Ev satan hər kəs vergi ödəyəcək
Iqtisadiyyat
Oxunub: 1 114
5 noy 2015 | 09:13
Ev satan hər kəs vergi ödəyəcək










Vergilər Məcəlləsinə edilən dəyişikliyə görə, gələn ildən etibarən Azərbaycanda ev satışı zamanı vergi ödəniləcək. Bu haqda “Anspress məlumat yayıb

Yeni dəyişikliyə görə, vergilər artıq evin alış və satış qiymətləri arasındakı fərqə görə deyil, hər kv.m-nə görə hesablanacaq. Belə ki, Bakının bölüşdürüldüyü 12 zona üzrə əmsal müəyyənləşib. Həmin əmsal 15 manata vurulmaqla, hər zona üzrə kv-mə görə ödəniləcək vergi hesablanacaq. Şəhərin mərkəzində rəqəm daha yüksək, şəhər ətrafında isə daha aşağı olacaq. Misal üçün I zonada mənzilin 1 kv.m üçün tutulacaq verginin həcmi 22.5 manat, II zonada 21 manat, III zonada 19.5 manat, IV zonada 18 manat, V zonada 16.5 manat, VII zonada 14.25 manat, VIII zonada 13.5 manat, IX zonada 12.75 manat, X zonada 12 manat, XI zonada 11.25 manat, XII zona üzrə isə 10.5 manat təşkil edəcək.
Əlbəttə, yeni qaydalar mənzillərin qiymətinin bahalaşmasına da təkan verə biləcək.
“Value and Sources” konsaltinq şirkətinin baş direktoru Rəşad Əliyev bu barədə bildirir ki, 1 kv.m. üçün hesablanacaq 15 manatlıq vergi bazası, eyni zamanda, Bakı şəhəri üzrə baza məbləği kimi çıxış edəcək: “Baza məbləği satılan əmlakın yerləşməsindən asılı olaraq zona əmsallarına uyğun şəkildə dəyişəcək. Nazirlər Kabineti tərəfindən əvvəllər müəyyən edilmiş qaydalara görə Bakı şəhərində 12 zona müəyyən edilib və bunlar üzrə əmsallar 0.7-dən 1.5-ə kimi dəyişir. Yəni Bakı üzrə minimal vergi məbləği hər kv.m. üçün 10,5 manat, maksimal məbləğ isə 22,5 manat təşkil edəcək. Zonalara uyğun olaraq yerləşmə nə qədər yaxşı olsa vergi məbləği o qədər çox olacaq.
Qanundakı hazırkı dəyişikliyi gözlənilməz hesab etmək olar. Çünki tətbiq edilən yeni vergi dərəcələri əvvəlki yanaşmadan əksər hallar üçün əlverişlidir.
Məsələn, bundan sonra 1-ci zonada satılan 100 kv.m. mənzilə görə 2250 manat vergi ödəniləcək. Belə ki, 1-ci zona üzrə əmsal 1,5-dir və 15 manat baza məbləğini 1,5 zona əmsalına vuranda 1 kv.m. üçün 22,5 manat təşkil edir və bunu 100 kv.m. vuranda 2250 manat təşkil edir.
Əvvəlki qaydalara əsasən isə yaşayış mənzilindən (satıcının 3 il daimi yaşayış yeri olan mənzillər istisna olmaqla ) gəlir vergisi tutulurdu və bunun məbləği əvvəlki alış qiymətindən və çəkilmiş xərclərdən asılı olurdu. Nəzərə alsaq ki, 1-ci zonada orta qiymətlər 1500-2500 manat təşkil edir, bu haldada vergi məbləği 0 manatdan 5 min, 10 min, 20 min manata bəzi hallar da isə daha çox ola bilirdi. Xalis gəlir olmayanda vergi ödənilmirdi”.
R.Əliyevin fikrincə, qanuna edilən dəyişikliyin müsbət və mənfi cəhətləri var. Ancaq ekspert müsbət cəhətlərinin daha çox olduğunu düşünür: “Qeyd edək bu vergi dərəcələri ancaq təkrar bazara aid edilir. Tikinti şirkətləri tərəfindən satılan mənzillərin vergiyə cəlb edilməsi tam başqa qaydada həyata keçiriləcək.
Dəyişikliklərin müsbət cəhətlərindən biri yeni qaydaların kifayət qədər sadələşdirilməsidir. Hətta vergi orqanları üçün də bu üsulla vergi yığmaq asan olacaq. Eyni zamanda alqı-satqı əməliyyatları üzrə dövriyyənin gizlədilməsi artıq əhəmiyyətsiz olacaq.
İkincisi, bu ilin yanvarında daşınmaz əmlak bazarında əməliyyatlara vergi nəzarətinin gücləndirilməsi yaşayış mənzillərinin investisiya cəlbediciliyinə zərbə vurmuşdur. Hazırkı dəyişiklik isə onların investisiya cəlbediciliyini bərpa edir. İstisna deyil ki, bazarı tərk etmiş bir çox investorlar, hətta alverçilər bazara qayıdacaq.
Əvvəlki qaydalara görə, bəzi mənzillərin satışı zamanı xərclər çox olurdu. Xərcləri kompensasiya etmək üçün bəzi satıcılar satış qiymətlərini artırmaq istəyirdilər. Məsələn, əvvəlki alış qiyməti simvolik olan bəzi mənzillər satılanda vergi məbləği çox çıxırdı. Bu alınmadığı üçün satışı ya həyata keçirmirdilər, ya da baha qiymətə həyata keçirməyə çalışırdılar. Ancaq bundan sonra həmin mənzillərin satış xərcləri xeyli azalacaq. Bu, hətta qiymət güzəştlərinin edilməsi üçün onlara şərait yaradacaq”.
Ekspertə görə, müsbət tərəflərdən biri vergiqoyma bazasının güzəştli olmasıdır: “Məsələn, 1-ci zonada satılan mənzilin vergi məbləği son nəticədə satış qiymətinin orta hesabla 0,7 faizdən 1,5 faizə kimi təşkil edəcək. Digər zonalarda çox az fərqlə olacaq. Nə qədər qazanılacağından asılı olmayaraq eyni məbləğ ödənilir. Bu cür vergi dərəcələrinə çox az ölkələrdə rast gəlmək olar”.
Mənfi cəhətlərinə gəlincə, R.Əliyev vurğuladı ki, əvvəlki qaydalara görə 3 il daimi yaşayış yeri olan mənzillər satıldıqda vergidən azad olunurdu: “Ancaq indi ehtimal edilir ki, bu müddət 5 ilə kimi artırılıb. Burda artıq sərtləşdirmə aparılıb.
Digər tərəfdən isə hazırki vergiqoyma yanaşması ancaq əmlakın texniki parametrlərinə, yəni sahəsinə bağlı olacaq. Bu cür yanaşma ilə mənzilin neçəyə satılmasının və nəticədə nə qədər qazanılacağının heç bir əhəmiyyəti olmur. Mənzili zərərlə və mənfəətlə satan mülkiyyətçilər eyni vergi ödənişi edəcəklər. Əvvəlki qaydalarda isə zərərlə mənzil satan satıcılar vergi ödəmirdilər”.
Dəyişikliyin bazara təsirlərinə gəlincə, ekspert hesab edir ki, yaşayış mənzillərinin alqı-satqısının vergiyə cəlb edilməsinin sadələşdirilməsi sözsüz ki, bazara müsbət təsir edəcək. Bazarda vəziyyətin gərgin olmasını nəzərə alsaq, demək olar ki, bu daha çox uzunmüddətli perspektivdə özünü göstərəcək.
Əmlakın investisiya cəlbediciliyinin artması investorların bazara marağını artıracaq. Alqı-satqı üzrə vergi dərəcələrinin aşağı olması isə bazarı tərk etmiş bəzi ev alverçilərinin qayıtmasına səbəb ola bilər”, – deyə daşınmaz əmlak üzrə ekspert vurğuladı.
Onun sözlərinə görə, bu xəbər bəzi mənzillərin satışının ilin sonuna kimi saxlanılmasına təsir göstərə bilər. Nəticədə bazarda təklifin həcminin azalması mümkündür.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO