Dövlət Əmək Müfəttişliyi Xidməti müəssisələrdə əmək şəraitinə nəzarəti gücləndirib
Iqtisadiyyat
Oxunub: 1 735
29 sen 2015 | 10:19
Dövlət Əmək Müfəttişliyi Xidməti müəssisələrdə əmək şəraitinə nəzarəti gücləndirib "İstehsalatla əlaqəli bədbəxt hadisələr ilk növbədə işəgötürənlərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, norma və standartlara əməl etməməsindən irəli gəlir. Ona görə də bu məsələlərlə bağlı işəgötürənlərin məsuliyyətinin daha da artırılmasına ehtiyac var. Son dövrlər həm dövlət nəzarətinin gücləndirilməsi, həm də bir sıra institusional tədbirlərin həyata keçirilməsi nəticəsində cari ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3% azalıb. Lakin əsas məqsəd odur ki, ümumiyyətlə, belə hadisələrin baş verməməsi üçün iş yerlərində səylər daha da artırılsın".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, bu fikirlər Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Sumqayıt şəhərində "Təhlükəsiz iş aylığı" çərçivəsində təşkil etdiyi "Açıq qapı" günü-vətəndaş forumunda vurğulanıb. Tədbirdə ƏƏSMN-nin 6, 7 və 12 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin nümayəndələri və həmin regionları əhatə edən 9 rayon və şəhərin (Binəqədi, Abşeron, Sumqayıt, Xızı, Siyəzən, Dəvəçi, Xacmaz, Quba, Qusar) 100-ə yaxın işəgötürəni iştirak edib.
Forumda çıxış edən DƏMX-nin rəis müavini Məhərrəm Məhərov bildirib ki, bir sıra işəgötürənlər tərəfindən iş yerlərində əməyin mühafizəsi qaydalarının yerinə yetirilməməsi, müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına lazımi səviyyədə diqqət göstərilməməsi işçilərin həyat və sağlamlığını təhlükə altında qoyur. Əmək qanunvericiliyinə əsasən iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması, peşə risklərinin düzgün qiymətləndirilməsi və baş verə biləcək istehsalat qəzalarının qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi işəgötürənlərin əsas vəzifələrindən biridir: "Xidmət tərəfindən son dövrlər bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas məqsədi işəgötürənlərdə işçilərin əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissinin artırılması, hər bir işçinin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin olunması, bu sahədəki, nöqsanların aradan qaldırılmasından ibarətdir".
Tədbirdə DƏMX-nin əməkdaşları tərəfindən işəgötürənlərə əməyin mühafizəsi, bu sahədə tənzimləyici normativ-hüquqi aktlar, istehsal qəzası riski yüksək olan müəssisələrdə, habelə avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə maarifləndirici məlumatlar verilib.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...