Müsabiqədən keçmədən məktəb direktoru işləmək mümkünmü?
Sosial
Oxunub: 526
8 iy 2021 | 13:56
Müsabiqədən keçmədən məktəb direktoru işləmək mümkünmü?


Ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilirlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 illik təcrübə ilə də direktorluğa namizəd olmaq mümkündür.

Direktorların işə qəbulu üzrə müsabiqədə ikili format tətbiq olunur. Belə ki, Bakı şəhərində direktor vəzifəsinə keçirilən müsabiqədə iştirak etmək üçün namizədlər ilk növbədə müvafiq ali təhsil müəssisələrində təşkil edilən xüsusi təlimlərdən keçməlidirlər. Digər rayon və şəhərlərdə təlimlər təşkil olunmur. Müsabiqənin bütün mərhələlərini uğurla başa vuran, ancaq yekunda seçdiyi vakant yerlərə yerləşdirilməyənlər ehtiyat kadr siyahısına daxil olur. Test imtahanı mərhələsində əldə etdiyi nəticələri 2 il qüvvədə olan namizədə bu müddət ərzində yeni yaranan vakant yerlər də təklif oluna bilər.

Direktor idarəetmə işi ilə məşğul olduğundan onun nüfuzu olmalıdır. Rayonda və kollektivdə, ictimaiyyət tərəfindən tanınmalıdır. Yerli təhsili idarəetmə orqanının nümayəndəsinin müsahibə komissiyasında iştirakı da bununla əlaqədardır. Kollektiv direktorluğa təyin olunan şəxsi tanımayanda da problemlərə gətirib çıxarır. Ona görə də direktor təyin olunan zaman üstünlük məktəbin yerləşdiyi rayonun və ya kəndin sakinlərinə verilir. Namizədlərə 60 sual təqdim olunur. Test sualları əmək, təhsil qanunvericiliyi, idarəetmə və məntiqdən salınır. Test imtahanı mərhələsində rayonlar üzrə keçid balı 40 faiz müəyyənləşdirilib. 40 faiz nəticə göstərənlər növbəti mərhələyə buraxılırlar. Yekun - müsahibə mərhələsində namizədlərin bilik və bacarıqları 5 ballıq şkala ilə qiymətləndirilir. Müsahibə mərhələsində idarəetmə bacarığı, ümumi dünyagörüşü, peşəkar kompetensiyaları və digər zəruri meyarlar qiymətləndirilir və yerləşdirməni komissiya aparır. Namizədin vakansiyaları qeyd edərkən izlədiyi ardıcıllıq nəzərə alınmır. Nümayiş etdirdiyi peşəkarlıq səviyyəsi, bilik və bacarığına əsasən onun hansı məktəbdə işləyə biləcəyinə komissiya qərar verir. Çünki məktəblər şəraiti, mühiti, şagird sayı, kollektivi baxımından müxtəlif olduğundan namizədin hansı məktəbdə işləyə biləcəyinə komissiyanın qərar verməsi daha ədalətli hesab edilir.

Ancaq müşahidələr göstərir ki, test imtahanı və müsabiqədən keçmədən belə məktəb direktoru vəzifəsində işləyənlər vardır. Redaksiyamıza daxil olan məlumata görə, Quba şəhər Hacıbaba Əliyev adına 1 saylı tam orta məktəbin sabiq direktoru Yavər Musayeva (A.r.e.) koronavirusdan dünyasını dəyişəndən sonra onu müavini Şəbinə xanım əvəzləyib. Məlumatda qeyd olunur ki, Şəbinə xanım direktorların işə qəbulu üzrə prosedurları keçə bilmədiyinə görə, direktor vəzifəsinə təsdiqlənməyib, amma bununla belə həmin vəzifəni icra etməkdədir. Həmçinin bildirilir ki, Şəbinə müəllimə mərhumə direktorun “qara kassası” kimi tanınıb və məktəbdə müəllim və şagirdlərdən pul yığılması işini həyata keçirib.

Məsələ ilə əlaqədar Şəbinə müəlliməyə zəng vurub məlumata münasibət bildirməsini xahiş etdik. Bildirdi ki, o, test imtahanını verib, işi hazırda müsabiqə mərhələsindədir. Qalan məsələləri isə təkzib etdi: “Qoy, kim nə deyir-desin...”

Biz qarşı tərəfə mövqeyini bildirməsi üçün tribuna verdik, amma yəqin daha dürüst məlumatı Təhsil Nazirliyindən alacağımıza ümid edirik.

İbrahim Hümbətov
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR