Banka borcu olanlar bu xəbəri mütləq oxusun
Iqtisadiyyat
Oxunub: 1 540
4 noy 2015 | 10:39
Banka borcu olanlar bu xəbəri mütləq oxusun









Məhkəmələr bankın iddiasını tam təmin edir, borclu vətəndaşı isə maksimum yükləyirlər. Ancaq vətəndaş bilməlidir ki, banklar kredit müqavilələrində qanunu kütləvi şəkildə pozur

Bu fikirlərlə bank eksperti Əkrəm Həsənov çıxış edib. Banka borcu olan şəxsi məhkəməyə verən icraçıya qarşı nə etmək lazım olduğu barədə bəzi məsləhətlər verən ekspert belə məqamda bir qədər diqqətli olmağı tövsiyə edir:
“Borclu şəxsə ilk məsləhətim odur ki, nə bankdan, nə də icraçıdan qorxsun. Əmlakı və gəliri olmayan borclu və ya zamin, bir qayda olaraq, bankın ona qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesində iştirak etmir. Yaxud iştirak etsə də, hüquqşünas yardımından istifadə edə bilmir. Buna görə də məhkəmə adətən bankın iddiasını tam təmin edir.
Əlbəttə, vətəndaşın hüquqşünas yardımına pulu olsaydı, məhkəmə ən azı bankın iddiasını tam təmin etməzdi. Ən azından vətəndaşın borcu heç olmasa daha az olardı. Məhkəmələr nəzərə almalıdır ki, banklar kredit müqavilələrində qanunu kütləvi şəkildə pozurlar. Bu səbəbdən də vətəndaşlar qorxmamalıdır.
İcraçı borcluya (zaminə) müraciət edir ki, borcu könüllü ödəsin. Təbii, vətəndaş ödəyə bilmir. Bundan sonra adətən banklar vətəndaşa hədə-qorxu gəlir. Ancaq bundan qorxmaq lazım deyil. Sadəcə, problemin nədən qaynaqlandığını, borcu hansı səbəbdən ödəyə bilmədiyinizi, aylıq gəlirinizi, ailə durumunuzu qeyd edərək icraçıya məktub yaza bilərsiniz. İcraçıya qanunu bildiyinizi izah etsəniz, sizin məlumatsızlığınızdan və qorxmağınızdan sui-istifadə edib, məhkəməyə müraciət etməkdən yayınar. Bank icraçısı sizi davamlı olaraq narahat etsə belə eyni məzmunlu məktubu təkrar olaraq göndərməyiniz və bu hal davam edərsə, polisə şikayət edəcəyinizi bildirməyiniz kifayət edir. Ancaq bu halda bank sizdən əl çəkə bilər. Həmçinin belə olduğu halda bank sizə möhlət də verə bilər”.
Ekspert qeyd edib ki, borclu icraçıya yazdığı məktubun sonunda belə bir xatırlatma da qeyd edə bilər:
“Sizi əmin edirəm ki, imkanım olan kimi, özümün və ailəmin yaşayış minimumu həddindən yuxarı gəlir əldə etməyə başlayan kimi borcumu mütləq ödəyəcəyəm. Həmin vaxta qədər mənim maliyyə vəziyyətimin tərəfinizdən yoxlanılmasına etiraz etmirəm və buna hazıram. Dediklərimin doğru olduğuna özünüz əmin olacaqsınız”.
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər