Amerika Azərbaycanla olan razılaşmanı pozub
Iqtisadiyyat
Oxunub: 1 188
25 sen 2015 | 15:45
Amerika Azərbaycanla olan razılaşmanı pozubAmerika şirkəti Orbital ATK "Azərspace-2" barədə Azərbaycanla razılığa gəlməyib.

ANS PRESS-in məlumatına görə, bu barədə şirkətin vitse-prezidenti Ted Makfarland deyib. Buna səbəb kimi Amerika bankı "Exİm"in maliyyə dəstəyi verməsindən imtina etməsi göstərilir.

ABŞ konqresi "Exİm" bankının böyük layihələrə ayırdığı kreditlərə veto qoyub. Konqres hesab edir ki, bank öz səlahiyyətləri sərhədini aşır və böyük korporasiyaların biznes-maraqlarının müdafiəçisinə çevrilir.
Azərbaycanın milli peyk operatoru "Azərcosmos" tikinti və ikinci peykin işə salınması üçün Orbital ATK-la danışıqlar aparıb. Şirkət "Exİm" bankdan alınmış güzəştli kreditlərin hesabına Azərbaycan peyki tikmək fikrində idi. Bir halda ki, artıq banka kreditlər verməklə bağlı qadağa qoyulub, ona görə də, bu şirkətlə razılaşma pozulub.
"Əslində, biz bankın kredit verməməsi ilə çox şey itirdik. Bizim üzümüzə qapılar bağlandı. Əvvəlcə biz Azərbaycanla razılıq əldə etdik, indi isə itirdik", - deyə Makfarland bildirib.
"Azərkosmos"dan ANS PRESS-ə verilən məlumata görə, şirkət strateji inkişafının genişləndirilməsi məqsədi ilə, 2017-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2"ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı planlaşdırır. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək. "Azerspace-2" regionda hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan "Azerspace-1"in orbitdəki ehtiyatı olacaq və "Azərkosmos"a müştərilərinə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, "Azerspace-2" sayəsində şirkətin əhatə zonası da genişlənəcək.

Bu ilin əvvəli "Azerspace-2" peykinə dair açıq tender elan olundu və dünyanın aparıcı peyk istehsalçıları tərəfindən tenderə böyük maraq var idi. Bunlar sırasında ABŞ-ın Orbital ATK və Space Systems Loral, Çinin China Great Wall Industry Corporation və Fransanın Airbus Defence and Space şirkətləri daxildir.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO