Benzin ucuzlaşa bilər
Iqtisadiyyat
Oxunub: 1 503
22 avq 2014 | 06:59
Yeni neft emalı zavodunun tikilməsi qiymətlərə təsir edəcək
Avqustun 6-sından etibarən ölkəmizdə Premium Avro-95 benzininin qiyməti 4 qəpik artaraq 97 qəpik olub. Bakıda və rayonlardakı yanacaqdoldurma mərkəzlərinin bir çoxunda Premium markalı benzin 97 qəpikdən satılır. Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilib.

Tarif Şurasının benzinin bahalaşmağı ilə bağlı məlumatında qeyd olunur ki, Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli qərarına əsasən, ölkəyə idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib. Bu, Premium Avro-95 və Super Avro-98 benzininin daxili bazarda sərbəst qiymətlərlə satışına imkan verir.

Ekspertlər bunu Azərbaycanda Premium Avro-95 benzinin istehsalının dayandırılması ilə əlaqələndirirlər. Ekspertlər hesab edirlər ki, Ümumiyyətlə Azərbaycanda əvvəllər də yüksək oktanlı benzinin istehsalı üçün texnologiya olmayıb. Bu 92 markalı benzinə aşqarların əlavə edilməsilə onun oktan dərəcəsi artırılıb. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ANS PRESS-ə açıqlamasında bildirib ki, ölkədə benzinə olan təlabat artdığından hökumət belə qərara gəldi ki, bütün gücü 92 markalı benzinin istehsalına sərf etsin. 95 markalı benzinin isə artıq aşqarlarla deyil, normal keyfiyyətdə olan AVRO4 standartlı premium klaflı 95 markalı benzin gətirilsin. Ekspert bunu ölkə rəhbərliyi tərəfindən vaxtında və düzgün atıan addım kimi qiymtələndirir.

Əvvəllər istehsal olunan benzinin oktan dərəcəsi kimyəvi yolla artırılırdı. Bu baxımdan da, sürücülər narazılıq edirdilər. Çoxu 95 markalı benzini şəhərlərarası yola çıxanda vururdular. Onlar benzinin havaya uçduğunu bildirirdilər. Tıxaca düşən, yaxud benzin bir neçə gün qalanda, ona vurulan aşqarlar buxarlanırdı. Onun da yerinə 92 markalı benzinin tərkibi qalırdı, - deyə İlham Şaban bildirib.

Qeyd edək ki, 2012-ci ilin hesabında Dövlət Neft Şirkətinin hesabatında göstərilirdi ki, 95 markalı benzin təqribən 65 min ton istehsal olunmuşdu. Ölkə daxilində avtomobil benzini isə 1,3 milyon ton benzin istehlak olunurdu. Təxminən 5 faiz 95 markalı benzina təlabat olub.

İlham Şabanın sözlərinə görə, indi bu təlabat daha da azalıb: Baxmayaraq ki, küçədə bahalı maşınların sayı artıb. Lakin mən müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Premium Avro-95a olan təlabat daha da azalıb. Mən yanacaqdoldurma məntəqələrindən mütəmadi olaraq sorğular aparıram ki, 95 markalı benzinə təlabat nə qədərdir. Bütün yanacaqdoldurma məntəqələrindən bildirilir ki, bu benzinə təlabat daha da azalır.

Ekspert bildirir ki, Azərbaycanda Super Avro-98 benzininə olan təlabat çox aşağıdır: Bəzən yanacaqdoldurma məntəqələrində 98 markalı benzin yazılır. Lakin həmin benzindən heç aylarla istifadə etmirlər. Bir çox yanacaqdoldurma məntəqələrində həmin markalı benzin heç yoxdur. Sadəcə görüntü xatirinə yazırlar. Dövlət Statistika Komitəsinin rəqəmlərinə nəzər saldıqda görərik ki, 2013-cü ildə bir il ərzində Azərbaycana 98 markalı benzindən cəmi 3 min ton yanacaq gətirilmişdi.

Rəsmi statistikaya nəzər saldıqda görərik ki, bu ilin 7 ayı ərzində ölkəyə 38 min avtomobil gətirilib. İlin sonuna qədər bu rəqəm 60 min olacaq. Hər avtomobil də, gündə orta hesabla 5 litr yanacaq işlədərsə, günə 25 min litr yanacaq tələb olunur. Bu təlabat da nəyinsə hesabına ödənilməlidir.

Bu səbəbdən, İlham Şaban hesab edir ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni qurğuların yaradılmasına ehtiyac var.

Ona görə də, ölkə başçısı birinci yarımilliyin yekunlarına həsr olunmuş hökumətin iclasında ARDNŞ-ə tapşırıldı ki, yaxın 3 il ərzində Avro 5 standartına uyğun yanacaq istehsalına keçirilsin. Bununla da, Azərbaycan artıq başqa ölkələrdən benzin almayacaq. Bu da ölkənin daxili təlabatını yeni zavod işə düşənə qədər ödəmək üçün nəzərdə tutulub, - deyə İlham Şaban bildirib.

Mütəxəssislər Premium" markalı benzinə olan tələbatı tam şəkildə yerli istehsalatla təmin etdikdən sonra qiymət dəyişikliyini də istisna etmirlər. Bundan sonra "Premium" markalı benzinin qiymətinin bir qədər ucuzlaşacağı gözlənilir.

Məsələ ilə bağlı Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanda yeni zavodlar inşa etmək vacibdir: Heydər Əliyev adına Neft Emalı Zavodunun ömrünü uzatmağa çalışırıq. Bunun üçün də modernizasiya etmək lazımdır. Məqsədimiz yeni zavodlar işə salınana qədər Avro 4, Avro-5 standartlarına cavab verən benzin istehsal etməkdir. Yeni neft emalı zavodları 2023-cü ildə işə salınacaq. O müddətə kimi bu yenilənmə işlərini yekunlaşdırmalıyıq.
Rövnəq Abdullayevin sözlərinə görə, emal zavodlarının inşası çətin proses olduğu üçün onu tez bir zamanda etmək mümkün olmur: Dünyanın nüfuzlu şirkətləri ilə neft emal zavodlarının layihələri üzərində çalışırıq. Heydər Əliyev adına Neft emalı zavodunun ömrünü uzatmağa çalışırıq. Bunun üçün də modernizasiya etmək lazımdır. Məqsədimiz yeni zavodlar işə salınana qədər Avro 4, Avro-5 standartlarına cavab verən benzin istehsal etməkdir. Yeni neft emalı zavodları 2023-cü ildə işə salınacaq. O müddətə kimi bu yenilənmə işlərini yekunlaşdırmalıyıq.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO