldıb: “Bu isə həm də onların ödəniş qabiliyyətinin aşağı düşməsi deməkdir. Buna görə də banklar risklərdən sığortalanmaq üçün kreditləşməni məhdudlaşdırıblar - həm istehlak, həm də biznes kreditləri üzrə. İstehlak kreditlərinin diqqət mərkəzinə gəlməsi dövlətin tətbiq etdiyi dəstək mexanizmi ilə bağlıdır. Bu sahədə hazırlanan tədbirlər paketində əsas diqqət biznes kreditlərinin stimullaşdırılmasın yönəlib, istehlak kreditlərindən yalnız ipoteka kreditləri əhatə olunub”.

Ekspertin fikrincə, tezliklə dövlət dəstəyi mexanizmi təsirini göstərəcək və biznes kreditləşməsində canlanma hiss olunacaq: “Lakin bu, əvvəlki dinamikanın bərpa olunması demək deyil. Müəyyən canlanma olacaq, onun sürəti iqtisadiyyatın ümumi bərpa sürətindən asılıdır. İstehlak kreditləşməsində də buna yaxın proses gedəcək. Banklar uzun müddətə istehlak kreditlərindən imtina edə bilməzlər, çünki yüksək faiz qazancı əldə edirlər. Ölkə üzrə ümumi kredit qoyuluşunda istehlak kreditləri 50 faiz paya malikdir. Buna görə də yaxınmüddətli dövrdə bu sahədə kreditləşmə bərpa olunacaq”.

İqtisadçı-ekspert Rəşad Həsənov pandemiyanın yaratdığı böhran şəraitində banklar kredit yığımları ilə bağlı ciddi problemlərlə üzləşiblər: “Həm biznes, həm də vətəndaşlar son iki ayda əhəmiyyətli səviyyədə kredit öhdəlikləri icra edə bilmirlər. Bununla bağlı bizə çoxsaylı müraciətlər olur. Nəzərə alsaq ki, əhalinin və biznesin ödəniş qabiliyyəti son iki ayda aşağı düşüb, bu halda bankların riskləri dəyərləndirməsi təbiidir. Bankların kredit portfeli mart ayında 66 milyon manat azalıb. Bu o deməkdir ki, mövcud şərtlər daxilində banklar kredit siyasətini genişləndirə bilmirlər. Eyni zamanda banklar tərəfindən gözləntilər vardı ki, dövlət onlara dəstək üçün müəyyən mexanizmlər işləyib hazırlayacaq. Bu, baş vermədi. Yalnız Mərkəzi Bank bəzi requlyativ yumşalmalara getdi. Amma bu da daha çox sentyabra qədərki müddəti əhatə edir. Təklif olunan mexanizmlərdən biri kreditlərin restrukturizasiyasıdır ki, bu da bankların yığım prosesini ləngidəcək. Xidmət olunmayan kreditlər gecikmiş siyahısına salınmasa da, restrukturizasiya onların daha gec qaytarılmasına səbəb olacaq ki, bu da bankların gəlirlərini azaldacaq. Digər tərəfdən, xaric maliyyə-kredit təşkilatları bəzi banklardan öz vəsaitlərini geri çəkməyə başlayıblar. İndiki şərtlər daxilində bankların izafi likvidlik imkanları da aşağı düşüb. Bu, Mərkəzi Bankın depozit hərraclarında da özünü göstərir. Bu hərraclarda tələb əvvəlki dövrlərlə müqayisədə xeyli aşağı düşüb”.

R.Həsənov hesab edir ki, tezliklə Azərbaycanda iqtisadiyyatın canlanması üçün bankları stimullaşdıracaq yeni dəstək mexanizmlərinə ehtiyac yaranacaq: “Bir neçə gün əvvəl kreditlərə zəmanət verilməsi sahəsində yeni qaydalar təsdiqləndi. Bu, müəyyən qədər biznesin kreditlərə çıxış imkanlarını genişləndirəcək. Amm yeni qaydalar yəqin ki, növbəti həftələrdən işə salınacaq və kreditləşməyə təsirləri hiss olunmağa başlayacaq. Burada bir məqamı da nəzərə almaq lazımdır ki, biznesin də son aylarda ödəniş qabiliyyəti pisləşib, gəlirləri kəskin azalıb. Bu isə onların kredit almaq imkanlarını məhdudlaşdırır. Bildiyiniz kimi, 2016-cı ildən bəri Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kredit şərtlərinin sərtləşdirilməsi həyata keçirilib. Böyük ehtimalla, artıq bu şərtlərin sadələşdirilməsi istiqamətində də zərurət yaranacaq. Mərkəzi Bank bu sahədə yumşalmalara gedərsə, kreditləşmə də artar. Lakin hələlik yaxın iki ayda ölkədə kreditləşmənin səviyyəsində azalma davam edəcək”.

Ekspert qeyd edir ki, istehlak kreditlərinin həcminin biznes kreditlərindən daha sürətlə artması bankların biznes maraqlarından irəli gəlir: “Hökumət bir neçə ildir banklara istehlak kreditlərini azaltmaq çağırışı edir. Lakin reallıq budur ki, qısamüddətli dövrdə yüksək faiz gəliri əldə etməyə imkan verən bu kreditlər bankların əsas gəlir mənbəyidir. Təsadüfi deyil ki, Azərbaycan banklarının gəlirlərinin böyük hissəsi məhz faiz gəlirlərindən ibarətdir. Buna görə də hökumətin çağırışları bankların biznes maraqları ilə uyğunluq təşkil etmir. Bu mənada istehlak kreditləri ilə bağlı indiki şəraitdə xüsusi məhdudlaşma siyasəti yoxdur - bütün istiqamətlər üzrə kreditləşmə məhdudlaşıb. Düşünürəm ki. İndiki halda hökumət istehlak kreditlərinin də artmasında maraqlı olmalıdır. Bütün dünyada hökumətlər uçot dərəcəsini azaltmaq, banklara ucuz vəsaitlər təklif etməklə istehlakı stimullaşdırmağa çalışırlar. Təəssüf ki, Azərbaycanda bunu etmək xeyli problemlər yarad bilər - manatın məzənnəsinə təzyiqlər artacaq. Neftin qiymətinin də kəskin azaldığını nəzərə alsaq, hökumətin istehlakı stimullaşdırmaq imkanlarının məhdud olduğunu görərik. Amma belə də uzun müddət davam edə bilməz və düşünürəm ki, hökumət yaxın dövrdə məcmu tələbin artması istiqamətində müəyyən addımlar atmalı olacaq”.
“Yeni Müsavat”
Bu gün, 11:48
"Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Avropa açıq-aşkar savaşa hazırlaşır
Bu gün, 10:30
DYP-dən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Bu gün, 10:25
Paşinyanın Azərbaycan ərazisinə səfəri Ermənistanı bir-birinə vurub – Məsələ ciddiləşir
Bu gün, 10:21
Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq - RƏSMİ
Bu gün, 10:00
Putin NATO-Rusiya və nüvə savaşlarını niyə anons etdi: Üçüncü dünya müharibəsi də olacaq
Bu gün, 09:48
“Azad” və “demokratik” Ermənistan mifinin sonu: Əcnəbi investorlar Paşinyana qarşı
Bu gün, 09:44
Paşinyandan diqqət çəkən açıqlama: Azərbaycanla praktiki mərhələ başlayır
Bu gün, 09:39
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
Bu gün, 09:34
Azərbaycana 5 milyardlıq silah verdik... – Karapetyan
Bu gün, 09:31
Azərbaycan xəritəsi: Zəngəzur da daxil edildi
Bu gün, 09:27
Əraziləri qaytarmalıyıq, müharibə olmamalıdır - Paşinyan
Bu gün, 09:00
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Dünən, 23:28
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Dünən, 16:00
Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUAL
Dünən, 15:30
Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...
Dünən, 14:29
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
Dünən, 14:24
İlham Əliyev Putini təbrik edib
Dünən, 14:22
Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ
Dünən, 14:20
Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü
Dünən, 14:01
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib
Dünən, 14:00
Cənubi Qafqazda hind ehtirası - NƏ BAŞ VERİR?
Dünən, 12:37
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı
Dünən, 12:27
Türkiyə nəhəngi Qurban Qurbanovla maraqlanır
Dünən, 12:21
Azərbaycana yaz gəlir
Dünən, 12:16
Avtomobil sahibləri üçün əla fürsət - Əldən verməyin!
Dünən, 12:11
Nüfuzlu ABŞ nəşri Ermənistanı qınadı: "Azərbaycana qarşı çıxır..."
Dünən, 10:10
Şad xəbər: Sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək