“Royalbank” məsələsi qalmaqala çevrilə bilər - İran pullarını istəyir...
Iqtisadiyyat
Oxunub: 1 320
29 sen 2015 | 06:34
“Royalbank” məsələsi qalmaqala çevrilə bilər - İran pullarını istəyir...



















İran hökuməti ilə Azərbaycan arasında bank qalmaqalı ehtimalı var

Ekspertlərə görə, İranın Azərbaycan bankında batan pullarını geri istəməsi beynəlxalq skandal təhlükəsi də yaradır. İran bir neçə il əvvəl “Royal Bank”da batan pulları geri istəyir və verilməzsə, bu, beynəlxalq skandala səbəb ola bilər... Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, əslində bu hadisə daha da inkişaf edəcəksə, Azərbaycana qarşı da müəyyən suallar yaranacaq. Yəni İrana beynəlxalq embarqo tətbiq edilən vaxt, İranın beynəlxalq ödəmələr sistemindən sanksiyalar vasitəsilə aralı qaldığı vaxtda Azərbaycan bankı vasitəsilə necə dünya bazarına çıxıb? Necə dünya valyuta bazarında əməliyyat apara bilib? “Royal Bank” sanksiya dönəmində bank sistemində İran adından əməliyyatlar aparıbsa, bunun özü də bir skandalla nəticələnəcək. Məlum olacaq ki, Azərbaycan sanksiyalara məhəl qoymayıb. İranın bu sanksiyaları aşmasında müəyyən yardımçı olub. Məsələnin ikinci tərəfi isə odur ki, əgər İran beynəlxalq məhkəməyə müraciət edəcəksə, Azərbaycanla bağlı neqativ hadisələrin daha biri baş verəcək, səs-küy yaranacaq. Azərbaycan bank sisteminə güvən daha da azalacaq. Çünki Azərbaycan hökuməti ilə məsələ həllini tapmasa, həll yolu Beynəlxalq Arbitraj Məhkəməsidir. Çox güman ki, sanksiyalar tamamilə qalxandan sonra Azərbaycan hökuməti tərəfindən müəyyən addım atılmasa, İran beynəlxalq məhkəməyə müraciət edəcək. Burada cavabdeh tərəf də Azərbaycan olacaq. “Royal Bank” ləğv olunduğundan, Dövlət Ləğv Komissiyası və Mərkəzi Bank cavabdeh kimi çıxış etməyə məcbur olacaq. Çünki həmin bank artıq Azərbaycanda fəaliyyət göstərmir. Yəni hər tərəfdən baxdıqda, gedişat daha da dərinləşsə, bu proseslər inkişaf etsə Azərbaycanın maliyyə güvənliyinə, imicinə daha ciddi xətalar gələ bilər. Bunu gözə alan Azərbaycan hökuməti Mərkəzi Bankla bir yerdə sülh şəraitində danışıqlar yolu ilə İranla bu məsələni qaydaya qoymağa çalışmalıdır". Qeyd edək ki, İranla bağlı sanksiyalar götürüləndən bir neçə dəfə “Royal bank” məsələsi gündəmə gəlib. Yəni İran bir neçə il əvvəl “Royal Bank”da batan pulları geri istəyir. İran-Azərbaycan hökumətlərarası komissiyanın katibliyinin rəhbəri Mehdi Möhtəşəmi də bir müddət əvvəl bununla bağlı danışıb. O deyib ki, sanksiyaların ləğvindən sonra Azərbaycan bank sisteminin əməkdaşlıq üçün geniş imkanları olacağını düşünür: “Əlbəttə, bizim bir sıra problemlərimiz də var. Azərbaycan banklarında iranlıların müəyyən miqdarda vəsaiti bloklaşdırılıb. Məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən bir bank- ”Royal Bank" iflas edib. Həmin bankda İranın İxracat İnkişaf Bankının və hüquqi şəxslərinin vəsaitləri var idi ki, biz Azərbaycanın Mərkəzi Bankı və hökumətindən bu problemi həll etməyi istəmişik. Ümid edirik, problem tezliklə öz həllini tapacaq. Həmçinin Azərbaycan hökumətinin, xüsusilə də Bakı Şəhər İcra Hakimiyyətinin “Bank Melli İran”ın binası ilə bağlı ölçü götürməsi üçün əməkdaşlığa ehtiyac var. Bu kimi məsələlər Azərbaycan və İran arasında bank sahəsində aparılan müzakirələrin bir hissəsidir ki, bunlarla bağlı yaxşı nəticələr də əldə olunub. İki ölkənin bank sisteminin fəal və etibarlı olması digər sahələrdə də əməkdaşlığın inkişafına təsir göstərəcək". Ekspertlər isə bildirirlər ki, İranın müflis olmuş bankla bağlı problemi gündəmə gətirməsi ciddi məsələdir: “Burada çox həssas hüquqi məqam var. İran ”Royal Bank" vasitəsilə sanksiyaları dəlməyə çalışıbsa və Azərbaycan tərəfi də buna göz yumubsa, bu, beynəlxalq skandalla müşahidə oluna bilər. Yəni sanksiyalar qüvvədə olan zaman işlər görülüb. Bundan əlavə, İranın vəsaitlərini hansı hüquqi-normativ aktlara görə bu bankda yerləşdirməsini bilmək vacibdir. Əgər müqavilələr hüquqa uyğun bağlanıbsa, onda İran beynəlxalq məhkəməyə müraciət edə, vəsaitlərini geri tələb edə bilər". Qeyd edək ki, “Royal Bank”la bağlı problem bir neçə il öncə yaranmışdı. 2012-ci ildə lisenziyası geri alınan və bağlanan “Royal Bank”da minlərlə İran vətəndaşının depozitləri vardı. Lakin onların pulları öz adlarına yox, saxta adlarla rəsmiləşdirilmişdi. Bu da onlara bank bağlanandan sonra bəlli olmuşdu. Həmçinin “Royal Bank”ın bağlanmasının arxasında İran amilinin dayandığı haqda mətbuat dəfələrlə yazmışdı. Bildirilirdi ki, İran şirkətləri və beynəlxalq sanksiyaların təsiri altında olan rəsmiləri sanksiyalardan yayınmaq üçün bu bankdan istifadə ediblər. Bankın İranla yaxın işbirliyini onun əmanətçiləri arasında minlərlə iranlının olması da təsdiqləyir. Lakin məsələnin ən qalmaqallı tərəfi odur ki, bankda minlərlə İran vətəndaşının pulları saxta adlarla saxlanılıb. Mərkəzi Bankın bu maxinasiyadan necə vaxtında xəbər tutmaması təəccüblü və müəmmalı görünür.
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR