Mina xəritələrinin Azərbaycana verilməməsi mənəviyyatsızlıqdır
Sosial
Oxunub: 577
28 iy 2021 | 09:34
Mina xəritələrinin Azərbaycana verilməməsi mənəviyyatsızlıqdır


Məlum olduğu kimi, müharibənin bitməsindən sonra qalib ölkə olaraq Azərbaycanın öhdəliyinə düşən ən mühüm məsələ işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Əlbəttə, II Qarabağ savaşının ardından ortaya çıxan, işğaldan azad edilmiş ərazilərdəki mövcud mənzərə ölkəmiz üçün böyük çətinlik yaratdı. Burada infrastruktur tamamilə məhv edilib, binalar sökülüb. Postmüharibə dövrünün başlaması ilə həmin ərazilərdə Azərbaycan vətəndaşlarının normal yaşayışını bərpa etmək üçün intensiv işlər başlanıb və bu gün də sürətlə davam etdirilir. Bu mənada qarşımızdakı yeganə əngəl ərazilərin pərakəndə şəkildə minalanmasıdır. Təbii ki, ilk növbədə işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri aparılmalı, təhlükəsizlik təmin edilməlidir. Vaxt itirilmədən respublikamızda minatəmizləmə əməliyyatları üzrə milli standartlar müəyyən edildi. Bu prosesin dünya standartlarında həyata keçirilməsi üçün lazımi tədbirlər görülür. Çünki bizim azad edilmiş ərazilərdə olan minalanmanın həcmi bəlkə də dünya miqyasında ən böyük dərəcələrdən biridir.

Bundan əlavə, azad edilmiş ərazilərimizdə kifayət qədər partlamamış silah-sursat da var. Torpaqları minalardan təmizləmək də olduqca böyük zəhmət tələb edən işdir. Prezident İlham Əliyev müharibədən sonrakı çıxışında qeyd etmişdi ki, ərazilərdəki minatəmizləmə əməliyyatlarına ən müasir texnologiyanın cəlb edilməsi üçün artıq müvafiq addımlar atılıb. Həmçinin, peyklərdən istifadə edilməsi burada həlledici məqamlardan biridir. Bildiyiniz kimi, peyk görüntüləri ölkəmizə əlavə imkanlar yaradır ki, biz bu imkanların müharibə vaxtı da şahidi olmuşuq. Belə ki, peyk görüntüləri ermənilər tərəfindən ərazilərimizə dəyən zərərin müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir. Habelə, minaların sıx olduğu sahələri də peyk vasitəsilə aşkar etmək mümkündür.

Minatəmizləmə əməliyyatları üçün ölkəmizə xüsusi texnika da gətirilir. Bunlar arasında Türkiyənin “MEMATT” (mexaniki minatəmizləmə təchizatı) zirehli minatəmizləmə aparatı proses zamanı insan tələfatını minimuma endirmək üçün ideal qurğulardan hesab edilir.

Ermənistan isə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bu ərazilərin mina xəritələrini verməkdən boyun qaçırır, əksinə yeni minalar yerləşdirmək üçün müxtəlif təxribatlara əl atırdı. Prezident İlham Əliyev bu əməli Ermənistanın növbəti müharibə cinayəti adlandırdı. Ölkə başçısı qeyd edirdi ki, ən böyük çətinlik məhz ondan ibarətdir ki, erməni tərəfi mina xəritələrini verməkdən boyun qaçırır. Ümumiyyətlə, unutmamaq lazımdır ki, ərazilərin minadan təmizlənməsi prosesi hələ uzun müddət davam edəcək. Çünki bu işlər həyati önəm daşıyır və təhlükəsizlik tam təmin edilmədən bu torpaqlarda həyat da bərpa edilə bilməz. Mina xəritələrinin mərhələ-mərhələ təhvil verilməsi isə işin informasiya tərəfidir. Ekspertlərin dediyinə görə, ilkin olaraq bu informasiyanın dəqiqləşdirilməsi lazımdır. Yalnız bundan sonra xəritələrin nə dərəcədə düzgün olduğu müəyyənləşdiriləcək. İkinci mərhələdə xəritələrin əhəmiyyətlilik dərəcəsi hesablanacaq. Bu iki mərhələdən sonra verilən mina xəritələrinin bizə nə dərəcədə faydalı olduğunu söyləmək mümkün olacaq. Əlbəttə, ən yaxşı ssenaridə xəritələrin xətasız olduğu müəyyən edilsə belə, ərazilərin minadan təmizlənməsi üçün Azərbaycanın resurslarından istifadə ediləcək.

Azərbaycan müharibənin ardından siyasi arenada haqqı olanı tələb etdi. Bu gün Ermənistan uzun müddət ayaq dirədiyi, verməkdən boyun qaçırdığı mina xəritələrini təhvil verirsə, bu, onların beynəlxalq aləmdə ciddi şəkildə sıxışdırıldıqlarını göstərir. Bunun nəticəsidir ki, onlar ard-arda bu ərazilərin xəritələrini verməyə məcbur olurlar. Məlum olduğu kimi, Azərbaycan işğaldan azad olunan ərazilərində törədilən vəhşiliklərə görə təzminat ödənilməsi üçün beynəlxalq məhkəmələrə müraciət edib. Mina xəritələrinin verilməməsi isə Ermənistanın boynuna düşən təzminatın daha da ağırlaşması deməkdir. Beynəlxalq konvensiyalara nəzər saldıqda görə bilərik ki, minaların basdırılması qanunsuz həyata keçirilib. Bu, azmış kimi, mənfur düşmən hətta əraziləri tərk etdikdən sonra da burada mina basdırmaq üçün cəhdlər edirdi. İndiki

mərhələdə ermənilər tərəfindən geri atılan addım isə Azərbaycanın siyasi arenadakı qələbəsinin məntiqi davamıdır.

Bu gün regionda yaranan vəziyyəti strateji olaraq qiymətləndirsək, görərik ki, Azərbaycan istər diplomatik, istər informasiya, istər iqtisadi, istər hərbi cəhətdən özünü dünyaya sübut etmiş ölkədir. Ermənistana qarşı yürüdülən təcrid siyasəti davam edir. Bu mənada, Zəngəzur dəhlizinin açılması məsələsi də regionun iqtisadi maraqlarını birləşdirən önəmli bir layihədir. Ermənistan isə artıq başa düşməlidir ki, ölkədə davam edən böhran vəziyyətindən çıxmaq üçün Azərbaycanın şərtlərini qəbul etməlidir.

Aqil Qurbanov,

Salyan rayon Qarabağlı 2 saylı kənd tam orta məktəbin müəllim
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb