Maddi böhran toy adətlərinə də təsir etdi ? Qızıldan imtina olunur
Iqtisadiyyat
Oxunub: 977
15 yan 2016 | 22:29
Maddi böhran toy adətlərinə də təsir etdi ? Qızıldan imtina olunur











Azərbaycan toyları ilə bağlı islahatların aparılması barədə təkliflər irəli sürülsə də, bu sahədə dəyişiklik yox idi. Dəbdəbəli toyların keçirilməsi davam edir, insanlar toy edən zaman israfçılığa yol verirdi

Hətta onlar banklardan kredit pul götürərək, müğənniləri toylarına dəvət edirdilər. Restoran sahibləri də menyuda dəyişiklik etmirdi. Onlar bildirirdilər ki, menyunu azaltmaq onların imicinə xələl gətirəcək. Toy yiyəsi isə xoş gününü borc içində sonlandırırdı.

Dolların bahalaşması ilə əlaqədar yaşanan qiymət artımı toy biznesinə də təsirsiz ötüşməyib. İnsanlar bu günlərdə ziyana düşməmək üçün toy etməkdən çəkinir və ya israfçılıq etmədən el şənliklərini başa vurmaq üçün planlar qururlar. Deyə bilərik ki, maddi böhran özü ilə birlikdə toy islahatlarını da ölkəmizə gətirib.

Bəs, böhran dövründə israfçılığa yol vermədən toyu necə başa vurmaq olar?

Bununla bağlı musavat.com saytının suallarını cavablandıran iqtisadi-ekspert Vüqar Bayramov bildirib ki, ümumiyyətlə, toy ənənəsinin dəyişməsinə ehtiyac var: ?Böhran dövründə gərək vətəndaşlar qənaət etsin, israfçılığa yol verməsinlər. Toy ənənəsinin dəyişməsinə ehtiyac var. Azərbaycanda mövcud toy ənənəsi çox az ölkələrdə mövcuddur, bizim ənənələr israfçılığa gətirib çıxarır. Toyları kiçik məclislər şəklində təşkil etmək lazımdır. Bəzi ölkələrdə, ümumiyyətlə, yemək verilmir. Böhran olmasa da, ölkəmizdə toy ənənələrini dəyişməliyik. Tacikistanda toy yiyəsi məclisə 200 nəfərdən çox adam çağırsa, hər adama görə dövlətə 50 dollar vergi ödəyir. Bu qayda da toy sahibini məcbur edir ki, kiçik toy məclisi etsin. Toy ənənəsinin dəyişməsi vacibdir. Böyük toyların təşkili, bahalı müğənnilərin dəvəti keçmişdə qalmalıdır. Düşünürəm ki, böhranın verdiyi mesajlardan biri də israfçılığa son qoymaqdır. Toya sərf olunan pullar yeni qurulan ailəyə verilməlidir. Toy edən ailə restoran rəhbərinin cibini doldurmağa xidmət etməməlidir?.

Saytımızın nişanlı olan gənc əməkdaşı Turan Oruc bildirib ki, toy hazırlığı zamanı artıq xərcləri minimuma endirib: ?Toyla bağlı çoxlu planlar qurmuşdum. Böhran onları təxirə salmağıma səbəb oldu. Toy üçün sifariş verdiyim bəzəklər, fotosessiya və bir çox istəklərdən əl çəkdim. Qızıl, xonça tədarükünü əvvəlcədən görmüşəm deyə mənə çətin olmadı. Ətrafımda evlənməyə hazırlaşan gənclər çoxdur. Onlar qızıl, xonça və xınayaxdı mərasimi kimi şeylərdən imtina ediblər. Restoranlarda hazırda qiymət artımı olmasa da, israfçılığa yol verilir. Stolun üstünü 10 cür xörək, 5 cür salatla doldurmaq gərəksizdir. Lakin restoranlar bunu anlamır. İstərdim ki, restoranlar insanların istəklərini nəzərə alsınlar?.

?Neon? restoranının əməkdaşı bildirdi ki, maddi böhran olsa da, qiymətləri qaldırmayıblar: ?Böhrandır, hər yerdə qiymət artımı var, toy edənlərin sayı da azalıb. Bizim restoran qiymətlərdə endirim etməyib, menyuda da dəyişiklik olmayacaq. Lakin böhranı nəzərə alıb, qiymətləri də qaldırmamışıq. Biz müştərilərimizi itirmək istəmirik. Əvvəl 5 manat qazanırdıqsa, indi 3 manat qazanırıq?.

?Oskar? restoranının əməkdaşı da böhran zamanı müştəriyə güzəşt olaraq, qiymətləri qaldırmadıqlarını bildirib: ?Toyların sayı azalıb. Biz endirim etməmişik, qiymətlər olduğu kimi qalıb. Müştəriyə güzəşt olaraq isə qiymətləri qaldırmamışıq. Gəlirlərimizi aşağı salmışıq. Hər şeyin qiyməti qalxıb, biz endirim etsək, müflis olarıq?.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ