“Azəristiliktəchizat”ın naməlum şirkətlə yediyi milyonlar - RƏQƏMLƏR
Iqtisadiyyat
Oxunub: 1 218
7 dek 2015 | 14:02
“Azəristiliktəchizat”ın naməlum şirkətlə yediyi milyonlar - RƏQƏMLƏR












Azərbaycanda, xüsusilə paytaxt Bakıda hava şəraitinin soyumasına baxmayaraq mənzillərə istilik verilmədiyinə görə bir müddətdir sərt tənqid hədəfinə çevrilən “Azəristiliktəchizat” ASC dövlət büdcəsi hesabına həyata keçirilməli olan satınalmaların böyük əksəriyyətini “HTM Holdinq” adlı MMC-yə həvalə edir. Bu, Qaynar.info-nun Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytındakı məlumatları araşdırarkən məlum olub

Araşdırmamıza görə 2014-cü ildə adıçəkilən holdinq:

- Yaşayış binaları və sosial obyektlərdə məhəllədaxili və magistral istilik xətlərinin əsaslı təmiri işlərinin satın alınması üçün 278 min manatlıq;
- Yaşayış binaları və sosial obyektlərdə kaslad tipli qazanxanaların quraşdırılması işlərinin satın alınması üçün 273 min 500 manatlıq;
- Yaşayış binaları və sosial obyektlərdə aşağı paylama və məhəllədaxili istilik xətlərinin əsaslı təmiri işlərinin satın alınması üçün 1 milyon 482 min manatlıq;
- Yaşayış binaları və sosial obyektlərdə istilik mənbəinin modernləşdirilməsi işlərinin satın alınması 2 milyon 474 min manatlıq tenderlərin qalibi olub.


Araşdırmalar nəticəsində o da məlum olub ki, Yaşar Həsənovun rəhbərlik etdiyi ASC 2012-ci ildə 19 milyon 137 min 692 manatı 74 tenderdə sərf edib. Bu vəsaitin nə az, nə çox, düz 17 milyon 312 min 700 manatı “yaşayış binaları və sosial obyektlərdə məhəllədaxili istilik xətlərinin əsaslı təmiri, istilik mənbəyinin bərpası və modernləşdirilməsi işlərinin satın alınmasına” xərclənib.

Daha ilginci isə odur ki, həmin işlər üzrə bütün vəsait yalnız bir şirkətə - yuxarıda haqqında danışdığımız "HTM Holdinq" MMC-yə yönəldilib. Rəsmi məlumatlara inansaq, adıçəkilən MMC bu işləri 11 tenderin nəticələrinə görə qazanıb, bundan başqa, 361 min 600 manat dəyərində qazanxana, istilik şəbəkəsi, elektrik, nəzarət ölçü cihazları və avtomatika, nəqliyyat təsərrüfatı üzrə zəruri materiallar da adıçəkilən MMC-dən alınıb. Vəsaitin 332 min 211 manatı həmin işlərin layihələndirilməsinə yönəldilib.

“Azəristiliktəchizat” MMC-nin 2013-cü ilə aid satınalmalarında “lider” şirkət məhz “HTM Holdinq” MMC-dir. Qaynar.info-nun yenə rəsmi məlumatları incələməsi nəticəsində məlum olub ki:

- Yaşayış binaları və sosial obyektlərdə modul qazanxanaların quraşdırılması işlərinin satın alınması üçün 438 min 600 manatlıq;
- Bakı şəhərində yaşayış binaları və sosial obyektlərdə istilik xətlərinin əsaslı təmir işlərinin satın alınması üçün 1 milyon 839 min 200 manatlıq;
- Bakı şəhəri, Pirallahı və Xətai rayonlarında yaşayış binaları və sosial obyektlərdə istilik mənbəyinin bərpa və modernləşdirilməsi işlərinin satın alınması üçün 1 milyon 337 min 800 manatlıq;
- Bakı şəhəri, Qaradağ və Yasamal rayonlarında yaşayış binaları və sosial obyektlərdə istilik mənbəyinin bərpa və modernləşdirilməsi işlərinin satın alınması üçün 537 min manatlıq;
- Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayış binaları və sosial obyektlərdə istilik mənbəyinin bərpa və modernləşdirilməsi işlərinin satın alınması üçün 346 min 600 manatlıq tenderlərin qalibi kimi məhz “HTM Holdinq” elan edilib.


Qaynar.info bu qədər çoxsayda və çoxmilyonluq dövlət satınalmalarında iştirak etmiş “HTM Holdinq” şirkəti ilə bağlı ətraflı məlumat öyrənməyə çalışıb. Amma təəssüf ki, nətcələr ürəkaçan olmayıb.

Belə ki, şirkətin rəsmi internet saytı yoxdur. Halbuki elə bir dövrdə yaşayırıq ki, bu qədər yüksək məbləğlərlə ifadə edilən dövlət satınalmalarını həyata keçirən bir MMC-nin rəsmi internet hesabının olmaması nəinki təəccüblü, hətta qəbuledilməzdir. Çünki əlavə şübhələr yaradır.

Digər tərəfdən, Satınalmalar üzrə Dövlət Agentliyinin keçirilmiş müsabiqələrə dair reyestrindəki araşdırmalarımız adıçəkilən şirkətin başqa heç bir dövlət qurumu ilə əlaqələrinin olmadığını göstərir. Belə çıxır ki, “HTM Holdinq” sadəcə, “Azəristiliktəchizat”ın satınalmaları üzrə “ixtisaslaşıb”.

Maraqlıdır ki, internet üzərindən axtarışlarımız bu şirkət barəsində bizə heç bir konkret bilgi vermir. Onun adına yalnız müxtəlif vaxtlarda bir sıra KİV-lərdə Yaşar Həsənovun rəhbəri olduğu ASC ilə bağlı tənqidi materiallrda rast gəlmək olar.

Bir sözlə, bir dövlət qurumunun çoxmilyonluq satınalmalarını həyata keçirən şirkət üzərində sirr pərdəsi mövcuddur, onun haqqında ən elementar məlumat əldə etmək istəyənlər çar-naçar qalırlar.

Ümid edək ki, heç olmasa, bu yazıdan sonra istər şirkətin özündən, istərsə də “Azəristiliktəchizat”dan həm “HTM Holdinq”lə, həm də onun adçəkilən ASC ilə müəmmalı yaxınlığı barədə sullara aydınlıq gətirərlər.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO