"Manat məqsədli şəkildə ucuzlaşdırılır"
Iqtisadiyyat
Oxunub: 1 141
7 yan 2016 | 15:23
Manat məqsədli şəkildə ucuzlaşdırılır - Ekspertdən sensasion iddia

Qara bazarın yaradılması ölkənin maliyyə sistemini təhlükə altına ala bilər.
Mərkəzi Bank hər gün dollar satışı həyata keçirir. Ancaq bu satış bazarın ehtiyacını ödəmək qabiliyyətində deyil.
"Manat məqsədli şəkildə ucuzlaşdırılır"
Bunu iqtisadçı ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, valyuta bazarının ikinci ən böyük donoru olan Neft Fondu yeni ildə dollar satışı etməyib. Fond dövlət büdcəsinə bu il ümumilikdə 6 milyard manat və ya indiki məzənnə ilə təxminən 3,9 milyard dollar transfer edəcək. Məzənnədə dəyişiklik olmasa, Neft Fondunun aylıq öhdəliyi 321 milyon dollar olacaq.

Deməli, fond hər ay bazara bu qədər dollar satacaq. Yəqin yaxın günlərdə satış baş tutacaq. Ancaq hazırda ölkənin maliyyə bazarında baş verənləri izah etmək çox çətindir. Görünən odur ki, məqsədli şəkildə manatın ucuzlaşdırılması prosesi gedir. Bu ucuzlaşma təkcə neftin ucuzlaşması və kapital axını ilə bağlı deyil. Hərgah, bu iki amil kifayət qədər güclüdür və uzun müddət manatı təzyiq altında saxlayacaq. Artıq son günlər üçüncü amil - spekulyasiya proseslərə diqtə etməyə başlayıb. Üzən məzənnə rejimində, hətta idarə olunan olsa belə, spekulyasiya imkanları genişlənir. Hazırda spekulyasiyanın qiymətlərə təsiri artıb. Spekulyasiya daim məzənnə sabitliyini pozur, məzənnə oynaması kəskin olur. Yəni dolların bahalaşdığı bir şəraitdə bir anlığa manatın qısamüddətli bahalaşması baş verə bilər. Belə halın baş verməsi tam mümkündür, - Samir Əliyev bildirib.

Ekspertin fikrincə, indiki vəziyyətdə hökumətin kənardan tamaşaçı mövqedə durması başa düşülən deyil: Mərkəzi Bank bu gün satış həyata keçirməyib və bunun təkrar olunmamasına zəmanət yoxdur. Həm Mərkəzi Bank, həm də Neft Fondu öz ehtiyatlarını qorumaq niyyətindədir. Neft isə ucuzlaşmaqda davam edir. Devalvasiya hesabına neft dollarları yüksək nominallı manat gəlirlərinə çevrilir. Qiymət artımı hesabına dövriyyə artır və paralel olaraq vergi daxilolmaları da artır. Büdcənin icrasının yükü əhalinin üstünə atılıb. Hər bir halda belə vəziyyət yaxşı heç nə vəd etmir. Bu gün əsas sual üçüncü devalvasiyanın olub-olmaması deyil. Manatın hansı həddə qədər ucuzlaşması narahatlıq yaradır. Belə getsə dəyişiklik vergüldən əvvəlki rəqəmdə baş verə bilər. Üzən məzənnədə devalvasiya hadisə sayılmır. Çünki proses hər gün gedir. Deməli, üçüncü devalvasiya qorxusu da olmamalıdır. Hökumət özündən asılı olan (kapital axını) və asıl olmayan (neftin ucuzaşması) problemləri həll edə bilmirsə, heç olmazsa spekulyasiyanın qarşısını alsın. Qara bazarın yaradılması ölkənin maliyyə sistemini təhlükə altına ala bilər. Ölkədə dollara tələbat çoxdur. Mərkəzi Bank isə hələ bankların tələbatını qarşılamaq niyyətində olmadığı kimi görünür. (musavat.com)
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi