Bazar, yoxsa azar? – REPORTAJ
Iqtisadiyyat
Oxunub: 1 056
15 noy 2015 | 07:38
Bazar, yoxsa azar? – REPORTAJ











Gündəlik qida tələbatımız olan tərəvəz və ərzaq məhsullarını daha çox bazardan almağa üstünlük veririk

TTV (Region TV) xəbər verir ki, Məhsulun istehsal olunduğu tarixə nəzər yetirsək də, harada saxlanıldığı, hansı şəraitdə satıldığı bizi o qədər də düşündürmür. Goranboy bazarında bu istiqamətdə vəziyyət heç də ürəkaçan deyil. Məkanın şəraiti, anti-sanitar vəziyyət sakinləri sözün əsl mənasında təngə gətirib. Satıcı və alıcıların müraciətindən sonra əməkdaşımız sözügedən bazara gedərək vəziyyətlə tanış olub. Süjetdə mövcud vəziyyətlə ətraflı tanış olacaqsınız.

Goranboyun mərkəzi bazarında vəziyyətin nə qədər acınacaqlı olduğunu görmək üçün elə içəri daxil olub ümumi mənzərəni gözdən keçirmək kifayətdir. Kadrlardan da göründüyü kimi, mərkəzi bazarın vəziyyəti çox acınacaqlıdır. Bir sözlə, bazarda küçə ticarəti baş alıb gedir. Mərkəzin içərisindəki ab-hava küçədəki xaosdan heç də geri qalmır. Satıcılar isə bazarın daxilində əlverişli yer tapa bilmədiyinə görə məcbur olub kənarda, bax bu gördüyünüz bataqlıqda ticarətə davam edirlər.

Xoşagəlməz mənzərə bir yana qalsın, üfunət iyinin verdiyi narahatlığı sözlə ifadə etmək olduqca çətindir. Xarab meyvə-tərəvəz və digər məhsulları zibil qabına atmaq əvəzinə bazarın daxilində "mini" zibilxana düzəldənlər, görünür etdiklərinin fərqində deyillər. Çala-çuxurlara görə sakinlər normal halda hərəkət etməkdə çətinlik çəkirlər, lakin bu vəziyyətdə bazara avtomobillər də daxil olur. İzdihamı təsəvvür etmək asandır. Bir tərəfdə çuxur, birində zibil, digərində isə maşın və insanlar. İndi bacarırsansa hərəkət elə...

Alıcılarınsa əsəbləri tarıma çəkilib. Alınan hər bir məhsul infeksiya mənbəyidir. Xüsusilə də açıq halda satılan məhsullar. Yağış yağanda isə elə sakinlərin öz dili ilə desək, ya gərək uzunboğaz çəkmə geyəsən, ya da balaca qayıqla hərəkət edəsən.

Məsələ ilə bağlı Goranboy rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraicət etdik. Mərkəzdən bildirdilər ki, problemdən agahdırlar. Qurumun direktoru Afayət Köçərli TTV-yə bazar rəhbərliyi ilə bacara bilmədiyini etiraf etdi. Onun sözlərinə görə, sözügedən bazara dəfələrlə baxış keçirilib, antisanitariya vəziyyətinin aradan qaldırılması üçün 2 dəfə cərimə tətbiq edilib. 3-cü və sonuncu dəfə, artıq bazarın bağlanılması üçün tədbir görüləcək. Məsələ ilə bağlı bazar rəhbərliyə müəyyən vaxt verilib.

Köhnə bazarda isə acınacaqlı vəziyyəti aradan qaldırmaq üçün yenilənməyə, təmirə ehtiyac var. Təəssüflər olsun ki, sahibkarları sanitar-gigeynik vəziyyətdən çox, mümkün qədər artıq gəlir əldə etmək maraqlandırır.

Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO