Bağlanmış 4 bankın əmanətçiləri Allahın ümidinə buraxılıb? - NARAZILIQ...
Iqtisadiyyat
Oxunub: 739
14 iy 2020 | 21:44
Bağlanmış 4 bankın əmanətçiləri Allahın ümidinə buraxılıb? - NARAZILIQ...


Azərbaycanda 4 bankın bağlanması bir sıra problemlər yaradıb.

“AtaBank” , “Amrah Bank”, “AGBank” və “NBC Bank”-da əmanətləri olanlar əmanətlərin qaytarılması üçün aksiya keçirmək həddinə çatıblar. Xatırladaq ki, bir qədər əvvəl bağlanan banklarda əmanətləri olanlar Mərkəzi Bankın qarşısına toplaşaraq, vəsaitlərinin geri qaytarılmasını tələb ediblər. Yalnız bundan sonra Mərkəzi Bankdan həmin əmanətlərin qaytarılması ilə bağlı açıqlama verilib.

Bankın məlumatında bildirilir ki, bağlanmış banklar üzrə öhdəliklərin reyestri Əmanətlərin Sığortalanması Fonduna ötürülüb, qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Atabank” və “Amrah Bank” üzrə “Kapital Bank” ASC, “AG Bank” və “NBC Bank” üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. 1 iyun 2020-ci il tarixindən etibarən “Atabank” və “Amrah Bank”da 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə, 1 iyul 2020-ci il tarixindən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb. 16 iyun 2020-ci il tarixindən başlayaraq “AG Bank” və “NBC Bank”da 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb, 15 iyul 2020-ci il tarixindən isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə start veriləcək.

Ümumilikdə indiyə qədər 12,9 min əmanətçiyə 229,7 milyon manat məbləğində kompensasiyaların ödənilməsi təmin edilib. Məlumatda həmçinin bankların lisenziyalarının geri alındığı və ləğvetmə prosesi dövründə AMB və ADIF bankların əmanətlərin qəbulu zamanı pozuntulara və nöqsanlara yol verdiklərini aşkar ediblər. Məlumdur ki, qanunvericiliyə görə, ölkəmizdə bank əmanətləri tam formada sığortalanır.

Bəs, belə olan təqdirdə niyə problemlər yaranır, əmanətçilər pandemiya şəraitində etirazlarını bildirmək məcburiyyətində qalırlar və yalnız bundan sonra Mərkəzi Bankdan vətəndaşları sakitləşdirəcək açıqlama gəlir? Qanun müflis olan banklarda əmanətlərin batmasına imkan vermədiyi halda, niyə ortaya problemlər çıxır?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, 4 bankda yaranmış əmanətlərlə bağlı Əmanətlərin Sığortalanması Fondu Nazirlər Kabinetinə, Nazirlər Kabineti isə Konstitusiya Məhkəməsinə müraciət edib:

“Onu qeyd etmək lazımdır ki, əmanətlərin sığortalanmasını Mərkəzi Bank həyata keçirmir. Ona görə də şikayətçilərin tələbləri haqlı olsa da, onların Mərkəzi Bankın binası qarşısında aksiya keçirməsi başadüşülən deyil. Təbii ki, bötövlükdə yaranmış vəziyyətlə bağlı Mərkəzi Bankın da günahı var”.

Ekspert bildirir ki, problemin kökü dövlət qurumları arasında əlaqənin olmamasından qaynaqlanır:

“Bankların üzərində heç bir bank nəzarəti yoxdur. Hazırda əmanətlərin qaytarılması ilə bağlı problem ona görə yaranıb ki, Mərkəzi Bank hazırda bağlanan 4 bankdan 3-nə fəaliyyət göstərdikləri zaman əmanət qəbul etməyi qadağan etmişdi. Onlar isə nəinki əmanət qəbul edib, hətta qəbul etdikləri əmanətlərə görə Fonda sığorta haqqı da ödəyiblər. O zaman qanunla Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası Fonda xəbər verməli idi. Bu ondan xəbər verir ki, dövlət orqanları hətta qanunla tələb olunan məlumatları belə bir-birinə vaxtında göndərmirlər. “Əmanətlərin Sığortalanması” haqqında Qanuna görə, əgər bank nəzarəti orqanı hansısa banka əmanət qəbulunu qadağan edirsə, bir iş günü ərzində Fonda məlumat verməli və əhalini məlumatlandırmaq üçün KİV-də xəbər yaymalı idilər. Bu o deməkdir ki, nəzarət qurumu olan Mərkəzi Bank banklara nəzarət edə bilmir və səlahiyyətlərinin öhdəsindən gəlmir.Mərkəzi Bankın bunu bilib, göz yumması isə cinayətdir”.Yaranmış durumla bağlı Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu arasında konfliktin olduğunu deyən Əkrəm Həsənovun sözlərinə görə, Fond həmin əmanətləri kompensasiya etmək istəmir: “Buna görə də Konstitusiya Məhkəməsinə müraciət edib. Amma mən məhkəmədən yalnız əmanətlərin verilib-verilməməsi ilə bağlı qərarı gözləmirəm.Məhkəmə həm də günahkarın hansı tərəf olduğunu bildirməlidir ki, onlar da buna görə məsuliyyətə cəlb olunsun”.

Mərkəzi Bankı sığortalanan əmanətlərlə bağlı açıqlama verdi, bəs bağlanan banklarda sığortalanmayan əmanətlərin taleyi necə olacaq?

Əkrəm Həsənov adıçəkilən banklarda sığortalanmayan əmanətlərin həcminin böyük olmadığını deyir: “4 bankda 682 milyon sığortalanmış, 6 milyon sığortalanmamaış əmanət var ki, bu sığortalananların fonunda azdır. Misal olaraq qeyd etmək olar ki, müflüsləşmiş ən iri bank olan “Bank Standart”-da vətəndaşların 157 milyon sığortalanmamış əmanəti qalmışdır. Amma şirkətlərin həmin banklada vəsaitləri çoxdur.Mənim təxminlərimə görə, həmin banklarda biznes sektorunun 200 milyon manatadək vəsaiti qalıb.Həmin vəsaitin qaytarılma mexanizmi belədir - Fond həmin bankların daşınan və daşınmaz əmanətlərini açıq hərracda satmalı, verilən kreditləri qaytarmalıdır.Əldə olunan məbləğdən əvvəlcə əmanətlərin qaytarılması üçün xərclədiyi məbləği qaytarmalıdır, əgər orda nəsə qalarsa, bu sığortalanmamış əmanətlərlə şirkətlərin arasında mütənasib qaydada bölüşdürülür.Belə bir təcrübə isə hələ ki, Azərbaycanda baş verməyib ki, ordan kiməsə pul çatsın.Dünyanın heç bir inkişaf etmiş ölkəsində həmin pullar batmır.Çünki həmin ölkələrdə müflis olan banklarda pulu qalanlar kreditorlar komitəsi yaradır, onlar isə ləğv edici qurumun fəaliyyətinə tam nəzarət edir.Azərbaycanda isə Əmanətlərin Sığortalanması Fondunun üzərində heç bir nəzarət yoxdur.Fondun bankın əmlakını necə və kimə satdığı məlum olmur, ümumiyyətlə, bir sıra əmlak hərraca çıxarılmır, iri kredit borcu olanların borcu bağışlanır.Halbuki həmin pullar onların dədə-babalarının yox, əmanətçilərin, şirkətlərin puludur. Bilinmir ki, Fond kimin pulunu verdi, kiminki qaldı. Yəni proses tamamilə qeyri- şəffaf formada aparılır”.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb