İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib
Iqtisadiyyat
Oxunub: 1 406
16 okt 2015 | 15:56
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyindəndən “APA-Economics”ə verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, kollegiyanın sədri Şahin Mustafayev bu ilin 9 ayında qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edib ki, dünyadakı mənfi sosial-iqtisadi proseslərə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı bu ilin doqquz ayında da davam edib: “Görülmüş işlərin nəticəsi olaraq, 2015-ci ilin 9 ayında ümumi daxili məhsul 3,7% artıb, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 68%-i ötüb, sənaye istehsalında 2,1%, qeyri-neft sənayesində 10,4%, kənd təsərrüfatında 6,7%, ümumilikdə qeyri-neft sektorunda 6,4% artıma nail olunub, ölkə iqtisadiyyatına 16 mlrd. manat həcmində investisiya qoyulub, əhalinin gəlirlərində artım meyilləri davam edib və ötən ilin eyni dövrü ilə müqayisədə 5,8%, hər nəfərə düşən gəlirlər 4,5% artıb. Yanvar-avqust ayları ərzində orta aylıq əmək haqqı 4,4% artaraq 460 manata yüksəlib, 87 min yeni iş yeri açılıb”.
Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin qorunması, maliyyə intizamının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsi, ərzaq təhlükəsizliyi üçün əlavə tədbirlərin görülməsi, nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyinin artırılması və tranzit daşımalarında prosedurların sadələşdirilməsi, turizmin inkişafı, yeni iş yerlərinin açılması və s. barədə tapşırıqlar verib.
İ. Əliyevin müəyyənləşdirdiyi vəzifələrin icrası barədə kollegiyanın sədri bildirib ki, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarında infrastrukturun yaradılması, Mingəçevir və Qaradağ sənaye parklarının təşkili işləri davam etdirilir. Hazırda Neftçala Sənaye Məhəlləsində geniş infrastruktur şəbəkəsinin yaradılması işləri aparılır və sənaye məhəlləsi gələn ilin birinci yarısında fəaliyyətə başlayacaq.
Dövlət başçısının tapşırığına uyğun olaraq, nazirlik tərəfindən ölkənin digər regionlarında da yerli potensial nəzərə alınmaqla sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.
Kollegiya iclasında sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib. Qeyd olunub ki, Nazirlər Kabinetinin iclasında dövlət başçısı bir daha sahibkarlığın inkişafının prioritetliliyini vurğulayıb, bu sahədə əlavə tədbirlərin görülməsinə dair təkliflərin hazırlanması, yoxlamaların tənzimlənmə mexanizminin işlənməsi, sahibkarlıq subyektlərinə əsassız müdaxilənin qarşısının alınması, lisenziyaların sayının azaldılmasına dair tapşırıqlar verib. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması barədə qərar qəbul edilib. İstehlak bazarına nəzarət inzibati məsuliyyət yaratmayan mexanizmlərdən (müşahidə, təhlil, nümunə müayinələri, baxış və s.) istifadə olunmaqla davam etdiriləcək. Yoxlamalar yalnız daxil olan məlumatlar əsasında iqtisadiyyat və sənaye naziri ilə razılaşdırılmaqla keçirilə bilər.
Biznes mühitinin yaxşılaşdırılması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilən əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı, satışı və əmtəə birjası fəaliyyətinə lisenziyaların xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısından çıxarılması barədə təkliflərin verilməsi qərara alınıb.
Kollegiya iclasında həmçinin, xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısına yenidən baxılması, lisenziyalaşdırılan fəaliyyət növləri üzrə sahibkarlıq fəaliyyətinə dövlət qurumları tərəfindən digər mexanizmlərlə nəzarət edilməsi imkanları nəzərə alınaraq, lisenziyaların sayının azaldılmasına dair ən qısa zamanda təkliflərin hazırlanması barədə qərar qəbul olunub.
İclasda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edən iri fermer təsərrüfatlarının və aqroparkların yaradılmasının sürətləndirilməsi istiqamətində Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsi barədə də məlumat verilib, bu mühüm sosial məsələyə dövlət başçısının xüsusi diqqət göstərdiyi vurğulanıb. Qeyd edilib ki, indiyədək 2200-dək dərman vasitəsinin qiymətləri təsdiq edilib, nəticədə dərman vasitələrinin qiyməti əhəmiyyətli dərəcədə endirilib. Hazırda 135 təsiredici maddə üzrə bəyannamələrin qəbulu davam etdirilir. Proses bütün dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək.
Kollegiya iclasında Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ixracın təşviqi, qeyri-neft sektorunda istehsal edilən məhsulların rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədi ilə təkliflərin hazırlanması qərara alınıb. Qeyri-neft məhsullarına verilən mənşə sertifikatı ilə bağlı aparılan ekspertiza xidmətlərinə görə tariflərin 30%-dək azaldılmasına dair Tarif (qiymət) Şurasına müraciət edilməsi barədə qərar qəbul edilib.
Qeyri-neft ixracının artırılması, yeni ixrac bazarlarına çıxış imkanlarının araşdırılması, Qazaxıstanın Aktau şəhərində olduğu kimi, digər bölgələrdə də bu cür logistik mərkəzlərin yaradılması imkanlarının araşdırılması barədə nazirliyin müvafiq struktur bölmələri qarşısında vəzifələr müəyyənləşdirilib.
Ş. Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn və İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
Kollegiya iclasında həmçinin dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələr, o cümlədən inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri barədə məruzələr dinlənilmiş, müzakirələr aparılıb.
İclasda cari məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib