Azərbaycanda xalqa kərə yağı adı ilə palma yağı yedizdirirlər
Iqtisadiyyat
Oxunub: 1 239
2 okt 2015 | 09:41
Azərbaycanda xalqa kərə yağı adı ilə palma yağı yedizdirirlər














Daxili bazarda bir sıra keyfiyyətsiz məhsulların olması günümüzün acı reallıqlarından biridir

Bu sırada iqtisadçı-ekspert Vahid Məhərrəmov “Facebook” səhifəsində istehlakçıların aldadılmasından bəhs edərək 2014-cü ildə ölkəyə 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunduğunu bildirib. Ekspert bu qədər yağın güman ki, kərə yağı, yağlı pendir, qaymaq, bitki yağı, dondurma, yağlı süd, xama şəklində istehlak edildiyini istisna etməyib. V.Məhərrəmov gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsinin açıqlanmadığını, palma yağının kərə yağı adı altında istehlakçılara satıldığını bildirib:
Xarici görünüşünə görə kərə yağına çox oxşar olan palma yağından süd, pendir, xama, dondurma və digər süd məhsullarının istehsalında yağlılıq dərəcəsini artırmaq məqsədilə istifadə edirlər. Palma yağının 1 kiloqramının idxal dəyəri 60 qəpik civarındadır. Təsəvvür edin, palma yağının tərkibinə müxtəlif aromatizatorlar vuraraq kərə yağı kimi satışa çıxarır və dəyərindən 8-10 dəfə baha qiymətə satır, külli miqdarda gəlir əldə edilər. Belə hallar kifayət qədər geniş yayılıb. Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bu yağın Azərbaycana gətirildiyi bildirilir. Ancaq hansı məqsəd üçün istifadə olunduğu sual doğurur”.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov daxili bazarda palma yağından istifadə edilməsi faktını təsdiq edərək istehlakçıların mənafeyinə ciddi ziyan vurulduğunu söyləyir. Eyyub bəy bildirir ki, palma yağı bədən teperaturundan yuxarı temperaturda əriyir. Bu yağın çox arzuedilməz yağ olduğunu diqqətə çatdıran qurum sədri onun insan orqanizmi üçün ziyanlı olduğunu vurğulayır:
“Satışda olan kərə yağlarının fərqli qiymətə təklif edilməsi və onların müxtəlif yağlılıqda, dadda olması insanda şübhə doğurur. Palma yağından qatığın, xamanın və digər süd məhsullarının hazırlanmasında istifadə olunması barədə bizə məlumatlar gəlir. Təəsüf ki, biz onun tədqiqatını apara bilməmişik. Əhalinin bizə bu barədə şikayətlərinə, onların dediklərinə laqeyd yanaşılmamalıdır. Bu işdə əsas şərt ictimai rəydir. Çalışırıq ki, bu məsələyə aydınlıq gətirək və əhali kərə yağı adı altında həmin məhsulu istehlak etməsin”.
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM