Bağlanan 4 bankla bağlı Konstitusiya Məhkəməsinə müraciət ediləcək - Gərginlik...
Iqtisadiyyat
Oxunub: 826
11 iy 2020 | 15:00
Bağlanan 4 bankla bağlı Konstitusiya Məhkəməsinə müraciət ediləcək - Gərginlik...


Bağlanan 4 bankda qalan əmanətlərin qaytarılması ilə bağlı yaşanan problemlər getdikcə daha da böyüməkdə və səs-küyə səbəb olmaqdadır. Əmanətçilərin əksəriyyətinə vəsaitlərin qaytarılmasından bir bəhanə ilə imtina edən və ya süründürməçiliyə salan Əmanətlərin Sığortalanması Fondu bir daha bank sisteminə olan inama zərbə vurmuş oldu.

Əmanətçilərlə yanaşı, sahibkarların da vəsaitləri ödənilmir. Fonddan verilən açıqlamaya görə, bağlanan banklar Mərkəzi Bankın onlara əmanət qəbulunu qadağan etməsindən sonra da prosesi davam etdirib ki, indi həmin vəsaitlər sığortalanmış əmanət sayılmır. Vətəndaşlar isə Mərkəzi Bankla banklar arasında yaşananlardan xəbərsiz şəkildə əmanət qoyuluşunu davam etdiriblər.

Problemin nə qədər davam edəcəyi və həlli yolları ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, deputat Vüqar Bayramov bildirdi ki, müflis olan 4 bankda əmanətlərin qaytarılması ilə bağlı çətinliklər blok olunmuş əmanətlərlə bağlıdır: “Mərkəzi Bank tərəfindən müflis olunmuş bəzi banklarda əmanətlərin qəbulu qadağan olunsa da, həmin banklar müflis olan tarixədək əmanətlərin qəbulunu həyata keçiriblər. Həmin əmanətlər Əmanətlərin Sığortalanması Fondunda qeydiyyata alınıb. Bank müflis olduqdan sonra həmin əmanətlərin qaytarılması ilə bağlı çətinlik var. Çünki Mərkəzi Bankın əmanətlərin qəbulunu qadağan etməsi ilə bağlı qərarından sonra həmin banklar praktik olaraq qaydaları gözləməyib. Qanunsuz olaraq, əmanət qəbulunu davam etdiriblər. Vətəndaş da öz əmanətini həmin banklarda yerləşdirib. Birmənalı şəkildə bu prosesdə vətəndaşın heç bir günahı yoxdur. Çünki qanunu pozan əsas tərəf həmin əmanətləri qəbul edən banklardır. Nəticədə həmin vəsaitlərin qaytarılması ilə bağlı çətinliklər var”.

Deputat təklif edir ki, Əmanətlərin Sığortalanması Fondu Konstitusiya Məhkəməsinə müraciət etsin: “Tövsiyə olunur ki, daha qısa zamanda həmin əmanətlərin qaytarılmasına nail olmağa çalışsınlar. Həmin əmanətlərin qaytarılması həm də banklara olan inam baxımından çox vacibdir. Qorunan əmanətlərin tam olaraq qaytarılmasına ehtiyac var. Çünki onlar dövlət tərəfindən sığorta olunub, Əmanətlərin Sığortalanması Fondunun da mövcud maliyyə imkanları həmin əmanətlərin qaytarılmasına imkan yaradır. Həmin əmanətlərin qaytarılmasında yubanmalar olursa, proses daha çox çəkərsə, bu, banklara olan inamın azalmasına gətirib çıxaracaq. O baxımdan daha məqsədəuyğundur ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən daha qısa zamanda prosedurlar həyata keçirilsin, qorunan əmanətlər qaytarılsın. Blok olunmuş əmanətlərin də qaytarılması məqsədəuyğundur. Bununla bağlı ƏSF tərəfindən müvafiq addımlar atımalıdır ki, blokun götürülməsi, pulun vətəndaşlara qaytarılması mümkün olsun”.
İqtisadçı ekspert Samir Əliyev isə vurğuladı ki, Fond əmanətlərin qaytarılmasını gecikdirmək üçün əsassız bəhanələr gətirir: “Azərbaycanda pandemiyadan əvvəl də banklar bağlanmışdı. Ölkədə olan 45 bankdan cəmi 30 bank qaldı. Onlardan ikisi birləşdi, 13 bank isə bağlandı. Bu dəfə isə banklar bağlananda problemlər daha çox oldu. Problem ondan başladı ki, əmanətlər 2 aydan sonra verilməyə başladı. Bunun da 30 minə qədəri bir verildi, ondan daha yüksək məbləğlər növbəti mərhələdə verildi. Bunun nəyə görə tətbiq olunduğu da bəlli deyil. Kiminsə krediti varsa, onun vəsaiti bloklandı və bildirildi ki, öncə krediti ödəyin, daha sonra pul qaytarılacaq. Nəinki kredit götürən şəxsin, hətta zaminin də əmanəti bloklandı”.

Ekspertin sözlərinə görə, digər bir məsələ odur ki, bu banklar əmanət götürmək hüququ olmadığı halda əmanət götürüblər və sığortalanmayıb: “Bu da çox böyük problemdir ki, bir çox insanın vəsaiti itirildi. Əmanətlərlə bağlı şərtlərdən biri də odur ki, vətəndaş onu hansı valyutada yerləşdiribsə, həmin valyutada da götürməlidir. Manatla əmanətdirsə, manatla qaytarılmalıdır, dollar əmanətidirsə dollarla. Qarışıq əmanətlər isə milli valyuta ilə qaytarılır, xarici valyuta günün məzənnəsi ilə hesablanır. İndi isə Əmanətlərin Sığortalanması Fondunda nə baş verir. Kiminsə nə zamansa manatla əmanəti olub, onu götürüb və 50 -60 qəpik vəsait qalıb. Eyni zamanda, həmin bankda böyük məbləğdə dollar əmanəti var. Fond bunu qarışıq əmanət kimi təqdim edir və vətəndaşa deyir ki, 20-30 min dolları manatla qaytaracaq. Bildiyiniz kimi, bankların kursu da adətən aşağı olur. Aydın məsələdir ki, burada bir ədalətsizlik var. Bir çox belə neqativ hallar var ki, Fondun nüfuzunu aşağı salır. Bu, həm də sığorta sisteminin mükəmməl olmadığını göstərir. Sığorta sistemi mükəmməl olmadığı kimi, həm də işlək deyil”.

S.Əliyev onu da vurğuladı ki, qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun vəsaiti yoxdursa, Mərkəzi Bankdan kreditlə pul götürür, vətəndaşların vəsaitləri qaytarılır: “Daha sonra bağlanan banklardakı kreditləri toplayır, əgər bu çatmırsa, bankların əmlaklarını satır və Mərkəzi Banka borcunu qaytarır. Ən sonda isə sahibkarların pulları qaytarılır. 4 bankda 680 milyon manat vəsaitdən söhbət gedirdi. Onlardan blok olunmuş əmanətlər də var. İndi söhbət gedir ki, Fond Konstitusiya Məhkəməsinə müraciət etsin, məhkəmə qərar versin və həmin vəsaitlər də sığortalanmış əmanətlər kimi qaytarılsın. Vətəndaş burada haqlıdır və pul qaytarılmalıdır. Ancaq o pul yenə də sahibkarların vəsaitlərindən gedəcək. Çünki qanunsuz götürülmüş vəsaitlər qaytarılanda, sahibkarların vəsaitini ödəmək üçün pul qalmır. Ona görə də, əmanətlərin sığortalanması ilə bağlı mexanizmi dəyişmək və təkmilləşdirmək lazımdır”.
“Yeni Müsavat”
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ