Bakıda bu apteklərdən “bir paçka verin…” deməklə, narkotik almaq mümkündür - FOTOLAR
Iqtisadiyyat
Oxunub: 1 293
4 noy 2015 | 21:14
Bakıda bu apteklərdən “bir paçka verin…” deməklə, narkotik almaq mümkündür - FOTOLAR











Bakının apteklərində narkotik satışı açıq şəkildə davam edir. Aptekə yaxınlaşırsan və ad çəkmədən "bir paçka verin” deyirsən. Satıcı sənin nə istədiyini bilir və dərhal narkotik vasitəni sənə uzadır. Halbuki, bu cür dərmanı yalnız reseptlə satmaq olar

Haqqında danışdığımız dərman "tramadol”dur. Reseptlə satılmalı olan psixotrop dərman vasitəsi paytaxt Bakıda bir neçə aptekdə açıq şəkildə, istənilən şəxsə satılır.

Xalqxeber.az saytının verdiy məlumata görə, Musavat.com saytının reportyoru bu cür dərmanların satıldığı apteklərdə olub. Müşahidələr zamanı məlum olub ki, "tramadol”un əsas alıcıları gənclər və orta yaşlı kişilərdir.

Əvvəlcə dərman haqda qısa məlumat verək...

"Tramadol” psixotrop dərmandır. "Tramadol” tərkibli həblərin satışı qadağan edilməyib, lakin bu dərman güclü psixotrop təsirə malik olduğundan yalnız həkim göstərişi əsasında satıla bilər. Bu dərmanın reseptsiz satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib. Bu preparatdan ancaq güclü ağrısı olanlar, məsələn, xərçəng xəstələri istifadə edə bilərlər. Həmin dərmanın əlavə təsirindən biri də bu dərmanın asılılıq yaratmasıdır. Bu dərmanlar eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur. "Tramadol” dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilərlər. "Tramadol" güclü narkosərxoşluq və asılılıq yaradan narkotik vasitə kimi Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub.

"Tramadol”un satışı...

Bakıda bir neçə aptek var ki, bu dərmanın açıq şəkildə, reseptsiz satışı ilə məşğuldur. Bu cür apteklərdən biri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev 151 K ünvanında yerləşir. Əvvəlcədən də yollandığımız aptekdən dərmanı rahatlıqla, heç bir resept tələb edilmədən, ən azından sorğu-sual edilmədən alacağımızı eşitmişdik. Və elə də olur. Aptekə yaxınlaşırıq və dərmanın adını çəkmədən satıcıya 20 manat uzadaraq "bir paçka verin” deyirik. Satıcı bir paçka "tramadol”u və 16 manat qalıq pulu bizə qaytarır.

Dərmanı aldıqdan sonra aptekin qarşısında bir neçə dəqiqə müşahidə aparırıq. İstənilən şəxs aptekə yaxınlaşır və həbləri rahatlıqla alır.

Aptekin qarşısında 25-28 yaşlı alıcılardan biri ilə söhbətimiz:

- Salam, "tramadol”u reseptsiz aldınız?
- Aha. Resept istəmirlər, axı...
- Məndə ala bilərəm?
- Əlbəttə. Bu dərmanı hamı alır.
- Bəs, deyirlər, narkotik vasitə kimi istifadə olunduğu üçün hər kəs ala bilmir...
- Siz niyə məni suala tutursunuz? Alacaqsınızsa, girin aptekdən alın...
- Mən xəstə üçün almıram...
- Bilirəm nə üçün alırsınız. Guya alanlar xəstə üçün alır? Sağ olun. Mənim vaxtım yoxdur...

Həmsöhbətimiz nədən danışdığımızı başa düşür və bizdən uzaqlaşır.

Aptek satıcısından bu dərmanı niyə respetsiz satdığını soruşmuruq. Çünki onlar da bu dərmanın kimlər tərəfindən və nə məqsədlə alındığını bilirlər. Bu cür apteklər narkotik vasitələrin aludəçiləri olan şəxslər tərəfindən tanınır. Bu apteklərə məhz "tramadol” almaq üçün üz tuturlar.

Xətai rayonundakı bir neçə aptekdə də açıq şəkildə "tramadol”un satışı həyata keçirilir. Bu aptekdə də dərmanın reseptsiz və istənilən şəxsə satıldığını müşahidə etmək olar.

Onu da əlavə edək ki, "tramadol” əvvəllər "tramal” adı ilə satışda idi.

"Tramadol”dan istifadə edəndə nə olur?

Bu dərmandan istifadə etdikdən sonra süstlük yaranır, reallıq hissi itir, hərəkət ləng olur, ətrafda baş verənlərə reaksiya vermək qabiliyyəti əhəmiyyətli dərəcədə azalır. Dərmanın istifadəçilərinin dili ilə desək, "adamı tamamilə söndürür, elə bil ayaqların yerdən üzülür”.

"Lirika” tərkibli dərmanlar da psixotrop dərmandır. Bu dərmanların satışı Bakıda qadağan edilib. Səhiyyə Nazirliyi 2013-cü ilin yanvarından "Lirika” preparatının fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər bu həblərin satışını dayandırıb və dövlət qeydiyyatından çıxarıb.

Məlumat üçün bildirək ki, "tramadol” və "lirika” həbləri narkotiklə birgə qəbul olunanda narkotikin təsirini uzadır. Bundan əlavə, uyuşdurucu təsiri göstərir.

Səhiyyə Nazirliyindən verilən məlumatda isə deyilir ki, "Lirika” həbləri ilə yanaşı, "Koaksil”, "Tropin” və "Midriasil” dərman vasitələrinin də uyuşdurucu təsiri olduğu, xəstələrdə asılılıq yaratdığı üçün "Koaksil” dərman preparatlarının respublikaya idxalı bu preparatların fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər dayandırılması və dövlət qeydiyyatından çıxarılması qərara alınıb. "Tropin” və "Midriasil” dərman preparatlarının stasionar tibb müəssisələrində istifadə olunan dərman preparatları sırasına daxil edilməsinə və aptek şəbəkəsindən çıxarılmasına dair qərar verilib.

Səhiyyə Nazirliyi bu cür apteklərə qarşı reydlər keçirir. Xatırladaq ki, bu ilin əvvəlində "Murad Farm” MMC-yə məxsus Xətai rayonunda yerləşən "Murad” aptekin fəaliyyəti dayandırıldı. Səhiyyə Nazirliyi yanvarın 21-də "Murad” aptekinin lisenziyasının ləğv edilməsi haqqında qərar verdi.

Nazirlik tərəfindən yoxlama zamanı aptekdə satışı aparılan və dövlət qeydiyyatına alınmamış 46 adda dərman preparatı aşkarlanaraq müsadirə edilmişdi. Həmçinin reseptlə satılmalı olan psixotrop dərman vasitələrinin reseptsiz satışının aparılması və xüsusi saxlama rejimi tələb olunan termoləbil dərman vasitələrinin saxlanma şəraitinə riayət olunmaması faktları da müəyyən edilmişdi.

Yuxarıda qeyd etdiyimiz ünvanlarda "tramadol”un satılması haqda 2013-cü ildə də məlumat vermişdik. Bundan sonra Səhiyyə Nazirliyi həmin apteklərdə yoxlamalar apardı və bu dərmanın satışının qarşısı alındı. Nazirlik tərəfindən yoxlamalar aparılsa da, qeyd etdiyimiz ünvanlarda hələ də bu cür psixotrop dərmanların qanunsuz satışı həyata keçirilir.

İlkin Muradov,
Musavat.com
Fotolar müəllifindir.


Bakıda bu apteklərdən “bir paçka verin…” deməklə, narkotik almaq mümkündür - FOTOLAR
Bakıda bu apteklərdən “bir paçka verin…” deməklə, narkotik almaq mümkündür - FOTOLAR
Bakıda bu apteklərdən “bir paçka verin…” deməklə, narkotik almaq mümkündür - FOTOLAR
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR