Neftdən asılı manat hər zaman basqı altındadır... - TƏHLİL
Iqtisadiyyat
Oxunub: 592
7 avq 2020 | 16:00
Neftdən asılı manat hər zaman basqı altındadır... - TƏHLİL


Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatında yaratdığı böhran və dünya neft bazarında qiymətlərin kəskin enməsi şəraitində milli valyutanın məzənnəsində dəyişiklik baş verməyib. Azərbaycan hökuməti manatın dəyərsizləşməsinin qarşısını almaq üçün valyuta bazarına intervensiyalara getməli olub. Ötən yeddi ayda Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 4 milyard 525,7 milyon dollar satılıb. Bununla da neftin aşağı qiymətləri fonunda manatın məzənnəsinə yaranan təzyiqlər neytrallaşdırılıb.

Maraqlıdır ki, böhrana rəğmən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında artım qeydə alınıb. Qurumun açıqladığı məlumata görə, bu il avqustun 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 6 milyard 468,7 milyon dollar təşkil edib. Bu, ötən ayla müqayisədə 32,4 milyon dollar və ya 0,5 faiz, illik müqayisədə isə 505,9 milyon dollar və ya 8,5 faiz çoxdur.

Digər tərəfdən, böhran dövlət büdcəsinin gəlirlərində ciddi azalmaya səbəb olmayıb. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, 2020-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 12 milyard 22,7 milyon manat və ya proqnoza qarşı 338,2 milyon manat, 2,9 faiz çox icra olmuşdur.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 5,4 milyon manat, yaxud proqnoza nisbətən 326,6 milyon manat və ya 8,9 faiz çox vəsait təmin edilib. Həmin vəsaitin 72,4 faizi və yaxud 2 milyard 899,5 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 367,7 milyon manat və ya 14,5 faiz çoxdur.

Bu dövrdə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 milyard 19,3 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 98,1 milyon manat və ya 5,1 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan büdcəyə müvafiq olaraq 266,4 və 56,6 milyon manat vəsait daxil olub.

Birinci yarım ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 5 milyard 675 milyon manat vəsait transfert edilib.

2020-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,9 faiz və yaxud 11 milyard 730,8 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 779,8 milyon manat və ya 7,1 faiz çoxdur. Beləliklə, altı ayda dövlət büdcəsində 291,9 milyon manat profisit yaranıb.

Hökumət pandemiya ilə əlaqədar gəlir və xərclərdə baş verən dəyişiklikləri nəzərə almaqla, dövlət büdcəsində dəqiqləşdirmələri nəzərdə tutan qanun layihəsini Milli Məclisə təqdim edib. Artıq iki oxunuşdan keçən layihənin müzakirələri zamanı maliyyə naziri Samir Şərifovun dediyinə görə, ölkədə həyata keçirilən bütün tədbirlərin əsas qayəsi pandemiya səbəbindən qaçılmaz olan iqtisadi zəifləmə proseslərinin qarşısını bir qədər almaqdır: “Vaxtında qəbul edilmiş qərarlar, tədbirlərin icrası ölkə iqtisadiyyatında baş verən neqativ proseslərin dərinləşməsinin qarşısını aldı. Bununla belə, cari ilin ikinci yarısı üçün müəyyən təhlükələr var. Əsasən neft və qeyri-neft sektorundan mədaxilin azalması gözlənilir. Bununla yanaşı, gömrük rüsumları və idxalda ƏDV üzrə 170 milyon manat məbləğində azalma olacaq. Cəmi azalmalar 890 milyon manat məbləğində qiymətləndirilir”.

Yeni layihəyə əsasən 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat(əvvəlki variantda 24 milyard 134 milyon 500 min manat), xərcləri 27 milyard 492 milyon 200 min manat (əvvəlki variantda 26 milyard 894 milyon 700 min manat ) məbləğində olacaq.

Nəticədə yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti 850 milyon manat, dövlət büdcəsinin sair daxilomaları müvafiq olaraq 30 milyon manat artırılır.

Dövlət Neft Fondundan büdcəyə transfertin artırılması üçün hökumət keçən ildən tətbiq olunan yeni büdcə qaydasını 2022-ci il yanvarın 1-dək dayandırır.

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, əldə olunan nəticələr Azərbaycan iqtisadiyyatının nisbətən zəif inkişaf etmiş iqtisadiyyat olmasından irəli gəlir: “Nə qədər paradoksal olsa da, iqtisadiyyatın zəif inkişafı pandemiyanın yaratdığı böhranın təsirlərinin ona gözləniləndən daha az zərər vurmasına gətirib çıxarıb. Azərbaycanda milli valyutanın məzənnəsi daha çox təbii sərvətlərə, daha doğrusu, neftə bağlı olduğu üçün ona təhlükələr daim yarana bilər. Yəni ölkə iqtisadiyyatının resurs asılılığı qaldığı müddətdə manata təhlükələr daim formalaşacaq. Amma təbii ki, qısamüddətli dövr üçün qiymətləndirmə aparsaq, ən azı ilin sonunadək Azərbaycan hökumətinin devalvasiyaya getməyəcəyini söyləyə bilərik. Manatın məzənnəsinin sabit saxlanması üçün mümkün resurslardan istifadə olunacaq. İndiki halda belə imkanlar, resurslar vardır. Əvvəla, ölkə iqtisadiyyatı, əhali, dövlət, biznes - 2015-2016-cı illərlə müqayisədə dollarla yoxsullaşıb. Buna görə də pandemiya dövründə neftin qiymətinin ucuzlaşması fonunda valyuta bazarında yalnız mart ayında qısamüddətli təzyiq yarandı. Onda da hökumət mart ayında 1,9 milyard dollarla bazara müdaxilə etməklə yaranan təzyiqləri xeyli dərəcədə azaltmağa nail ola bildi. Sonrakı aylarda orta hesabla ayda 360-400 milyon dollar vəsait satıldı valyuta bazarında. İlin sonunadək bu tələbin kəskin artacağını gözləmirəm. Yeni büdcə dəyişikliklərlə Neft Fondunun büdcə qarşısında öhdəlikləri də artırılır. Nəticədə, ilin ikinci yarısında Fondun hər ay valyuta bazarına 510 milyon dollar çıxarmaq imkanı olacaq. Bu isə manata olan təzyiqləri neytrallaşdırmağa imkan verəcək”.

Ekspert bildirir ki, Mərkəzi Bankın, ümumilikdə dövlətin valyuta ehtiyatlarının artması da manatın məzənnəsinə yarana biləcək təzyiqlərin qarşısını almaq baxımından müsbət tendensiyadır: “Nəzərə alsaq ki, hökumətin də bazara əlavə valyuta təklif etmək imkanı var, vəziyyətin ən azı 2020-ci ilin sonunadək nəzarətdə olduğunu demək olar. Bundan əlavə, dünya bazarında neftin qiymətli yüksəliş dinamikası nümayiş etdirməkdədir. Artıq Azərbaycan neftinin qiyməti 48 dollara yaxınlaşır. Dünyada koronavirus infeksiyasının ikinci dalğası yaranmasa, yaxud hasilatın azaldılmasına dair OPEK+ çərçivəsində hər hansı anlaşılmazlıq meydana çıxmasa, ilin sonunadək qiymətlərdə kəskin enmə olmayacaq. Hökumət özü məzənnənin düşməsində maraqlı deyil, çünki onun iqtisadiyyata və əhalinin sosial vəziyyətinə güclü mənfi təsirləri ola bilər. Bütün bunlar manatın məzənnəsinin sabit qalmasına imkan yaradacaq”.
“Yeni Müsavat”
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO