Regionların inkişafı daim dövlət siyasətinin mərkəzindədi
Sosial
Oxunub: 618
28 iy 2021 | 09:39
Regionların inkişafı daim dövlət siyasətinin mərkəzindədi


Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin qərb bölgəsinə səfəri zəngin proqramı, eyni zamanda, bir çox mühüm məqamları ilə yadda qaldı. Dövlətimizin başçısının səfəri, ilk növbədə, onu göstərir ki, Azərbaycanda postmüharibə və pandemiya dövrü olmasına rəğmən, heç bir sosial, iqtisadi layihə təxirə salınmayıb. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə yanaşı, digər şəhər və rayonlar da ölkə rəhbərinin diqqəti mərkəzindədir. Respublikanın hər bir bölgəsinin inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Görülən kompleks tədbirlər nəticəsində hər bir rayon və şəhərimiz uğurla inkişaf edir, əhalinin sosial rifah halı getdikcə yaxşılaşır.

Dövlətimizin başçısının qərb bölgəsinə səfəri zamanı Daşkəsən rayonunda “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti və Daşkəsən şəhərinin yenidən qurulan su təchizatı və kanalizasiya sistemləri üzrə görülən işlərlə tanış olması, Naftalan Mərkəzi Sanatoriyasının, Naftalan şəhərində yeni istifadəyə verilmiş 200 yerlik körpələr evi-uşaq bağçasının, Goranboy Olimpiya İdman Kompleksinin və Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışlarında iştirak etməsi deyilənlərə əyani sübutdur. Bütün bunlar Azərbaycan vətəndaşının iş və yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət göstərir, insanların rahatlığını təmin edir.

Bu gün azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda sürətli bərpa işləri görülür. Azad edilmiş ərazilərdə ilin sonunadək bütün elektrik təsərrüfatı qurulacaq. Ermənilərin Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət veriləndən sonra yandırıb dağıtdıqları 12 su elektrik stansiyası bərpa olunacaq. Bundan sonra yaşıl enerji layihəsinin icrasına başlanacaq. Təqdirəlayiqdir ki, 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılıq əldə olunub. Bu, çox önəmli hadisə olmaqla yanaşı, başqa şirkətlər üçün də bir stimuldur.

Enerji sahəsindən başqa ikinci vacib sahə isə yol infrastrukturudur. Yollarla bağlı 8 ay ərzində böyük işlər görülüb. Çəkilən yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Strateji baxımdan və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var.

Bütün bu görülən işlər bir daha göstərir ki, ölkəmizin qərb rayonları bundan sonra da Azərbaycan iqtisadiyyatının bir parçası olaraq onun inkişafında yaxından iştirak edəcək və bu sahəyə öz dəyərli töhfələrini verəcəklər.

Leyla Ələkbərli,

Salyan rayon Qarabağlı kənd sakini, gənc
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...