Azərbaycanda 3,7 milyon nəfərin maaşı, pensiya və müavinətləri artacaq
Iqtisadiyyat
Oxunub: 998
13 yan 2016 | 11:25
Azərbaycanda 3,7 milyon nəfərin maaşı, pensiya və müavinətləri artacaq











Nazir müavini açıqlama verdi

Əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artımı təxminən 3,7 milyon nəfəri əhatə edəcək. Bu isə bizim əhalinin 30%-ni təşkil edir.

Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev ANS TV-yə müsahibəsində bildirib.

Büdcə təşkilatlarında artıq 620 mindən artıq insan çalışır, 1 milyon 300 minə yaxın pensiyaçımız, 500 minə yaxın ünvanlı sosial yardım alan şəxslər var. Qaçqınları da götürsək təxminən 3,7 milyon nəfərin əmək haqları artırılacaq.

O, məbləğin hesablanması məsələsinə də aydınlıq gətirib:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublikanın rayonlarında monitorinq qrupları təşkil edib. Minimum istehlak səbətinə daxil olan məhsullar üzrə bu qiymətlər bizim monitorinq qruplarımız tərəfindən qeydə alınır.

Məlumatlar müvafiq qaydada toplanır. Şübhəsiz biz bu prosesi ayın sonuna kimi davam etdirəcəyik. Məlumatlar icmallaşdırıldıqdan sonra, devalvasiyanın müvafiq təsirlərini qiymətləndirəcəyik.

Burda vacib məqamlardan biri də ondan ibarətdir ki, istehlak səbətinə daxil olan məhsulların müəyyən bir qismi idxal olunan məhsullardır. Bunlar arasında xüsusilə kərə, bitki yağı və s. məhsulları qeyd etmək olar.

Bunların qiymətində artım şübhəsiz istehlak səbətinə yenidən baxılması məsələsini ortaya qoyur. Məbləğ bu təsirlər əsasında müəyyən ediləcək, - deyə nazir müavini müsahibəsində qeyd edib.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO