Deputat: Kreditlərin 1,05 manatla ödənməsi haqda söhbət gedir
Iqtisadiyyat
Oxunub: 775
18 yan 2016 | 12:39
Deputat: Kreditlərin 1,05 manatla ödənməsi haqda söhbət gedir










?Son vaxtlar bəzi icra başçıları vəzifələrini yaxşı icra etmirlər?

Milli Məclis yanvarın 19-da növbədənkənar toplanır. Yaz sessiyasının başlanmasına təxminən 10 gün qalmış parlament nəyi müzakirə etmək niyyətindədir? Bölgədə başlanan etirazları, yoxsa neftin qiyməti düşməsi fonunda dövlət büdcəsini?

Millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun AzadlıqRadiosuna verdiyi müsahibəni təqdim edirik:

? Nəyin müzakirə olunacağı haqda əlimizdə sənəd yoxdur. Amma mən belə başa düşürəm ki, 30 min manata qədər qorunan əmanətlərin məsələsinə yenidən baxıla bilər. Biz razılaşdırmışıq ki, həmin məbləğ götürülsün və qorunan əmanətlərin məbləği limitsiz olsun. Bəlkə bununla bağlı qanunda dəyişiklik edildi. Başqa məsələ görmürəm.

? Yəni məbləğindən asılı olmadan bütün əmanətlərin qorunmasından söhbət gedir?

? Bəli. Qanuna əsasən, vətəndaşların banklardakı 30 min manata qədər əmanətləri qorunur. Amma indi yaranmış vəziyyəti nəzərə alaraq, limitin götürülməsini istəyirik. Əmanətçi sabah 100 min, 200 min də qoysa, dövlət onun əmanətini qorumağa zəmanət verməlidir. Yəni hər hansı fors-major vəziyyət yaranarsa, əmanətlərin sığortalanması ilə bağlı fonddan hər ay vəsait ödənəcək. Bu, həm bankların işinə xeyirlidir, dövriyyəsi genişlənir, həm də əmanətlərin qorunmasına şərait yaradar.

? Bəs dollarla götürülən kreditlərlə bağlı hökumət hər hansı addım ata bilərmi?

? Bu məsələ faktiki olaraq razılaşdırılıb. Biz bunu həm Mərkəzi Bankla razılaşdırmışıq, həm də hökumətlə. Bunun maliyyə mənbəyi ilə bağlı məsələlər həll edilməlidir. Məncə, maliyyə məsələsi problem olmamalıdır. Çünki Mərkəzi Bankın ehtiyatı var. Bundan başqa, 10 min dollara qədər olan kreditlərin köhnə məzənnəylə - 1.05 manatla ödənməsi də gündəlikdədir.

? Vahid bəy, ?biz? deyərkən parlamentdə təmsil olunduğunuz Komitəni nəzərdə tutursunuz? Sizin Komitə hökumət və MB ilə danışıqlar aparır?

? ?Danışıqlar aparır? deyəndə bir dəfə müzakirə etmişik. Sonra özüm də təklikdə Mərkəzi Bankla, hökumətlə danışıqlar aparmışam. Bir neçə məsələ var, biri də budur.

? Bir də dəqiqləşdirmək istərdim, 10 min dollara qədər olan kreditlərlə bağlı məsələ artıq hökumətlə razılaşdırılıb, eləmi?

? Bəli. Ümumi razılıq var. Əsas da istehlak kreditlərinin köhnə məzənnəylə ? 1.05 manatla ödənməsi haqda söhbət gedir. Razılıq var, görək nə zaman qərar verilir.

? Milli Məclis növbədənkənar iclasda 2016-cı ilin büdcəsinə yenidən baxa bilərmi?

? Qanuna uyğun olaraq, dövlət büdcəsinə may və oktyabrda baxıla bilər. Amma lazım gələrsə, dəyişiklik etmək də problem deyil. Neftin qiymətini 50 dollardan götürmüşük, ancaq hazırda qiymət 30 dollar ətrafındadır. Təkliflər var ki, 20 dollardan götürək. Məsələn, Qazaxıstanda 20 dollardan götürdülər. Maliyyə naziri də bugünlərdə dedi ki, üç variantımız var. Amma bununla bağlı qərar cənab prezidentdən asılıdır.

? Neft 20 dollardan götürülsə, bu, dövlət büdcəsində sosial layihələrə də təsirini göstərəcəkmi?

? Prezidentin göstərişi var ki, sosial layihələrə toxunulmasın. Yalnız bəzi investisiya layihələri dayandırıla bilər. Ancaq bizim üçün iki investisiya layihəsi çox əhəmiyyətlidir, dayandırıla bilməz. Birincisi, TANAP TAP qaz kəməridir. İkincisi də, Bakı-Qars dəmiryoludur. Hər iki layihə Azərbaycan üçün həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətlidir. Bundan başqa layihələri dayandırmaq olar, problem yoxdur.

? Son günlər bölgələrdə, o cümlədən sizin millət vəkili seçildiyiniz Qubada etiraz aksiyaları keçirilir?

? Orda elə bir etiraz olmadı. Vağzalda həmişə 500-600 adam olur. İndi bir-iki adam çıxıb nəsə deyibsə... Sabah mənim saat 10-da qəbulum var Qubada. Ciddi problem olmamalıdır.

? Amma kadrlarda görünür ki, narazılar yol bağlayırlar, icra başçısından iş və qiymətlərin aşağı salınmasını tələb edirlər və s.

? Açığı, son vaxtlar bəzi icra başçıları vəzifələrini yaxşı icra etmirlər. Əhalinin arasında olmurlar, görüşmürlər. Cənab prezident də hökumətin son iclasında buna diqqət çəkdi. Düzdür, işləyən icra başçıları da var, amma yerində olmayanlar da var. Dünyada ağır böhran yaşanır, neftin qiyməti düşür. Buna görə insanlarımızı da başa düşmək lazımdır, onlarla təmasda olmaq, çarə axtarmaq, dərdinə şərik çıxmaq lazımdır.

? Milli Məclisdə bölgələrdəki etirazlar da müzakirəyə çıxarıla bilərmi?

? Buna ehtiyac yoxdur. Müəyyən tədbirlər görülür artıq. Prezident unla bağlıƏDV-ni ləğv edib, qiymət ucuzlaşıb. İqtisadiyyat Nazirliyi dərmanların qiyməti ilə ciddi məşğuldur. Banklarla bağlı 3 məslə qoymuşuq. Bunlar həllini tapmalıdır. Ən ciddi məsələlərdən biri idxal-ixracla bağlı şəffaflığın təmin olunmasıdır, iki gün qabaq Gömrük Komitəsi bir sıra əməliyyatları ASAN xidmətə verdiyini bildirdi. Problemlər müəyyən qədər həllini tapmağa başlayır, ona görə ciddi etirazlara da ehtiyac yoxdur.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi