Dünya
19-10-2015, 11:54 Oxunub: 842
Məhsul bol, alan yox...
Bu il yay mövsümünün həddindən artıq quraq keçməsi Goranboyun əkin sahələrində məhsuldarlığa elə də ciddi təsir göstərməyib. Hazırda təsərrüfat sahibləri əkib-becərdikləri məhsulları satmaq üçün münasib bazar axtarırlar.

Goranboy rayonunun Xoylu kəndində iri fermer təsərrüfatı olan Rasim Nəbiyev payızlıq pomidorla bağlı bol məhsuldarlığın müşahidə edildiyini bildirir. Fermer hər hektar sahədən təxminən 30 tona yaxın məhsul yığıldığını söyləyir. Lakin pomidorun bölgədə aşağı qiymətə alınması onu və digər fermerləri narahat edir. Odur ki, fermerlər əkib-becərdikləri məhsulu Bakı bazarlarında satmaq məcburiyyətində qalırlar. Hazırda kal pomidorun kiloqramı alıcıya 25 qəpiyə, dəymiş pomidor isə 40-50 qəpik arasında təklif olunur.
Rasim Nəbiyev -fermer təsərrüfatının rəhbəri: "Düzdür, məhsuldarlıq çox olsa da, qiymət aşağıdır. Məhsulun Gəncə və ətraf ərazilərdə satışı çətin olduğu üçün bunu Bakıya aparırıq. Daşınmaya da əlavə xərcimiz çıxır deyə bizim üzərimizə baha başa gəlir".
Təxminən 35 hektara yaxın olan təsərrüfatda tərəvəz məhsulları ilə yanaşı, xarici sortlardan olan meyvə ağaclarının becərilməsi də həyata keçirilir.
Fermer xaricdən gətirilən məhsuldar ərik və şaftalı ağaclarının sayını artıqmaq məqsədilə ərazidə 6 minə yaxın tingin əkilməsini də təmin edib.
Rasim Nəbiyev -fermer təsərrüfatının rəhbəri: "Hazırda həmin ağaclardan 2 hektar əkmişəm, gələn il 3 hektar da artırmaq niyyətindəyəm. Çox yaxşı ağac sortlarıdır. İlin fəslindən, hava şəraitinin isti, quraq, soyuq keçməsindən, soyuq və yağıntılı keçməsindən asılı olmayaraq bol məhsul gətirirlər".
Qeyd edək ki, bu il təsərrüfatda becərilən 3 illik ərik ağaclarının hər biri 25 kiloqrama yaxın məhsul verib. Fermer bu məhsuldar ağacı respublikada yaymaq üçün tingçiliyi inkişaf etdirmək niyyətindədir. Bunub üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət də olunub.
http://kepeztv.az/

XƏBƏR LENTİ
23:39 | Goranboya görün, kim rəhbərlik edir... - İTTİHAM 22:50 | "Nə vaxt gedirəm məni yola verirlər" - GİLEY 22:22 | “Azəriqaz” rəsmi izahat verməlidir - ETİRAZ 21:45 | Bir ayağı olmayan Qarabağ Qazisi belə şəraitdə yaşayır... - "Şəhidlik daha gözəldir..." 21:18 | Kontakt Home və deputat Elnur Allahverdiyev haqda şok gizlinlər: - İTTİHAM 20:54 | Yardımlı səhiyyəsində də durum BƏRBADDIR... - "Neçə-neçə rayon sakini baş həkimin bu tələsinə düşüb" 20:23 | Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi - İLGİNC 19:47 | "Azəriqaz" elə Əkbər Hacıyevin dövründəki kimi işləyir... - FAKT BUDUR! 19:21 | "Əgər mənim ciyərimin biri götürülübsə, mən necə sağlamam?!" - NARAZILIQ! 18:51 | "İslahatlar prosesini fərqli şəkildə təqdim etməyə cəhd göstərirlər" - Mehdiyevdən sərt bəyanat 18:17 | Fransa səhvini anladı: Makron Əliyevə əl uzatdı - GƏLİŞMƏ 17:45 | “Rusiya sülhməramlıları Qarabağ mövzusu ilə məşğul olmalıdır, bizim sərhəd məsələmizlə yox” - ETİRAZ 17:22 | Aşqabadla anlaşdıq, Tehranla nə edək? - TƏHLİL 16:45 | İrəvanın revanş arzusu basdırılır - TƏHLİL 16:17 | “1-2 milyona mülk tikdirirlər, amma 35 manat verib detektor quraşdırmağa xəsislik edirlər” - PROBLEM