FHN-in Muğan Regional Mərkəzinin rəisi sahibkarlığın inkişafına əngəl törədir
Iqtisadiyyat
Oxunub: 1 332
2 okt 2015 | 05:48
FHN-in Muğan Regional Mərkəzinin rəisi sahibkarlığın inkişafına əngəl törədir













Ölkə sahibkarlığının inkişafı və uğurlu dinamikası, iqtisadi qüdrətli Azərbaycan hökumətinin uğurlu prioritetlərindən biridir.

Ölkədə həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən hesab olunan sahibkarlığın inkişaf etdirilməsi, ölkə prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində uğurla irəliləyir.

Sahibkarlığın uğurlu inkişaf tempini ləngidərək onun irəliyə getməsini əngəlləyən Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin rəisi Orxan Məmmədyarov kimi bəzi bürokratik qüvvələr malik olduqları vəzifə səlahiyyətlərindən qaynaqlanaraq bu sahədəki uğurlu prosesi sanki bilərəkdən ləngidir. Bölgələrdə sahibkarlıq potensialına zərbə vuran Orxan Məmmədyarov və onun komandası yol verdikləri özbaşına əməllərlə mövcud maraqlarının səmərəsiz istifadəsinə şərait yaratmaqla yanaşı, regionlarda fəaliyyət göstərən iri və xırda sahibkarlara ziyan vurur, onların fəaliyyətlərindən yarana biləcək bütün iqtisadi islahatları məhdudlaşdırırlar. Mərkəz rəisi bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qanunsuz hallarından yetərincə yararlanır. Əhalinin və eləcə də ərazilərin fövqəladə hallardan qorunmasının, yanğın təhlükəsizliyinin, sənayedə texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması kimi vəzifələri üzərində cəmləndirən Muğan Regional Mərkəzi işini-gücünü ataraq sahibkarlıq subyektləridən qanunsuz şəkildə nə isə yığır. FHN-nin müvafiq xidmət Təlimatında nəzərdə tutulan müvafiq tələb və normativlər əsasında deyil, məhz Orxan Məmmədyarovun istəyi əsasında hər hansı bir tikilən sahibkarlıq subyektinin qeyri- normativlik təşkil etməsi əsasında həmin şəxsin hərəkətlərinə "göz yummaq" müqabilində nə siə tələb edirlər. Regionlarda yerləşən müəssisə, təşkilat və o cümlədən sahibkarlıq subyektlərinin yanğın təhlükəsizliyi tədbirləri planının işlənib hazırlanması və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsinin zəruriliyini təmin etmək kimi bir missiyanı üzərinə götürən Muğan Regional Mərkəzi səlahiyyət dairələrinin daxil olduğu bütün bölgələrdə tikilən şadlıq saraylarının, yanacaqdoldurma məntəqələrinin və eləcə də qeyri- qanuni yerlərdə tikilərək istifadəyə verilmiş restoranların qanunsuz tikilməsindən milyonlar əldə edərək qanun pozuntusuna yol verirlər. Məhz bütün sadalanan nöqsanların nəticəsidir ki, yanğın törədə biləcək səbəblərin və şəraitin aradan qaldırılmasının təmin olunması, hadisə baş verdikdə sahibkarların və işçilərin, mal-əmlakın təhlükəsiz təxliyəsinin həyata keçirilməsi, yanğının yayılmasının məhdudlaşdırılmasını təmin edən şəraitin yaradılması, yanğının tez ləğv olunmasını təmin edən müvafiq vasitələrinin daim hazır vəziyyətdə olmasını əks etdirən heç bir dövlət infrastrukturu yoxdur. Korrupsiyaya qarşı mübarizə üsulları arasında ictimai nəzarət, vətəndaş cəmiyyətinin aktivliyinin mühüm rol oynadığı bir cəmiyyətdə, Orxan Məmmədyarov kimi dövlət rəsmiləri, açıq-aydın şəkildə dövlətin maraqlarına qarşı hörmətsizlik edərək normal sahibkarlar tərəfindən bu və ya digər bizneslərin qurulmasına əngəllər törədirlər. Orxan Məmmədyarov kimiləri, bu kimi mənfi halları əhatə etməklə şəxsi maraqları güdən, ictimai marağa zidd olan, qanunlardan kənar fəaliyyətlə Azərbaycan Konstitusiyasına qarşı addım atırlar.


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA